1601578_710347309084020_7077466699777794928_n

Gulnar Qasimli-ya cavab…

Oruc-oruc pəncərənə,
Baxar bu ac pəncərənə,
Ovuc-ovuc pəncərənə,
Daş gəldi, namə gəlmədi.

Sənin kimi gözəl ola,
Gülüm, məndə ürək qalar
Dur gəl qonağı qarşıla,
Xoş gəldi, namə gəlmədi.

Ay mənim Səma gözəlim,
Seni vəsf eylər bu dilim.
Qapından dilənçi əlim,
Boş gəldi, namə gəlmədi.

Ömrümdən biraz da getdi,
Ürəyim bu qızda getdi…
Yaz ötdü, payızda getdi,
Qış gəldi, namə gəlmədi.

Mənə bel bağlama…

Mənə bel bağlama, kəs əhdini, kəs,
Qoyma gözlərində sevgini sıxam.
Bir günlük məhəbbət həvəsdir, həvəs,
Bir də görərsən ki, yanında yoxam.

Ömründə dəvətsiz qonaq bil məni,
Əəbədi yanında qala bilmərəm.
Bu evdən, ocağdan uzağ bil məni,
Qəlbinin sakini ola bilmərəm.

Gedərəm həsrətlə sıxıb köksünü,
Axar göz yaşların kiriyə bilməz.
Gülüm, ayağından şikəst sevginin,
Əəlindən tutsan da, yeriyə bilməz.

Ömrünə yeni bir sevgi soraqla,
Demə ki,bağlanıb bütün qapılar.
Saxla, ürəyində məhəbbət saxla,
Sənin də, üzünə gülən tapılar.

Yandır bu tilsimi, qır bu tilsimi,
Düşünmə əlində çıraq olacam.
Bəlkə də, yanından ayrılan kimi,
Kiminse ömründə qonaq olacam.

Mənə bel baglama, kəs əhdini, kəs,
Qoyma gözlərində sevgini sıxam.
Bir günlük məhəbbət həvəsdir, həvəs,
Bir də görərsən ki, yanında yoxam.