esmiraxanim

Səmimiyyət hər kəsin, hər an ətrafında qarşılaşmaq istədiyi önəmli bir xüsusiyyətdir. Səmimi üslublu insanlar, səmimi mühitlər hər insanın düşüncəsində müsbət izlər buraxır. Belə mühitlərdə iştirak etməkdən hər kəs məmnun olur. Səmimi insan həmsöhbətləri üzərində gözəl təəssürat oyadır, xoş hisslərə səbəb olur. Səmimi insanlarla ünsiyyətdə olmaq, səmimiyyətin hakim olduğu mühitlərdə iştirak etmək insanlara rahatlıq verir. Çünki səmimiyyət insanların, səmimi olmaq isə insanın özünün ən böyük rahatçılığıdır. Səmimi üslub sahibləri daxilən rahat olmağa namizəddirlər.

Daxili rahatçılığa sahib olmaq üçün isə, insanın özünü tanıması və nəfsinə qarşı səmimi müşahidələr aparması lazımdır. Qurani-Kərimdə bunun önəmi qeyd edilir, və “səmimi olaraq nəfslərini sorğuya çəkənlər” deyə bildirilir. ….Özünü qınayıb duran nəfsə and olsun. (Qiyamət surəsi, 2) Göründüyü kimi, səmimiyyət insanın gizli şəxsiyyətidir. İnsanların gizli şəxsiyyətlərinin ümumi izahı, Rəbbimiz tərəfindən Quran-i Kərimdə qeyd edilmişdir. Rəbbimiz bizə insanları oxşar fitrət üzərində yaratdığını bildirmişdir. Yəni hər insanda yaxşıyı, pisi hiss edəcək duyğular var etmişdir. Sevgi dolu və ya sevgisiz, səmimi və ya səmimiyyətsiz mühitlərin fərqini dərhal biləcək şüur vermişdir. Və əlbəttə hər kəsi vicdan sahibi etmişdir.

“Səmimiyyət öz-özlüyündə vicdanla hərəkət etmək deməkdir” Bəs vicdanı unutmamaq üçün, qarşılaşdığımız vəziyyətlərdə düzgün qərar vermək üçün hansı keyfiyyətlərə sahib olmaq lazımdır?

Bu keyfiyyətlərin daha da irəliləməsi üçün bünövrəsi nəyin üzərində qurulmalıdır?

Məlum olduğu kimi, hər şey səmimiyyətin üzərində qurulmalıdır düşüncəsi, hər kəs tərəfindən qəbul ediləndir. Lakin bir şeyi qəbul etməkdən ziyadə, ərdəm göstərib bunu rəftarlarında biruzə vermək çox önəmlidir. Səmimiyyətin rəftarlada özünü biruzə verməsi, sahibi haqqında fikir formalaşdırdığı da unudulmamalıdır.Gözəl bir ərdəmi sözlərlə izah edib ucaltmaq asandır. Əhəmiyyətli olan, bunları tətbiq etmək lazım olduğunda iradə göstərəbilməkdir.(Aforizm)
Beləliklə səmimiyyətin bir daha nə qədər vacib olduğu, xüsusiyyətlər arasında özünə nə qədər məxsusi bir yer tutduğu açıq-aşkar görsənir..
Müqəddəs kitabımız Quran-i Kərimdə də bildirildiyi kimi , məsləhət verərkən özünüzü niyə unudursunuz xəbərdarlığı da səmimiyyətin bir daha nə qədər önəmli olduğunu təsdiqləyir.

