Bilgini də, sevgini də var edən Allahdır. Sevgi dolu qəlblərdə Allahın nuru var və Allahın nuru bilgiyə aparan ən işıqlı yoldur. Vurğulamaq istədiyimiz bilginin çoxluğumu, sevginin dərinliyimi bir insan üçün ilkin lazım olacaq hansıdır?
Quranda həm bilgi sahiblərinin üstünlüyü bildirilir, həm də bilgisi olub, amma sonradan sahibinə ağır yükdən başqa bir işə yaramayan yalnız “ağır yük” kimi də qeyd olunur. Quranın özünə xas çox xüsusi izah şəkli var, yəni insanlarda həqiqi mənada dərinliyə, hikmətə səbəb olacaq, insanı tamamilə ilahi bir qaynaqdan gələn hər şeyin səthi deyil, pərdə arxasında olan həqiqətləri görə biləcək bir qəlb gözü meydana gətirir. Quran insanlar üçün yol göstəricidir. Hər məsələ də ən doğrunu təsbit etməyə, böyük bir yardımçı qüvvədir. Bu qüvvə gücü və ucalığı sonsuz olan Allah tərəfindən nazil olduğu üçün çox böyükdür.
Rəbbimiz Quranda səmimi insanların qurtuluşa qovuşacaqlarını bildirir. Çünki nə sahib olunan bilgi də, nə də sahib olunduğunu zənn edildiyi sevgi də səmimiyyət yoxdursa, varlığı insanlara xoşbəxtçilik deyil, əksinə qeyri-xoşbəxçilik gətirir. Səmimiyyət Allah qatında önəmlidir və çox dəyərlidir. Səmimiyyətə qovuşmağın yolu da dəyər verdiyimiz şeylərlə ölçülür. Ən çox düşündüyün nədirsə, dinin odur deyimi kimi. Əgər bir insanın dəyəri ancaq dünyəvi məsələrlə kifayətlənirsə, özünə dəyər verən və bu səbəblə Allahın razılığına və sevgisinə talib olan insanlarla arada böyük bir fərq yaranır. Və çox zaman bu insanlara Quranda olan bilgiləri söylədikdə, uzaqlaşdıqlarına şahid oluruq. Çünki bir çox insan necə deyərlər, bilgi deyil, yalnız özünü aldatıcı mövqədə təsəlli axtarır. Quranın bilgisi isə aldatmağa, təsəlli verməyə deyil, insanları həqiqətlərlə qarşılaşmağa və aldatıcı nəfsi ağırlıqdan insanları təmizləməyə yönəlir. Səmimi insan mütləq ən gözəl sözə tabe olur. Onlar dinləyib sözün ən gözəlinə tabe olanlardır(Quran). Başıboş yaradıldığına və yalnız müvəqqəti dünya həyatı üçün var edildiyinə inanan insan isə heç bir zaman inancında səmimi ola bilmir. Bu sadəcə bir insanın düşüncələrini, həqiqi vicdanı duyğularını pərdələdiyi, həqiqətləri görməzlikdən gələrək özünü səmimi olmayan hisslərin içinə buraxması deməkdir. Yəni təsəvvür edin, bir insan görmək istədiyi bir görüntünü dörd bir yanına öz əli ilə rəsm edib, döndüyü hər bir yerdə görəcəyi yalnız öz rəsmidir və unudulmalıdır ki, bu rəsmi çəkməyin səbəbi qaçdığı qorxuları, aşırı istəkləri və ümidsiz ruh halıdır. Öz nəfsindən kənar çəkdiyi rəsimlərin xaricində olan aləmə bir baxsa, Allahın onun üçün hazırladığı sonsuz gözəlllikləri görəcəkdir, amma görmək istəməyən insan üçün ediləcək bir şey yoxdur. İnsan yalnız tamamilə öz nəfsindən arınarsa, açıq şəkildə Allah tərəfindən izah edilmiş bir yola qədəm qoyarsa, görəcəyi sonsuz hikmətli gözəl aləm qarşısında heyran qalacaqdır. Və indiyənə kimi nə qorxularının, nə ümidsizliyinin həqiqətdə önəmsiz olduğunu, sadəcə özü üçün bəzi bəhanlər gətirərək, irəli sürdüyü birər mif olduğunun şahidi olacaqdır. Bu ruh halına insanların içinə düşmüş vəsvəsə deyilir. Xeyirdən, gözəllikdən, xoşbəxtlikdən kənar olan hər bir şey sadəcə