yaz gecəsində görüşdük,
ağaclar qrov bağlamışdı soyuq nəfəsindən
dolanmışdı qapımıza qaranlıq zolağı
nəyisə xatırladırdı, yada anladırdı.
onda nəfəsim çox istiydi, kin-küdurətsizdim
illər keçdikcə, soyuqluğun ciyərlərimə dolurdu
buzladırdı ciyərlərimi..
nəfəs almaz olurdum.
yay gecəsində, tənginəfəsdim..
öləcəyimdəm ölmüşümə gedirdim.
dünya öldükcə ölürdü.
bir qığılcım vardı ovcuma topladıqlarımda.
ovcumdan atdıqlarımda.
gömülməyə gedirdim dünyanın ürəyində.
getdim…
fəsillərim qarışdı.
mən adlı kim qaldı ki..?
danışan taptanan, itib-batan ayaq izlərindən başqa.
gəlişimdən gedişimin fərqinə gedirdim, getdikcə
uzandıqca, qısaldıqca özümə boylanırdım səndən.
varlığımda yoxluq, yoxluğumda varlıq daşıyan dünya!
sinəndə sıralanıb baş daşlarım…
boyun bağın!