“Siz yaxşılığı əmr edərkən özünüzü niyə unudursunuz! Halbuki, siz kitabı oxuyursunuz. Yenə də ağıllanmayacaqsınızmı! (Bəqərə surəsi, 44)

Səmimiyyətsizlik insanlarda dərhal əks simpatiya oyadır. Yəni birinsan özü etmədyini, digər insana məsləhət görməsi çox gülünc görsənir. O cür insanlar çox zaman müzakirə obyektlərinə çevrilirlər və insanlar tərəfindən bəyənilməyən insan imicinə sahib olurlar. Səmimi insanlar isə hər zaman sevilən insanlar qismində olurlar. Çünki, səmimiyyət insanın içi ilə xaricinin bir olması, qəlbində hiss etdiklərini qarşısındakı insana olduğu kimi əks etdirməsi, olduqca səmimi, vicdanlı, açıq fikirli, dəqiq və etibarlı olmasıdır. Özünü olduğundan fərqli göstərməyərək, hərəkətləri təbii, içindən gələn kimi rəftar etməsidir.

Səmimiyyətin digər üstünlüyü də, təqlidinin mümkün olmaması, yəni qəlbində səmimi olaraq hiss edilmədiyi təqdirdə, rəftaralarında əks etdirmənin heç bir zaman mümkün olmamasıdır. Çünki səmimiyyətsiz üslub dərhal hiss olunur. Sadəcə olaraq əksər hallarda insanlar alışdıqları üçün və özləri də bu cürə rəftar içində olduqları üçün, bu rəftarları normal qarşılamağa çalışırlar, yəni bir növ səmimiyyətin təqlidini etdiklərini düşünürlər, bir-birilərinə necə deyərlər göz yumurlar.

Səmimiyətin həm də təsir etmə gücü çox böyükdür. Əfsuzlar olsun ki, çox insan bundan xəbərsizdir. Ona görə də bir çox insanlar bir-birilərinə müsbət təsir etmək üçün, suni rəftarlar sərgiləyirlər. Bu da öz növbəsində qeyri-təbiiliyin artmasına səbəb olur.

Bəs qeyri-təbiiliyin çirkli mədəniyyətindən necə xilas olmaq olar?

Suni rəftarlar, Quran əxlaqından kənar bir həyat yaşanıldığı təqdirdə meydana çıxır. Bu da insanların Allahın razılığını deyil, insanların razılığını güdən rəftarlar səbəbindən, itgidə olan suni, təbii olmayan bir həyata sürükləyir. İnsanların razılığını almağa yönəlmiş fikirlər, hərəkətlər insanların özünü böyük bir məyusluqla qarşı-qaşıya qoyur. Çünki dünyaya nə üçün gəldiyi sualını özündə, nəfsində sorğuya çəkməkdən qaçan insan, özünü boş həbalara sövq edir. Beləliklə, sunilik həm özlərini, həm də ətrafdakılarını bezdirir, sadəcə olaraq yuxarıda da qeyd etdiyimiz kimi, bir çox insanlar bir-birilərinə dözməyi özlərinə məcbur edirlər. Edilən yaxşılıqlar belə, mənfəət qarşılığında edilir. Heç kəs Rəbbi üçün gözəl əxlaq üzərində olub, əbədi həyatında gözəl adla anılacaq, saleh bəndələrin içində öz yerini tutacaq, Allah onlardan razı olmuşdur, onlar nə gözəl bəndələr idilər – adına layiq olmaq üçün heç birşey etməmələrindən irəli gəlir.

Allah onlardan razı qalmışdır, onlar da Allahdan razı qalmışdır. (Tövbə surəsi, 100)”

Uca Rəbbimiz Allah, Özünə şirk qoşulmasını bağışlamayacağını Quranda belə bildirmişdir:

“Həqiqətən, Allah, Özünə şirk qoşulmasını bağışlamaz. Bundan kənar olanları isə, dilədiyini bağışlayar. Kim Allaha şirk qoşarsa, doğrusu böyük bir günahla iftira etmiş olar.” (NisaSurəsi, 48) Səmimiyyətsizlik o zaman baş verir ki, qarşındakı insan Allahdan müstəqil varlıq olaraq görülür və onlardan mədət umulur. Sanki o insanların,Allahdan kənar bir gücə sahib olduğu zənn edilir. Allah isə Quranda Allahın izni olmadan, bir yarpaq belə düşmür deyə bildirmişdir. Allahın izni olmadan bir yarpaq belə düşməz (Ənam surəsi, 59)”….Bir şey istəyincə Allahdan istə. Yardım tələb edəcəksənsə Allahdan yardım gözlə. Çünki bəndələr, Allahın yazmadığı bir məsələdə sənə xeyir vermək üçün bir yerə yığışsalar, bu xeyiri etməyə müvəffəq ola bilməzlər. Allahın yazmadığı bir zərəri sənə vermək üçün bir yerə yığışsalar, buna da müvəffəq ola bilməzlər. “Həzrəti Muhəmməd (s.ə.v) Allah Quranda, özlərini insanların rızası və bəyənmələrini qazanmağa həsr etmiş insanların vəziyyətini isə belə bir məsəl çəkərək izah etmişdir:”Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir.” (Zümə surəsi,29)

Səmimiyyət Allah qorxusundan irəli gəlir. Allah qorxusu insanı hər an səmimi olmağa sövq edir. Çünki Allahın razılığını itirməkdən çəkinən insan, rəftarlarını Allahın razılığına uyğun müəyyən edir. Bu isə Quran əxlaqını bilməklə mümkün olur. Səmimi olaraq əxlaqını Quran əxlaqı üzərində inşa etmiş insan hər an səmimi olaraq Allaha yönəlir, Allahın onun üçün müəyyən etmiş hüdudlarını keçməyəyə çalışır. Allahın müəyyən etdiyi hüdudlar, insanlar üçün rahatlıq və hüzur gətirir. Allahın hüdudu demək, onu məsləhət gördüklərində rəhmətin, çəkinməyimizi istədikləri şeylər də isə dəhşətin olduğu deməkdir. Bu hüdularla yaşamaq rəhmətin artmasına, dəhşət verəcək şeylərin isə olmaması deməkdir. Çünki Allah hər zaman bizim sevgi dolu, ədalət tərafdarı, gözəllik nümunəsi olmağımızı istəyir. Pislikdən, vicdansızlıqdan, səmimiyyətsizlikdən, sunilikdən çəkinməyimizi nəsihət edir.

Allaha qarşı olan sevgi isə ümid və qorxu arasında olmalıdır. Yəni Allahın razılığını itirməkdən çəkinmək, sevgisini qazanmağa isə ümid bəsləmək lazımdır. Bu da bir mömünün hər an şüurunun açıq olmasını təmin edir. Çünki qarşısına çıxan hər şeyin Allahdan bir sınaq olduğunu bilir və hər şeydə, Allah üçün ədalətli davranmaq, xeyir və gözəllik axtarmaq, ən azından bu cür düşüncələr içində olmaq istəyir. Bu da öz növbəsində insanlarda gözəl əxlaqa meyilliliyi artırır. Allah sevgisindən qaynaqlanan dostluqlar, fəaliyyətlər, yaxşılıqlar, məşğuliyyətlər insanlara uğur qazandırır və gözəllik gətirir. Qəlbində Allah qorxusu olan insan qəlbindəki hisslərinin və düşüncələrinin belə gözəl olmasına diqqət yetirir. Çünki Allahın hər şey üzərində hakim olduğunu bilir.”… O, sinələrin özündə olanı biləndir.” (Şuəra Surəsi, 24) ayətində də bildirildiyi kimi səmimi insanlar ,Allahın insanların qəlblərində gizlətdiklərini bildiyinin şüurundadır.
Allah bu həqiqəti bir başqa ayədə də “Sözü açığa vursan da,(gizlətsən də birdir). Çünki şüphəsiz O, gizliyi də, gizlinin gizlisini də biləndir.” (Taha Surəsi, 7) şəklində bildirmişdir.