kamuflaj üsulu ilə şeytanın insanlar üçün irəli sürdüyü birər yanıtmacdır, oyundur. Bu yalanın içinə düşəcək ortamın yaranmasına isə insanın özü səbəb olur. Çünki şeytanın səmimi insanlar üzərində heç bir gücü olmadığı bilgisini, Rəbbimiz insanlara nəfsləri ilə mübarizədə asanlıq olsun deyə, Quranda bildirir. İnsan daim özü, nəfsi üzərində durmadan düşünməli, Allahın öyüdləri ilə düşüncələrini və həyatını tamamilə əhatə etməlidir və əxlaqi gözəlliyə, səmimi ruh halına qovuşunadək cəhd etməlidir. Bəli səmimiyyətsizlik şeytanın vəsvidir, öz çəkdiyi və görmək istədiyi rəsmlərdən inadlıqla dönməmək də onun xüsusiyyətlərindən biridir. Şeytan özünə haqq qazandırmaq üçün onun kimi xüsusiyyətə xas olan insanların çox olmasını istəyir. Çünki ali məqsədlər üçün yaradılmış bir varlığın, bu qədər yaradılışından uzaq bir heç uğruna yaşaması şeytanın ən böyük hədəflərindən biridir. Şeytan hədəfinə gedən yolda onun tərəfini seçən insanlar azmıdır deyə düşünsək, görərik ki, yox əksinə kifayət qədər çoxdur. Bəs bu halda hədəfində elə də uğursuzluqla qarşılaşmayan şeytan özü niyə xoşbəxt deyil. Çünki o da vaxti ilə Allahın nurundan üz döndərmiş, insanları azdırmaqla yalnız özünə yalancı təsəlli verəcək bir yol seçmişdir, arzu və istəklərini səmimiyyətsizlik və yalan üzərində qurmuşdur. Ətrafına təkəbbüründən ibarət böyük qara bir rəsm çəkmişdir. Hal-hazırda onun gördüyü qaranlıqdan başqa bir şey deyil və o Qiyamətə qədər öz qaranlıq toruna insanları salmaq əzmindədir. Səhv də olsa istəyindən dönmür, çünki nəfsini ilahlaşdıran bir varlıqdır. Nəfsi ilahlaşdırmaq demək tamamilə təkəbbür ilə hərəkət etmək deməkdir. Bu insanlıq üçün böyük bir bəladır və böyük bir təhlükədir. Təkəbbür insanı Allahdan, Allahın nurundan yəni hikmətli sonsuz bilgisindən və sevgisindən uzaqlaşdıran və qaranlığın içinə düşməsinə səbəb olan mənfi hissdir.
İnsanda ən təhlükəli damar, təkəbbürdür və ən zəîf damar da odur. (Hz. Bediüzzaman) – BİR HİSS Kİ, ALLAHA QARŞI ÇIXMAĞA QƏDƏR İNSANI GƏTİRİB ÇIXARA BİLİRSƏ, DEMƏLİ BU TƏHLÜKƏDƏN HƏR KƏSİN MÜTLƏQ XƏBƏRİ OLMALIDIR.
AĞLI BƏYƏNMƏK
Ağlı bəyənmək, özündən ağıllı gördüyü insanlara qarşı qısqanclıqla yanaşmaq deməkdir. Məsələn şeytan kifayət qədər bilgi sahibi olan bir varlıq idi, amma bildikləri onun özü üçün birər quyu oldu, niyə çünki sevgisi dərin, tutqulu deyildi, əksinə sevgisi soyuq və təkəbbürlü idi, özündən daha üstün yaradılışa sahib heç nəyi görmək istəməzdi, insanın üstünlüyü, yaradılışı Allah tərəfindən elan olunduğunda bu şeytanın azğınlığına səbəb oldu. Bu rəftarın kökündə əslində Allaha qarşı olan qısqanclıq dayanırdı. Allah daim üstün yaratma gücünə sahibdir, Allahı sevən onun ucalığı ilə alışıb-yanar, Rəbbi ilə fəxr edər, əslində tərifin, şükrün yalnız Allaha məxsus olduğunu dərk edər, yaradılmış hər şeydə olan üstünlüklər əslində Allahın üstünlüyünün göstəricisidir. Bunu bilməmək, bu sevgidən uzaq yaşamaq deməkdir. Bu səbəblə Allah Quranda bir çox insanın “Rəbblərini təqdir etməyi bacarmırlar” deyə bildirir. Çünki bir bilgi insanda sevgiyə səbəb olmursa, o bilginin heç bir xeyiri yoxdur, əksinə sahibinə daha da ağır yükə çevrilir.
