Qabil_edalet (2)

Qalıb hələ…

barmağından üstümə çıxarıb atdığın
üzüyün tökülmüş qaşları…
çırpdığın qapının zərbəsindən
divarların əməmlə gəlmiş çatları…
qalıb hələ…
sındırdığın güzgüdə çiliklənmiş əksimin
dabanımın qanı ilə yuduğum üzü…
çərçivədən çıxarıb yandırmaq istədiyin
toy şəklimizin əzikləri…

və hələ də bu çərçivənin boşluğundan
özünü asan azrularımın son inamı…
qalib hələ…
qalıb hələ…
dodaqlarının izi fincanda,
güzgünün qabağında qoxladığım tellərin
darandığın daraqda….
səni xatırladır cehizlərin hər otaqda…
sevgimizdən daha etibarlı imiş,
göyərçin əllərinlə qoyduğun
gəlinlik gülünün şeir dəftərinim
arasında qurudulmuş ləçəkləri ….
qalıb hələ…
evimizin kənlarından iki addım o yana
daş parçası ilə cızdığımız
sevgimizin nişanəsi…
bəlkə də …
bəlkə də o ola
bətndəki barışmağın bəhanəsi…

SEVGİ KRALLIĞIM

Sən, sevgi adlı krallığımın
gözəl şahzadəsi.
Ruhumun sevgi qoxulu səsi,
ilham pərimsən.
Misra-misra ömrümə
açılan səhərimsən.
Bir parça nur tək
göy üzündən qopmusan,
Şeirlərimə hopmusan.
Səni sən olduğunçün sevirəm –
mənim krallığım
dünyada yeganə krallıqdır ki,
orda cəmi iki nəfər yaşayır
Bir də
gələcəyin ruhu boylanır o krallıqdan…