Qaranlıq gecənin qara adamı….
Qaranlıq gecənin qara adamı,
Burax çıxım gedim, öz yolum ilə….
Dolanbac yolların yorğunu oldum,
Burax çıxım gedim, düz yolum ilə..
Körpə uşaq kimi, ağlatdın məni,
Duz basıb yarama sızlatdın məni,
Qaranlıq gecədə aldatdın məni,
Burax çıxım gedim, düz yolum ilə
Əlimdən aldığın odamı qaytar,
Mənə alovumu, odumu qaytar,
Ana kimi əziz yurdumu qaytar,
Burax çıxım gedim, düz yolum ilə…
BİLDİK?
Doğulub, aləmə göz açan gündən,
Dünyaya biz nəyi gətirə bildik?
Həvəslə yanaşıb hər bir elminə,
Dövrandan nə hikmət götürə bildik?
Tarixin hökmündən kim keçibdi yan,
İnsanın varlığı bir ağıl, bir can,
Zamana inamla bel bağlamadan,
Hansı bir çiçəyi bitirə bildik?
Nə qədər var–dövlət keçib əlimdən,
Könlümün harayın eşit dilimdən,
Həyatın verdiyi hansı zülümdən,
Sakit özümüzü ötürə bildik?
Niyə ayırmadıq dostu, düşməni,
Ürəkdə göyərtdik kədəri, qəmi,
Vətəni qoruyan vətəndaş kimi,
Hansı istəyini yetirə bildik?
Unudam gərək..
Elə bilirsənki səni ünutmaq
suyu içmək qədər asandırmı?
Xeyr asan deyil.
Mən səni ünutsam
onda özümü,
Sənli xatirələrdən izi qalan
sözümü unudam gərək..
Bundan başqa,
Baxışından bir anda yanıb külə döndüyüm
o anları, günləri.
daha nələri,
nələri unudam gərək……