esmiraxanim

İlk öncə tək insanın düşüncə tərzinə diqqət yetirək. Əgər tək bir insan ətrafdakı insanlara cinsindən, irqindən, milliyyətindən, rütbəsindən asılı olmayaraq, gözəl düşünürsə və ədalətli rəftar edirsə, bu insanın kamil, uzaqgörən və vicdanlı insan olduğuna nümunədir.

“Ədalətdən mökəm yapışan Allah şahidi olun! İstər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə daha yaxındır.
Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin!” (Nisə surəsi, 135)

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə (dostluq edəsiniz deyə),
sizi xalqlara və qəbilələrə ayırdıq.” (Hucurat surəsi, 13)

Amma unutmamaq lazımdır ki, insanların düşüncələrini formalaşdıran bir çox amillər mövcuddur. Cəmiyyət aspekti ki, burada adət-ənənə əsas rol oynayır, müxtəlif fəlsəfi ideologiyalar irəli sürərək insanları öz düşüncələrinə aludə edərək, öz arxalarınca aparanlar və din adından yanlış inanclar formalaşdıraraq bir daha insanları yanlış yollara sövq etmələri dünyada əmin-amanlığın altüst olmasına və sevgisizliyin yayılmasına səbəb olur..
Əsas da dinin olduğu kimi təbliğ olunmaması, qəlizləşdirilməsi artıq sərbəst açıq düşünə bilməyən, zehinləri qapalı olan insanların artması riskini meydana gətirir. İslam dini isə dərin düşünülmədən, araşdırılmadan qəbul edilən fkirləri tənqid edir və dinin özünə də dəqiq bilgilərlə inanmağa təşviq edir . Allah dini sorğulamağı sərbəst elan edir. Çünki əks halda din adına olmayacaq şeylər belə, dini qanunlar kimi qəbul etdirilə bilir. Bu da həm mənəvi, həm dünyavi fəlakətə yol açır.

Hər mövzuda məlumata yiyələnmək insanın qərar və fikirlərinin doğru və məqsədəuyğun olması baxımından vacibdir. Çünki məlumatsız insan hər cür təlqinə açıq olur. Bu səbəbdən, yanılma ehtimalı daha çoxdur. Şüurlu, mədəni, azad düşüncəli və dünyagörüşlü insanın baxışı isə daha geniş və təhlilləri daha ətraflıdır. Fikirləri də əzbərə deyil, konkret dəlillərə əsaslanır. Məhz belə insanlara yanlışları izah etmək, doğruları göstərmək daha asandır.
İman gətirənlər üçün bu vəziyyət başqa prizmadan vacibdir. Qurandan ətraflı məlumatı olan, eyni zamanda, mədəni və geniş məlumat sahibi olan möminin ətrafında baş verənlərə baxışı daha kəskin, qərarları daha məqsədəuyğun olur. Məsələn, dinsiz ideologiyaları, onların məntiqlərini və vəd etdikləri sistemlərin təhlükələrini bilən bir mömin Quranda tərif edilən əxlaqın üstünlüyünü təqdir edə bilir. Qurana qarşı olan kommunizm, faşizm və ya anarxizm kimi fikirlər haqqında məlumat sahibi olan bir mömin bu fikirləri Quranla analiz edərək insanlığa verdiyi zərərlərin fərqinə vara bilir. Beləliklə, insanlara bu zərəri bildirə bilər və doğru yolun Quran əxlaqını yaşamaq və yaşatmaq olduğunu izah edə bilər.

Dədə-babadan gördükləri adətlərə hər cür üsulla bağlananlar və ayrılmaq istəməyənlər irəli görüşlü olmadıqları üçün, inkişafa, açıq fikirliliyə qapalı olurlar. Bünövrəsi boş düşüncələr üzərinə inşa edilmiş inanclar və bunlara bağlılıq, qatı fikirliliyə və radikallılığa gətirb çıxara bilir. Bu cürə düşüncə harada formalaşır formalaşsın və nə adından çıxış edilir edilsin insanlara narahatçılıq və sevgisizlik gətirir.

