Səfər yanında olmayanda Fidana elə gəlirdi ki, əli heç bir işə yatmır. Darıxırdı onun üçün… İş telefonundan Təhminəni yığdı, Kərim də oğluyla getmişdi. Təhminə Fidan üçün çox maraqlı qadın olmuşdu. Nə etmişdi ki, Kərim kimi kişi oğlu yaşında qadına bağlanmışdı, sevmişdi. Halbu ki, Cəmiləyə olan sevgisini eşidə-eşidə böyümüşdü. Fidan Təhminənin ev nömrəsini yığdı. Dəstəyin o biri tərəfindən səs gəldi.
– Allo
– Salam. Necəsiz Təhminə xanım?
Təhminə gülümsədi – Salam. Yenə siz?
– Vərdişkaram.
– Mənə olma. Sən de, rəsmiyyəti sevmirəm.
– Yaxşı, sən deyən olsun? Necəsən?
– Yaxşıyam. Köçmək işinə baxıram.
Fidan təəccübləndi – Köçürsən?
– Hə, başqa yerə köçürəm. Bugün ev tapmışam. Əşyalarımı hazırlayıram.
– Hara köçürsüz?
Təhminə ünvanı deyəndə Fidan təəccübləndi.
– Sən biz tərəfə yaxın köçürsən.
– Bina evində qalırsan?
– Yox, bizdə ümumi məhlədir. Məhləmizlə üzbəüz doqquz mərtəbəyə köçürsən.
– Ay sağ ol. Tez-tez qonaq gələrsən. Sevinərəm.
– İstəsən bugün işdən çıxandan sonra gəlib sənə kömək edə bilərəm.
– Sözün düzü… yox demək istəmirəm. Əziyyət verməyədə utanıram.
– Nə əziyyəti, xoşdur. İşdən saat beşdə çıxıram. Çıxan kimi gələcəm.
– Yaxşı, danışdıq.
Fidan dəstəyi yerinə qoydu.
– Kərim dayı Təhminəyə ev alıb? Allah eləməsin,ata-oğul üz-üzə gəlsinlər.
***
Lamiyə səhər hər kəsdən öncə yuxudan oyanmış, evdən çıxmışdı. Heç xadimə də getdiyini hiss etməmişdi. Cəmiləgildə elə bilirlər ki, gecə səhərəcən Aybənizlə söhbət etdikləri üçün yuxudan oyana bilmir. Heç kimdə oyandırmırdı. Lamiyə parkda oğlanla gəzirdi. Oğlan Lamiyənin əlindən tutmaq istədikcə Lamiyə əlini çəkirdi.
– Başa düş məni, əvvəl mən də elə bilirdim sevirəm səni. İndi məndə heç nə alınmır.
– Bura bax qancıq, necə yəni alınmır. Üç ildir sənin üçün nə lazımdırsa eləmişəm. İki qram qanı saxlamaqla elə bilirsən bakirəsən?Boğazındakı sepəcən mən almışam.
Lamiyə boğazından sepi açır oğlana uzadır.
– Buyur, indiyəcən aldığın qır-qızılları qaytararam.Daha mənə lazım deyil. Bildin?
– Elə oldu? Olmaya bözünə yaxşı tikə tapmısan? unutma ki, şəkillərin var məndə.
– Nə şəkilləri?
Lamiyənin gözləri bərəldi.
-Şəkillərimizi çəkmisən? Mənimlə sevgi davası edirsən, halbu ki, mən sənə inanırdım.
– Üzr istəyirəm, vicdanıma and olsun, heç bir şəkil çəkməmişəm. hirsimdən dedim. Səni doğrudan sevirəm Lamiyə. Yaradana and olsun.
– Mənə vaxt ver. Özüm səninlə əlaqə saxlayacam. Yeri gəlmişkən, Gəncəyə köçəcəyik.
Oğlan Lamiyənin əllərindən tutur, öpür.
– Sənin üçün dünyanın o başınada gələrəm. Elçilərimi nə vaxt göndərim?
Lamiyə oğlanın üzündən öpür.
– İmkan ver, ev-eşiyimizi quraq, sonra. Tahir, mənə söz ver ki, heç vaxt mənə pislik etməyəcəksən.
– Kimə? sənə? Xəyanət etmədiyin müddət səninlə işim yoxdur.
Tahir Lamiyəni qucaqlayır. Lamiyə hiss olunurdu ki, məcbur onunla münasibətləri davam etdirirdi.
***
Fidan işdən çıxandan sonra Təhminənin evinə gəlir. Təhminə qapını açır, gülərüzlə Fidanı qarşılayır.
– Xoş gəldin, buyur.
– Xoş gördük.
Fidan qapının ağzında yığılan əşyalara baxır.
– Maşallah, mənə iş saxlamamısan ki!…Hamısını görmüsən.
– Sənə əziyyət vermək istəmirdim. Madam gəldin, bir çıxaq onda.
– Yaxşı, ordanda gedərik bizə. Qonşuyuq, gediş-gəlişimiz olar.
– Yaxşı, məni gözlə, gözətçini çağırım gəlirəm.
– Yaxşı.
***
Lamiyə günorta evə gələndə hər kəs təəccübləndi. Anası Aynur qızına yaxınlaşdı.
– Sən evdə yoxuydun?
