nermin

Kommunistlər sosial ədaləti müdafiə etdiklərini iddia edirlər. Bir çox insan da kommunizmin özlərinə rifah, azadlıq və rahatlıq gətirəcəyini zənn edərək bu azğın ideologiyaya tabe olurlar. Kommunizm guya zəiflərin, əzilən insanların tərəfində olduğunu göstərərək xeyli insanı öz tərəfinə cəlb edir.
Kommunist nizamda insanlar yalnız məhsul verən heyvanlar olaraq qəbul edilir. Xüsusilə kəndlilərə qarşı nifrət və alçaltma hakimdir. Marks, kəndliləri “kartof çuvalları” adlandırmış, Lenin və Stalin də milyonlarla insanı qəsdən aclığa məhkum edərək öldürmüşdür. Onlara görə kəndlilər yalnız taxıl, pambıq və s. çıxaran heyvan sürüləridir. İstehsal etdiklərinin əllərindən alınması (kollektivizasiya) isə, bal arılarının düzəltdiyi balın toplanması qədər qanuni və məqbul görülür.

Kommunistlərin XX əsrdə törətdikləri vəhşiliklərin, insanlara yaşatdıqları zülmlərin və dəhşətlərin əsasında darvinist və materialist ideologiya durur. Kommunistlər heç bir elmi dəlilə əsaslanmayan materialist fəlsəfəni kor-koranə qəbul edir, hər şeyin yalnız maddədən ibarət olduğuna inanır, ruhun varlığını rədd edirlər. Eyni zamanda Darvinin təkamül nəzəriyyəsini mənimsəyərək insanları “inkişaf etmiş heyvanlar” kimi xarakterizə edirlər.
Belə ki, kommunizmin kökü darvinizmə dayanır. Darvinizm güclünün həyatda qaldığını zəifin isə məhv olub getdiyini deyir. Sosial ədaləti dəstəklədiyini iddia edən kommunizm, əksinə, həmişə darvinizmə əsaslandığı üçün yaşlıların, xəstələrin, kasıbların öldürülməsinin tərəfdarı olub. Güclünün zəifi əzməsi fikri də ilk dəfə Karl Marks tərəfindən kommunizmə gətirilib. Marks darvinin kitabını istinad göstərib: “Bizim baxışlarımızın təbii tarix təməli məhz budur” deyirdi, güya fikrini elmə əsaslandırırdı. İctimai darvinizmin təməli olan kommunizm və faşizm məhz bu böyük saxtakarlıq olan təkamül nəzəriyyəsi ilə doğuldu və milyonların qətlinə səbəb oldu.
Darvinizm kommunizm üçün o qədər böyük əhəmiyyət daşıyırdı ki, Engels, Darvinin kitabı nəşr olunan kimi Marksa belə yazdı:
“Bu anda kitabını oxuduğum Darvin, bir sözlə möhtəşəm”dir. (Conway Zirkle, Evolution, Marxian Biology and the Social Scene, Philadelphia; the University of Pennsylvania Press, 1959, s.527)
“Bizim fikirlərimizin təbii tarix təməlini ehtiva edən kitab məhz budur.” (Marx ve Engels, Mektuplar, s. 426)
“Darvinin əsəri böyük əsərdir. Tarixdəki sinifi mübarizənin təbiət elmləri baxımından təməlini meydana gətirir.” (Marx Engels, Mektuplar, cilt 2, s.126) Odur ki, sosial ədaləti axtaranlar kommunizmdə deyil, Quranda axtarmalıdırlar. Qurandakı İslam demokrasiyanı müdafiə edir. Allah Quranda “Dində məcburiyyət yoxdur”, deyə buyuraraq hamının öz düşüncəsində azad olduğunu bildirir.

Nərmin Kərimzadə