Allah daim ucalığını nümayiş etdirir. Bu ucalıqdan xəbərdar olan, amma təqdir etməyi artıq bacarmayan insanın qısqanclıqla yanaşı, təkəbbür damarı qabarır, qəlbi sevgiziliyə alışdığı üçün və ya həqiqi sevgidən uzaq olduğu üçün bir müddət sonra ruhu daha da qatılaşır.
Şeytanda da sevgi, təvözakarlıq olmadığı üçün Allaha qarşı kifayət qədər səmimiyyətsiz bir üslub içinə gimişdi. Təsəvvür edin, özünün də yaradıldığı təqdirdə, Yaradana Allaha verdiyi sual özünün yaradılışı və insanın yaradılışı ilə bağlı oldu, yəni ilkin adımda sadəcə bir bilgini irəli sürmüş kimi özün qələmə verməyə çalışsa da, cümləsinin davamında öz üstünlüyünü qeyd etdi. Allah bilirdi onun niyyətini, sənin təkəbbürünə nə səbəb oldu deyə soruşdu, bu sualın ona nə üçün ünvanlandığını bilən şeytan, əlbəttə artıq kinindən, qısqanclığından kor olduğu üçün Allahın əzabından qorxmayacaq hala gələrək intiqam almaq üçün, yenə Allaha son bir istəyi üçün üz tutdu. Yuxarıda da qeyd etdiyimiz kimi, özünə oxşar insanların sayını artırmaq, o insanları özü ilə bərabər Cəhənnəmə sürükləmək istəyi.
Şeytanla bağlı olan ayələrdə də inanc sahibləri üçün böyük ibrətlər var.
“Və onlara, hər birində açıq bir imtihan olan ayələr verdik”. (Duxan Surəsi, 33)
Şeytanda imtahana çəkilmiş idi. Onu da qeyd edək ki. şeytan insanlara fantastik kinolarda və ya nağıllarda izah edilmiş bir məhfum kimi gəlməsin, o da Allahın digər varlıqlar kimi yaratdığı bir varlıqdır, onun da özünə xas xüsusiyyətləri mövcuddur və Allah şeytanın bu xüsusiyyətlərini Quranda insanların ibrəti alması üçün bildirir. Şeytan bilgisi olan, amma o bilgiyi sevgi ilə səmimi nur halına çevirə bilməyən, qısqanclığı səbəbilə ilə hər gün, hər gün təkəbbürə qarşı onu gücsüz hala gətirən varlıqdır. Əgər Allaha qarşı üsyan etməyə qədər gətirəcək bir əxlaqsızlıq varsa, o da qısqanclıq içində olan insana heç bir bilginin xeyiri olmayacağı həqiqətidir. Necə ki, yuxarıdakı izahlardan da göründüyü kimi haşa Allahın ağlını sorğulamağa başlayan şeytan kimi. Allahın ağlını sorğulama başlayan insan daha ağıl ilə deyil, aludə olmuş mənfi hisslərin içində qaldığı, qısqanclıq və təkəbbürü ilə düşündüyü və qərar verdiyi üçündür.