“Onlara: “Allahın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər.” (31/21)
“Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?” (2/170)
…. “Atalarımızın tutduğu yol bizə bəsdir”– deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə (onda) necə olsun?” (5/104)

“Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığın adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir.”(12/40)

Dini radikalizm sözünü hər kəs eşitmiş olacaq. Bu cürə radikal rəftarların artışı özlüyündə din radikal insanlar yetişdirir düşüncəsi artıq bir çox insanlar tərəfindən qəbul edilməyə başlayır. Amma bunu qəbul edən insanların, dinini araşdırmadan ancaq görüb və eşitdiklərindən ibarət olduğu açıq-aydın görsənir, çünki dinini bilən insan əksinə radikallığı aradan qaldıran dini hökmlərdən xəbərdar olmalıdır. Radikalizm özlüyündə terror gətirir. Və heç bir terrorun nə bir dini, nə də bir milliyyəti olduğunu heç kəs söyləyə bilməz.

Qatı fikirli insanlarla gündəlik həyatda da da çox rast gəlmək mümkündür. Bu insanlarla müzakirə əsnasında şahidi oluruq ki, bilgi qıtlığından və ancaq son sözü demək və müzakirədə üstün olmaq üçün danışdıqları məlum olur. Və ya adət-ənənə adı altında qəti dəyişilməsini istəmədiyi, xürafələr belə olsa hər şeyin olduğu kimi qalmasını daim irəli sürən insanlar olur. Bunların hamısına yaşadığımız mühitlərdən və hətta bir çoxumuz özümüzdən də şahid ola bilərik. Çünki insanlar daim bir-biri ilə ünsiyyətdədirlər və hər kəs öz vicdanına ilk əvvəl elə özü şahiddir. Rəbbimiz olan Allah da Quran-i Kərimdə ayələrimi sizə nəfslərinizdə bildirib, agah edəcəm deyə bildirmişdir.

“Biz ayələrimizi həm afaqda, həm də öz nəfislərində onlara göstərəcəyik; belə ki, şübhəsiz onun haqq olduğu özlərinə açıqca müəyyən olsun! ” (Fussilət surəsi, 53)

İnsanın öz fikrini sərt üslubla qoruması, nəyin əlamətidir?