Beləliklə, hər an öz nəfsini sorğuya çəkən insan, qeyri-təbiliyin çirkli mədəniyyətindən xilas olar. Həll yolu isə, Allahdan qorxmaq və Quran əxlaqını yaşamaqdır. Allaha iman edən və Quranı tam olaraq həyatına keçirən hər insan mənasız, faydasız xarakterdən xilas olar. Allahdan gərəyi kimi qorxub çəkinməsi, hər an hər yerdə vicdanlı davranması onu mənasız düşünməkdən, mənasız hərəkət etməkdən tamamilə çəkindirər. Belə bir adam nəfsinə uymaqdan imtina edər və Allahın “Onu (nəfsini)təmizləyən həqiqətən qurtulmuşdur. Və onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. “(Şəms Surəsi, 9-10) ayələrində diqqət çəkildiyi kimi nəfsini pisliklərdən təmizləməyə çalışar. Bu səbəblə insanın, ürəyində olanı ətrafındakı insanlardan gizləməsinin özünə heç bir faydası olmaz. Allah bunu onsuz da bilir. İnsanın, bu həqiqətə baxmayaraq, insanları aldatmağa çalışması böyük bir səmimiyyətsizlik və ağılsızlıq olar.

Səmimiyyət həm də ağıl tələb edir və ağıllı insanların xüsusiyyətidir. Ağıl isə hər insan üçün önəmli bir faktordur. Çünki həqiqətən ağıldan istifadə etmək və ya onu təqlid etmək fərqli-fərqli şeylərdir. Ağılını istifadə etmədən, yalnız əzbərçi mövqedəki bir insanın sözləri, ətrafda istənilən marağı meydana gətirmir. Hətta sanki hipnoz təsiri edərək, dinləyənlərin, beyinlərinin uyuşmasına və diqqətlərinin dağılmasına səbəb olur, hətta çox maraqlı bir mövzu da olsa belə. Eyni şəkildə təqlidi olaraq edilən rəftarlarda, qarşı tərəfdə narahatlıq meydana gətirir. Bu rəftarların, ağıldan istifadəsi zamanı, ən uyğun, ən lazımlı və ən məqsədə uyğun şəkildə və ətrafa təsir gücü hesablanaraq, ən kafi miqdarda tətbiqi ilə, ağıldan istifadə etməyən bir adamın rəftarları arasında böyük bir təzad meydana gətirir.

“… Onların çoxu əql edə bilmirlər.” (MaideSurəsi, 103)

Ağıl imanı qavramamış bir çox insanın, həyatlarında heç yaşamadıqları “üst bir şüur ölçüsü”dür. Nəzərdə tutduğumuz, bu şüurla insanın zehni çox aydındır. Ancaq bu aydınlığı təmin edən faktor nə beynin tutumu, nə adamın zəka səviyyəsi, nə dəqabiliyyətidir. Bu zehni şəffaflığın səbəbi adamın Allaha və Qurana olan imanıdır. Quranı özünə rəhbər edən insan, səhv bildiyi hər cür məlumatdantəmizlənmiş və bunların yerinə yalnız doğru məlumatlar yerləşdirmiş deməkdir.