ALLAH SEVGİSİ
…Allah çok sevendir. (Büruc Surəsi,14)
…Allahı sevəni, Allah bilir. (Incil,Pavlus’tan Korintlilere 1. Məktub, 8:3)
İlk öncə sevməyi bacarmaq lazımdır. Hər şeydən öncə ən çox Allahı sevmək lazımdır. Əgər aşırı sərhəd, hədd bilməyən bir istək varsa, o da Allahı dəlicəsinə sevə bilmə istəyidir. İnsan yalnız bu halda heç bir sərhəd qoya bilməz özünə, çünki Allah sevgisi qədər önəmli və yüksək olan bir şey yoxdur. Sevginin dərinliyi sahibinin, Allah qatında hər tərəfli yüksəlişinə səbəb olur. Allaha olan sevginin dərinləşməsi, Allahın gücünün fərqində olması ilə başlayır, yəni Allah sevgisinə aparan bilgilər, məlumatlar, iman həqiqiətləridir. Bu səbəblə insanlara elmi məlumatları Allahın yaratması kimi, Allahın gücünün, qüdrətinin təzahürü kimi açıq şəkildə dilə gətirliməli və yazılmalıdır. İnsanları bunlardan məhrum buraxdıqları üçün, elmi məlumatlar təsadüflər adı altında izah edildiyi üçün, insanların fitrətinə zidd olan bir anlayış onlara inandırlımağa çalışıldığı üçün, insanlar qəlbində həm həqiqi sevgini itirmiş vəziyyətdədirlər, həm də suni sevgi adı altında daha da suni olan, müvəqqəti olan axirətləri üçün xeyir gətirməyən şeylərə yönlənilmiş vəziyyətdədirlər.
Allahın gücünün fərqində olan insanın sevgisi dərinləşər və müdrikliyi artar və əgər hər bilginin qarşısında insanın təvəzökarlığı artırsa, Allahın onun üçün yaratdığı sınaqlar qarşısında vəfa göstəririsə, Allaha şükrünü artırırsa bu zaman həqiqi sevgiyə çatmış olur. Çünki hər bir insan dünyada müxtəlif sınaqlara imtahanlara çəkilir. Sınaqlar, imtahanlar insanların nəfsləri üzərindəki yükləri qaldırmaq üçündür, bunlar insanların özlərinə gərəklidir. Allah insanda şükrü artırmaq üçün əlindəki olan neməti ala bilər, o nemətin onda olmasının qədrini bilməmişsə, amma hər kəsin qədərini ibrətlik üçüçn yaratdığı üçünvə insanların üzərindəki həqiqi neməti tamamlaq üçün, inanclarını möhkəmləndirmək, sevgilərini dərinləşdirmək üçündür. Çünki Allah bir çox gözəllikləri dərin düşüncənin içində gizlətmişdir. Çox dərin düşünən insanların dünya həyatından aldıqları həzz, bu vasitə ilə əldə etdikləri nemətlər və yaşadıqları rahatlıq düşünməklə özlərini yormayan və səthi ağılla yaşayan insanların vəziyyətindən çox fərqlidir.
… Allah sizə çətinlik çıxarmaq istəməz, amma sizi təmizlik və üzərinizdəki neməti tamamlamaq istəyər. Umid edilir ki, bəlkə şükr edəsiniz. (Maidə Surəsi, 6)
DƏRDİ DÜNYA OLANIN, DÜNYA QƏDƏR DƏRDİ OLAR
Dünyanın qəflətə sürükləyəcəyi xüsusi gücü var, bir çox insanın bu qəflətdən oyanması üçün müxtəlif səbəblərin yaranması vacibdir. Əks halda nəfslərinin quluna çevrilir bir çox insan. Ağır yükün altında qalan insan nə qədər tahrib olarsa, nəfsinin eqoist tutquları önündə əyilmiş insanın da bir o qədər, hətta daha çox əzilmiş olar. Çünki maddi ağır yükdən dünyada qurtarmaq olur, ölümlə də bunlar bitmiş olur, nəfsin ağır yükü isə dünyada təmizlənmədikcə, axirətdə də davam edir.. Çünki ən ağır yük mənəvi yükdür. Və mənəvi yük Allahdan uzaq yaşanılan hər saniyə daha da ağırlaşır.
Allah (ağır yükləri) sizdən yüngülləşdirmək istəyir: (Çünki) insan zəif olaraq yaradılmışdır. (Nisa Surəsi, 28)
Allahın bütün səbəbləri, insanların bütün bəhanələrini ortadan qaldıracaq, Özünə yaxınlaşdırmaq üçün yaratdığı xüsusi gözəlliklərdir. İnsanın həyatındakı ani dəyişikliklər, sürprizlər, gözlənilməz eniş-yoxuşlar xüsusi yaradılan gözəlliklərdir.