Ancaq fikrinə güvənməyən insan özünü qəbul etdirmək üçün sərt danışar, hətta güc tədbiq edər. Tarix boyu müxtəlif ideologiya sahibləri də insanları əsarətləri altında saxlamaq üçün, insanalr arasında qorxu yaradaraq insanları tabeçiliyə məcbur etmişlər. Əgər din adından da qatı fikirli insanlarla rastlaşsanız və məcburiyyətin vacib olduğunu söylədiklərinə şahid olsanız bilin ki, Qurandan xəbərsizdirlər . Sizin dininiz sizə, bizim dinimiz bizə deyən ayədən və bu ayənin davamı olaraq siz onlara zor tədbiq edən deyilsiniz deyən xəbərdarlıq edən və məcburiyyəti qadağan edən Quran-i Kərimi bilmirlər. Ancaq hər şeydən üstün ağıla malik olan Allahın sözü hər kəsin rahatçılığını təmin edəcək gücə sahibdir. Bu mesajın nə olduğunu bilməyənlər, bilmək istəməyənlər heç bir zaman düşüncələrinin güclü bir dayağı olmaz. Bu səbəblə onlar öz ağıllarına uyğun bir din uydurmaqla məşğul olurlar. Bu qıt ağılın uydurduğu din isə ağıllı insanların qəbul etmək istəmədikləri bir şey olduğu üçün, əks tərəfin xürafələr uyduraraq tabe olmayanları cəzalandırmaq lazımdır deyə suni hökmlər söylədiklərinin şahidi olarıq. Və çox azğınlaşırlar, çünki uydurduqları dinləri Allah adına söylədikləri üçün özlərində çox böyük haqq görürlər. İstədiklərini asıb, istədiklərini kəsməyi vacib bilirlər..Qurani-Kərimdə Allah adından yalan söyləyə bilənlərin çox zalim olduğu qeyd edilir. “Allaha qarşı yalan uydurandan daha zalim kim ola bilər? (Səff surəsi, 61)
Xurafat dinində tolerantlıq yoxdur, xurafatçılar hətta müsəlmanlarbelə, məhzəbçilik prinsipindən verdikləri qərara əsasən, istədiklərini müsəlman, istəmədiklərini kafir adlandırırlar.
Tolerantlığı yaradan dindir və tolerantlığın üsulları ən gözəl dində izah olunmuşdur. Həqiqi mərhəmətin, şəvqətin gətirdiyi tolarantlı, soyuq yalnız vacibiyyət üzrə edilən tolarantlıqdan tamamilə fərqlidir.
İndi isə biz dinimizin başqa dinlərə, inanclara, düşüncələrə necə tolerant bir din olduğunu ayələrlə və Peyğəmbərimiz (s.ə.v)-in həyatından olan nümunələrlə izah edəcəyik və insanların gözəl əxlaqlarının mənbəyinin də bir daha Quran olduğunun şahidi olacağıq. Çünki peyğəmbərimiz (s.ə.v)-dən Din Nədir? deyə soruşulduqda “Din gözəl əxlaqdır” deyə cavab vermişdir. Yəni din bir tək rahatçılığın, gözəlliyin yayılması üçün qanunların necə işləyəcəyi istiqaməti göstərməkdən ziyadə, qəlbən, ruhən saflaşmış gözəl əxlaq sahibi olan insanlar yetişdirməkdədir. Çünki üstün mənəviyyat sahibi insanlar – hər mühitin, hər yerin imtina edə bilməyəcəyi önəmli xəzinədir. O cürə insanların məsləhətləri və düşüncələri insanların vicdanlarına, düşüncələrinə təsir edərək onlara uşaqlıq dövrlərindəki xoş fitrətlərini xatırladır və cəmiyyətin bir çox səhv və sərt düşüncəsindən təmizləyir. Beləliklə, bütövlükdə cəmiyyətdə də dəyişiklik baş veriri. Çünki fərdi hər kəsin islamı qəbul edib. yaşaması yayqınlaşaraq, hər ksəin İslama oolan dsecgisini artıır.

