Bakı Avropanın ilk olimpiadasına ev sahibliyi etdi.
Birinci Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunlar yüksək şəkildə təşkil edilib, idarə edildi.
Mərasimin təşkilində əksəriyyəti azərbaycanlılardan ibarət 1600-dan çox könüllü iştirak etdi. Eyni zamanda 17 ölkədən də könüllülər bu işə cəlb olundu. Bu tədbirin ərsəyə gəlməsi istiqamətində könüllülər 400 dəfədən çox məşq etdlər.
Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış 1000 mütəxəssis cəlb olundu.
Beləliklə, Sıralarında əlli doqquz Olimpiya qızıl medalının sahibi olan yüz əlli Olimpiya medalçısı “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak etdi. Birinci Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də oldu və Oyunlar 17 gün davam edib. Bu müddət ərzində 50 ölkədən olan 6 min idmançı medallar uğrunda mübarizə aparıb.
Gecələr Bakı Şərq nağıllarını xatırladır. Minlərlə projektorla işıqlandırılan və kosmosdan gələcək oyunların mayakını xatırladan idman obyektlərini görəndə aydın olur ki, Azərbaycanın Olimpiya Oyunlarını keçirmək iddiası əsassız deyil. Bu, idman və ümumilikdə infranstrukturun inkişafı istiqamətində böyük işdir. Birinci olmaq nə qədər çətindirsə, bir o qədər də şərəflidir.
Avropa Oyunları Azərbaycanın dünya dövlətləri arasında yerinin müəyyən edilməsi istiqamətində daha bir addım, eyni zamanda, Avropa dəyərlərinə sadiqliyinin sübutudur.
Əslində, Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçdi. Açılış və bağlanış mərasimləri də yüksək səviyyədə təşkil olunmuşdu.
İdman insanları fərqli düşünməyə və daha çox nailiyyətlər əldə etməyə həvəsləndirmək gücünə malikdir. Bizim ölkəmizdə idman müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirmək, insanlar arasında ixtilafların qarşısını almaq üçün bir vasitə kimi istifadə edilir. Eyni zamanda, Avropada da idman müxtəlif dövlətlər arasında qarşılıqlı anlaşma yaratmaq üçün bir vasitə kimi istifadə edilə bilər. Bu baxımdan Azərbaycanda baş tutan İlk Avropa Oyunları bütün keçmişdə olan ixtilafları bir kənara qoyub və bunun əvəzində daha yaxşı işləri önə çəkmək üçün unikal bir imkan yarada bilər. Eyni zamanda, bu Oyunlar idmançılara illərdir çəkdikləri əziyyətin, ağır zəhmətin bəhrəsini görmək, dünya şöhrətli idmançı olmaq arzularını reallaşdırmaq şansı Verdi.
I Avropa Oyunları Azərbaycan üçün həm cari, həm də strateji gəlirlər vəd etmiş oldu. Nəticə etibarilə, özlüyündə bu layihə iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatının bu layihədən uzun müddət faydalanmasına imkan verəcək. Bu tərz beynəlxalq yarışlar ölkəmizin iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir.
Avropa Oyunları iqtisadiyyatın müxtəlif sektorları üçün yeni maliyyə imkanları yaratmış oldu. Eyni zamanda fevralda devalvasiyaya uğrayan manatın sabitləşməsinə təkan verərək: “Oyunlar son aylar daha çox müzakirə olunan manatın stabilləşməsinə müsbət təsir göstərdi. Çünki Azərbaycana gələn turistlər bura xarici valyuta ilə gələrək və burada olduqları müddətdə həmin xarici valyutanı manata çevirdilər.
Eyni zamanda ölkəmizin bank sektoru Avropa Oyunlarından gəlir əldə edən sahələrdən biri oldu. Belə ki, ölkəyə gələn turistlər plastik kartlardan istifadə edərək, bu da bank xidmətindən daha aktiv istifadə edilməsinə və bankların Avropa Oyunlarından gəlir əldə etməsinə səbəb oldu.
Ölkəmizin bu yarışlardan digər qazancı da yeni infrastrukturun yaradılması ilə bağlıdır. Bu gün inşa edilən hər bir idman obyekti və hotellər sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün istifadə ediləcək. Nəzərə alsaq ki, 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının yarımfinalının və digər beynəlxalq oyunların keçirilməsi qərarı verilib, artıq bu o deməkdir ki, xərcləri gəlirlərlə müqayisə etməməliyik. Çünki növbəti mərhələdə ciddi xərcləmələr olmadan digər beynəlxalq oyunları təşkil etmək mümkün olacaq.
Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi cəhətdən müsbət faydası ilə yanaşı, kifayət qədər çoxlu sosial üstünlükləri də oldu. Yeni xərclər dövlət büdcəsinə əlavə vergi ödənişlərinə imkan yaradaraq,digər tərəfdən də ölkəmizə gələcək turistlərin yalnız paytaxta deyil, eyni zamanda regionlara səfərlər etməsi və orada müxtəlif xidmətlərdən faydalanması vətəndaşlarımız üçün əlavə gəlir mənbəyinə çevrildi. Oyunlar zamanı paytaxt və regionlardakı turizm obyektləri və restoranlar şəbəkələrinin aktiv fəaliyyət göstərməkləri və bu sahədən həm əhalinin, həm də dövlət büdcəsinin faydalandığı aydın görünür.
Bir sözlə, Oyunların təşkilindən udan tərəf Azərbaycan və ölkə iqtisadiyyatı oldu.
Təbii ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə bir çox istiqamətdə böyük faydalar əldə etdi. Siyasi baxımdan, Avropa oyunları Azərbaycanın beynəlxalq nüfuzunu artıraraq, bütün dünyanın diqqəti Azərbaycana yönəltdi ki, bu da ölkəyə özünü dünyaya təqdim etmək üçün bir imkan yaratdı. Şübhəsiz ki, dünyanın diqqətinin bu şəkildə Azərbaycana yönəlməsi gələcəkdə ölkəyə iqtisadi dividentlər də gətirəcək. İlk növbədə bu, Azərbaycana turistlərin marağını xeyli artırdı və hətta Avropa Oyunlarından sonrakı dövrdə də uzun zaman ölkə iqtisadiyyatının çıçəklənməsinə xidmət edəcək. Bundan əlavə, idmançılarla yanaşı bu Oyunları izləmək üçün Azərbaycana çoxlu sayda tamaşaçılar da gəldi. Təbii ki, bu da öz növbəsində ölkədə yerli biznesin inkişafına gələcəkdə öz töhfəsini daha yaxşı verəcək.
Odlar Yurdu Can Azərbaycan!
Ülkər Dəniz (Piriyeva) – Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Bədii qiraətçi, Bakı Slavyan Universitetinin tələbəsi, genc xanım yazar