Allah qəlblərin hüzur tapması, yalnız Allahı zikr etməklə, daim Allahı anmaqla mümkün olduğunu bildirir. Allahdan mütmainlik ən böyük nemət olduğunu Allah Quranda bir daha vurğulayır. Çünki mütmainliklə insan hər bir nemətin və imtahanın fərqində ola bilir və ruhən azad olub, nur halına çevrilir, Allahın nuru ilə bötüvləşmış hala gəlir. Bu zaman sevgi qəlbdə dolub-daşmış olur.
YEKUN OLARAQ: Əgər bilgi tədbiqi yönümdən əxlaqda özünü biruzə vermirsə, çoxalması yalnız yükün ağırlaşması deməkdir. Təmiz vərəqə yazılan yazı nə qədər aydın görünəcəksə, arınmış nəfslərdə, ruhlarda bilgi də bir o qədər parıldayacaq. Amma cızma-qara olan vərəqdə isə yazılan bilgilər, görsənmədiyi kimi, əksinə vərəqin cızmaqarasını daha da artıracaq. Amma unutmmaq lazımdır ki, Quranın hikmət dolu nuru insanları təmizləməklə yanaşı, ən gözəl paklığa sevgiyə qovuşdurur. Bu bilgilərə qarşı qəlbi açıq saxlamaq, həssaslığı daim artırmaq və Quranı arama oxuyaraq, dərk etməyə çalışmaq vacibdir inşaAllah. Allah anıldığı zaman qəlbləri ürpərən insanlardan olmaq Quranın əmridir.
Sevgisiz bilginin sahibinə xeyiri olmadığı kimi, ətrafındakı insanlara da xeyiri olmur. Bilgi sevgiyə səbəb olmursa, deməli bilgidən düzgün istifadə olunmur. Həqiqi səmimi sevgidən irəli gələn bilgilər, insanda ən gözəl əxlaqa səbəb olur. Beləliklə, təkəbbür kimi, qısqanclıq kimi xüsusiyyətlərdən qorunmuş olur insan. Rəbbimiz Hz.Yəhyaya sevgiyə qarşı duyarlılıq bəxş etdik deyə bildirir. Bilgiylə yanaşı, sevgi və paklıqda verilmişdi Allah tərəfindən..” “Ey Yəhya! Kitabdan bərk yapış. Biz hələ o uşaq ikən ona hikmət verdik. “Biz həm də ona Öz dərgahımızdan bir sevgi və paklıq bəxş etdik. O, müttəqi biri idi.” (Məryəm surəsi, 12-13)
Ata-anasına qarşı da olduqca itaətkar idi. Zalim, asi deyildi. (Məryəm surəsi, 14)
Gözəl əxlaq Allah tərəfindən daim yüksək qiymətləndirilir. Sevgi dolu idi, asi deyildi, zalim deyildi deyilir. Pak idi, müttəqi idi.
Deməli gözəl əxlaqa yiyələnmək hər şeydən öncədir. Allah rızası üçün sevginin dadı, ləzzəti çox böyükdür. Allah üçün sevmeyi, Allah üçün buz etməyi bacaran bir əxlaq mömünə dərin hikmət qazandırır. Əks halda isə təkəbbürün gətirdiyi bəla insanın həm özünə, həm ətrafına yaşatdığı narahtçılıq çoxalır.
Allah bir insanın ibrət alması üçün lazım olacaq möhləti ona verdik və üzərində neməti tamamlamaq üçün ona bütün vəsilələri səfərbər etdik, artıq istər inansın, istər inkar etsin deyə buyurur. İstər yalnız oxumaqla kifayətlənin, istər Allahın nazil etdiyi kitabdan möhkəm yapışaraq, həyata tədbiq etməklə. İstər Allah üçün yaşayın, istər Allahdan qeyriləri üçün.
ARTIQ:
“Biz ona doğru yolu göstərdik, istər minnətdar olsun, istər nankor!” (İNSAN SURƏSİ, 3)
Gözəl əxlaqlı ola bilərsiniz.
Amma gücünüz çatırsa, ikiqat gözəl əxlaqlı olun.
Esmira Nizami qızı