Peyğəmbərimiz (s.ə.v)-in bəşərə nümunə olacaq ədalətinə diqqət yetirsək görərik ki, peyğəmbərimizin çox çətin tayfanın arasında olmasına baxmayaraq, hər zaman Allahın əmrinə tabe olmuş və heç vaxt ədalətdən güzəştə getməmişdir. Həmişə “Rəbbim ədaləti əmr etdi..” (Əraf surəsi , 29) deyərək hər dövrdə bütün insanlara nümunə olmuşdur. Peyğəmbərimiz (s.ə.v) ‘ in yaşadığı ərazidə müxtəlif din , dil , irq və qəbiləyə mənsub insanlar yaşayırdılar. Bu tayfaların, xalqların birlikdə firəvan və əmin-amanlıq içində yaşamaları, aralarına nifaq salmağa çalışanların təsirsiz hala salınmaları çox çətin idi. Ən kiçik bir sözdən və ya rəftardan dərhal bir qrup digərinə qarşı əsəbləşib hücum edə bilərdi. Ancaq Peyğəmbərimiz (s.ə.v )- in ədaləti , müsəlmanlar üçün olduğu qədər bu cəmiyyətlər üçün də firavanlıq və əmin-amanlıq mənbəyi olmuşdur. “Səadət əsri” dövründə Ərəbistan yarımadasında xristian , yəhudi , bütpərəst fərqi qoymadan hər kəsə ədalətli davranılmışdır. Peyğəmbərimizin (s.ə.v)- in onlar arasında münaqişəni aradan qaldırmaq üçün və qatı fikirli xurafatçıların peyğəmbərimizə qarşı açdıqları savaşlarda belə onlara ədalətli davranmış bir çox sülh müqavilələri bağlamışdır. Ərəbistan yarmadasının cənubundakı xeistian Nəcran xalqı ilə bağlanan müqavilə də Peyğəmbərimizin ədalətinin çox gözəl bariz nümunəsidir. Bu müqavilənin maddələrindən biri belədir.
“Nəcranlıların və məiyyətindəkilərin canları, malları, dinləri, var-dövlətləri, ailələri, kilsələri və malik olduqları hər şey Allahın və Allahın elçisinin himayəsi altına alınacaqdır.” Peyğəmbərimiz (s.ə.v)-in xristian, yəhudi və savaş elan edənlərlə imzaladığı Mədinə müqaviləsi də çox vacib ədalət nümunəsidir. Müxtəlif etiqadlara mailk olan qruplar arasında ədalətin təmin edilməsi və hər qrupun mənfəətlərinin nəzərə alınması üçün hazırlanan bu müqavilə sayəsində illərlə bir-birilərinə düşmənçilik bəsləyən xalqlara, qruplara sülh gətirilmişdir. Mədinə müqaviləsinin ən bariz xüsusiyyətlərindən biri də etiqad azadlığının təmin edilməsidir. Bu mövzu ilə bağlı maddə belədir.
“Bəni Əuf yəhudiləri möminlərlə bərabər eyni ümmətidirlər. Yəhudilərin dinləri özlərinə, müsəlmanların dinləri də özlərinədir.”
Mədinə müqaviləsinin 16-cı maddəsində isə “Bizə tabe olan yəhudilər heç bir haqsızlığa məruz qalmadan və düşmənləri ilə də köməkləşmədən, köməyimizə və dəstəyimizə haqq qazanacaqlar” – deyə bildirmişdir. Peyğəmbərimizdən (s.ə.v) sonra səhabələri Peyğəmbərimizin müqaviləyə yazdırdığı bu hökmə sadiq qalmışlar və eyni üsulla Buddist, Brahman və başqa etiqada malik olan insanlarla münasibətində də tətbiq etmişdilər.
Hətta savaş elan edən və hücum edən insanlara qarşıda, Quran ayəsində bildirildiyi kimi əsir düşdükləri vaxt öz nəfislərinin çəkdiyi təqdirdə yeməyi əsirə, məzluma yedirənlər deyə qeyd edilmiş bir daha Quran əxlaqını nümayiş etdirən insanların üstünlükləri bildirilmişdir. Gözəl əxlaq sayəsində bir çox insan müsəlman olmuşdur. Çünki Allah Quranda onlarla xoş rəftar edin, bir də görərsinizki, sizə dost olmuşlar deyə bildirmişdir.…

“Yaxşılıqla pislik eyni ola bilməz. Sən, ən gözəl olan bir tərzdə (pisliyi) uzaqlaşdır; o zaman, (görərsən ki) səninlə onun arasında düşmənlik olan kimsə, sanki isti bir dost (un) olmuşdur.” (Fussilət Surəsi, 34)

Peyğəmbərimiz (s.ə.v) xütbəsində söylədiyi sözlərdən də məlum olur ki, həmin dövrdə öz irqini, nəslini nəcabətini digər insanlardan üstün tutan inanc sahibləri içində mübarizə aparmış və hər zaman gözəl tövsiyələr vermişdir, haqqa dəvət etmişdir.

“Ey insanlar! Hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradılmışdır. İnsanlar irqləri ilə fəxr etməkdən əl çəkməlidirlər.”