Ağıl çox zaman insanlar arasında zəka olaraq qəbul edlilir. Halbuki ağıl və zəka fərqli şeylərdir. Zəka , ən bilinən mənasıyla insanın düşünmə ,həqiqətləri qəbul etmə , mühakimə etmə və nəticə çıxarma qabiliyyətlərininbütövüdür. İlk dəfə qarşılaşılan, ya da ani olaraq inkişaf edən hadisələrəuyğunlaşmanı təmin edən , başa düşmə , öyrənmə , təhlil etmə qabiliyyəti , beşduyğunun , diqqətin və düşüncənin bir araya gətirilməsi , detallara diqqətyetirilməsi hər zaman zəka sayəsində həyata keçirilir. Məsələnağıllı bir professor hadisələrin fiziki işləyişini çox ardıcıl olaraq qavraya ,bunları düstur şəklində bildirə bilər . Ya da yaddaşı güclü olan ağıllı birinsan hadisələrdəki dolaşıq nöqtələri və bir çox mövzunu dərk edə bilər. Praktik zəka sahibi isə , qarşılaşdığı hadisələrə praktik və asanlaşdırıcı həllər gətirə bilər. Amma ağıllı bir insan isə ,zəkanın verdiyi bütün bu üstünlükləri istifadə etməklə yanaşı , zəkası yüksək olan bir insanın sahib olmadığı bir qavrayışvə qabiliyyətə də malikdir. Belə insanlar , ancaq müəyyən bir mövzudaöyrəndiklərini , əldə etdikləri bilikləri sayəsində bir şeylər bacara bilirlər.Yəni bütün bunlar yalnız öyrənməyə , əzbərdən və təcrübələrə söykənən bacarıqlardır. Bu səbəbdən bu insanlar , müəyyən bir nöqtədə tıxanıbqalma , həll tapa bilməmə , girişdiyi bir işi nəticələndirə bilməmə kimivəziyyətlərlə qarşılaşa bilirlər. Ağıllı bir insan isə təhsil almadığı , təcrübəli olmadığı, hətta ilk dəfə qarşılaşdığı bir mövzuda belə , illərcə o mövzuda təhsil almış bir kimsədən daha iti və daha məqsədəuyğun nəticələr əldə edə bilir. Çünki ağıllı adam , bir mövzuda öz texniki məlumatı olmasa da dərhal ən praktik həlli tapır , lazım olsa o mövzudakı ən təcrübəli insan kimi təsbit etmə gücü ola bilər və gözəl nəticə əldə edə bilir . Qısacası ağıl , insana zəkanın çox üstündə bir anlayış qazandıran , dərin düşünmək, doğrunu tapa bilmə və hər mövzuda həll gətirə bilmə qabiliyyətidir. Əlavə olaraq deyə bilərik ki, ağıl ,həyatın hər sahəsinə hakim olan və bir çox mövzuda müvəffəqiyyəti təmin edənbir qabiliyyətdir. İnsana bu qabiliyyəti yəni ağılla bərabər öz növbəsində səmimiyyəti qazandıran yeganə xüsusiyyət isə imandır. Allah, iman edib Ondan qorxub çəkinmələrinə qarşılıq olaraq, insanlara Öz qatından xüsusi bir bacarıq verəcəyini bildirmişdir. Quranda Allah qorxusunun insana qazandırdığı bu anlayış belə ifadə edilir. : “Ey iman edenler, Allahdan qorxub-çəkinin, sizə doğruyu səhvdən ayırd edən bir nur və anlayış (furkan) verər, pisliklərinizi örtər ve sizi bağışlayar. Allah böyük fazl sahibidir.(Ənfal Surəsi, 29)Ancaq unutmamq lazimdır ki, Quran əxlaqına yiyilənmiş həqiqi səmimiyəti, yalnızQuran əxlaqına yiyələnmiş səmimi insanlar təqdir edə bilər. DİNİ YAŞAMAQ SƏMİMİYYƏT TƏLƏB EDİR Dini yaşamaq səmimiyyət tələb edir. Allahın dinində səmimiyyət əsasdır. Əgər bir insan sırf vərdişlər səbəbiylə və ya ətrafından reaksiya görməmək üçün bəzi ibadətləri könülsüz yerinə yetirirsə, Halbuki onlar, yalnız özlərini aldadırlar və şüurunda deyildirlər (Bəqərə surəsi, 9) ayədə də bildirildiyi kimi bununla tək özlərini aldatmış olurlar. Etdiklərinin Allah qatında bir etibarlılığın olmasını gözləyə bilməzlər. Allah Quranda könülsüz edilən ibadətlərin qəbul edilməyəcəyi ilə əlaqədar olaraq insanları belə xəbərdar edir: “İnfaq etdiklərinin özlərindən qəbulunu əngəlləyən şey, Allahı və elçisini tanımamaları, namaza tənbəl, könülsüz gəlmələri və xoşlarına getməddikləri halda infak etmələridir. (Tövbə Surəsi, 54)” “Allah yalnız səmimi qullarım qurtuluşa nail olacaqlar” (Quran-i Kərim)deyə bildirmişdir.

Esmira Nizami qızı