“Sizin bu nəsil-nəcabətiniz heç kimə üstünlük və təkəbbürlük göstərməyə səbəb olan məsələ deyil. (Ey insanlar!) Hamınız Adəmin övladlarısınız. Hamınız bir ölçünün daxilindəki bir-birinə bərabər buğda dənələri kimisiniz. Halbuki, heç kimin başqasına təqva istisna olmaqla, üstünlüyü yoxdur. Adamın pis olması üçün başqalarını təhqir etməsi, özündən aşağı görməsi, paxıl, pis xasiyyətli, həddini aşması kifayət edər.”

“Nəsil-nəcabətlə fəxr edilməz. Ərəblər ərəb olduqlarına görə ərəb olmayanlardan, ərəb olmayanlarda əcəmi olduqlarına görə ərəblərdən üstün sayılmazlar. Çünki Allah dərgahında ən üstün olanınız ona qarşı gəlməkdən ən çox çəkinənizdir.”

“Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır. “(Rum surəsi, 22)

Müqəddəs kitabımız olan Quran-i Kərimdə də insanlarıın bu cürə xislətinə diqqət çəkilmiş, irqini, nəslini üstün tutma kimi bir istəklərinin daim var olduğu bildirilmişdir.

“Sur çalınacağı gün artıq aralarında nə nəsilləri var və (üstünlük olaraq nəsilləri haqqında) sorğu da edilməyəcəklər. “ (Möminun Surəsi, 101)

“Hansı ki, o inkar edenler, öz qəlblərində, ‘öfgəli irq qoruyuculuğunu, cahiliyyətin ‘öfgəli irq qoruyuculuğunu’ ilərlətdikləri zaman, dərhal Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir.” (Fətih Surəsi, 26)

Yuxarıda dini mənfəəti üçün istifadə edənlərin fikirlərinin daha çox yayıldığını qeyd etmişdik. Buna sübut olaraq günümüzdə din adından müxtəlif qruplaşmalara öz gözümüzlə şahidiyik və Quranı oxuduqda bir daha dini firqələrə ayırmağa çalışanların olacağını görürük.

“O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini (üstün bilib) sevinir. (30/ 32)”

“Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. (6/159)”

“Biz (Quranı) bölənlərə də beləcə (əzab) endirmişdik. Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər). (15/90-91)”

Amma ağıl sahibi olan insanlar sözün daha gözəlinə tabe olmalı, bu səbəblə də iman edənlərin üzərinə düşən ən böyük məsuliyyət, haqqı yaymaq üçün çox ciddi bir şəkildə səy göstərməkdir. Bunun üçün ilk edilməsi lazım olan şey isə elmi işlərlə insanlara Quranın sonsuz hikmətlərini izah etmək, Allahın yaradılışındakı möcüzələrə diqqət çəkmək, hər insanın yaradılış gerçəyini, Quran əxlaqının təqdim etdiyi gözəlliklərdən xəbərdar olmasını təmin etməkdir. İnsanların böyük bir hissəsi bu gerçəkləri dinləmək və oxumaq istəməyə bilər. Ancaq bir Müsəlmanın etməsi lazım olan şey dinləmək və oxumaq istəməyənlərin də dinləyə biləcəkləri və oxuya biləcəkləri əsərlər ortaya qoymaq, hər alternativi sonuna qədər sınamaqdır. Oxumamaq əslində bir çox insanın yaşayışına yayılmış böyük bir səhvdir. İnsanların böyük bir qismi fikri saplantıları səbəbiylə, öz düşüncələrinin qarşısındakı fikirləri öyrənmirlər və hətta onların kitablarını belə oxumaq istəmirlər..Ona görə də Peyğəmbərimiz (s.ə.v)- in hədisinin önəmi çox böyükdür..Elm harada olur olsun alın deye !!

Esmira Nizami qızı