– Yox, səhərdən çıxmışdım evdən. Şəhərin gəzməli yerlərinə getdim.
Cəmilə şübhəli-şübhəli;
– Aybənizi özünlə niyə aparmadın?
– Səhərəcən yuxusuz qalmışdı mənimlə. Qapısını döydüm, eşitmədi.
Aybəniz – Elə bərk yatmışdım ki, bomba atsan da ayılmazdım.
Cəmilə – Yaxşı vaxtda gəlmisən. Nahara hazırlaşırdıq.
– Paltarımı dəyişim, əl-üzümü yuyum gəlirəm.
Lamiyə qonaq otağından çıxdı, Aynur qızının arxasınca şübhəli baxdı, sonra süfrəyə tərəf getdi.
***
Təhminə Fidangilin yaşadığı məhləylə üzbəüz binaların birində ikinci mərtəbəyə köçmüşdü. Fidan əşyalarını evə yığmağa kömək etdi. Sonra birlikdə Fidangilə gəldilər. Çiçək yaxşı süfrə açdı. Təhminə başına gələni Fidangilə danışdı. Təhminənin atası uşaq olanda Rusiyaya getmişdi, qayıtrmayanda anası başqasına ərə getməli olmuşdu. Anasının qızına biganəliyi Təhminənin ortalıqda böyüməsinə səbəb olmuşdu. Bir oğlan evlənmək məqsədi ilə bakirəliyini pozub atandan sonra anasıgilə bildirmişdi. Anası ögey atasıyla evdən qovanda restoranların birində rəqqasə işləyib. Orda Kərimlə tanış olmuşdu. Kərimlə yaşadığı müddət işləməmişdi. Çiçək hansı Kərimdən danışdığını anlamamışdı.Təhminə Kərimi bizneslə məşğul olan adam kimi danışırdı. Fidan dərindən nəfəs aldı. İstəmirdi nə Təhminə Səfərlə nişanlı olduğunu bilsin, nə də anası Kərimi…
***
Kərim türkiyədən bir-neçə dəfə Təhminəyə zəng vursada, telefona cavab verən olmurdu. Kərim sürücüsü Rafiqi yığır. Rafiqin əl telefonunun zəngini eşidəndə cavab verir.
– Allo
– Salam. Necəsən?
– Yaxşıyam Rafiq müəllim. Siz necəsiz?
– Yaxşıyam. Təhminəyə iki gündür zəng edirəm, cavab vermir.
– Kərim müəllim, Təhminə köçübdür. Ünvanını bilən yoxdur.
Kərim qaşlarını çatır – Necə yəni köçüb?
– Ev yiyəsiylə danışdım. Qəfildən köçüb.
– Yaxşı, sabah gələcəm. Gəldiyimi heç kim bilməsin. Yaxşı?
– Baş üstə.
– Bəs Cəmilə?
– Cəmilə xanım hara gedibsə, ancaq qonaqlarıyla gedib.
– Yaxşı, sabah sənə zəng edəcəm.
– Kərim müəllim, gəlsəz yaxşı olar. Sizə deyəcəyim başqa söhbətlər də var. telefonda deyə bilmirəm.
– Gələcəm danışarsan.
Kərim dəstəyi yerinə qoyur. Rafiq maşının qapısını açmaq istəyəndə qarşısında Cəmiləni görür. Cəmilə ağır-ağır Rafiqə yaxınlaşır.
– Kərimə nə deyəcəksən, Rafiq? Deyəcəksən qızını qucaqlamışam, anası tutub?
– Bilmirəm sizin nə sirriniz var. Ancaq sizin istədiyiniz kimi olmayacaq. Aybəniz xanımla evlənməyəcəm. Mən Aybəniz xanıma ağladığı üçün təsəlli vermişəm, siz gərək məni onda qovasınız. Lakin təcili evlənməyimi istəyirsiniz. Niyə?
– Çünki qızım səndən hamilədir.
Rafiqin təəccübdən və üstünə atılan şərdən az qala boğulurdu.
– Yalandır. Nə deyirsiniz deyin, məni tələnizə sala bilməyəcəksiniz Cəmilə xanım. Lap tutdurun. Qızınızla evlənməyəcəm.
– Evlənmə, ən azından uşaq olana kimi tutulacaqsan. Hər halda kimin sürücüsü olduğunu unutma. Yaxşı-yaxşı fikirləş. Gecən xeyirə.
Rafiqin hirsdən gözləri dolmuşdu.
***
Gecədir. Fidan anasıyla Təhminə haqqında danışır.
Fidan – Təhminəni qınamıram. Günah anasındadır.
– Mən də anasında görürəm. Qızına qarşı diqqətli olsaydı, indi ev-eşik sahibi olmuşdı. Gərək o oğlana inanmazdı. Evlənməmişdən əvvəl yaşamaq düzgün deyil. Ən böyük əxlaqsızlıqdır. Bizim vaxtımızda belə şeylər olmazdı.
Çiçək danışdıqca qızı utanırdı.
– İndi inanıbda ana. Həm də sevəndə adamın gözü görmür.
– Nə olsun sevib. Biz sevməmişik? Sən lap giclədin.
– Mən nə dedim indi? Nə isə… Səhər işə tez getməliyəm. Sifarişlər çoxdur. Gecən xeyrə qalsın.
– Yat, yat. Xeyirə qarşı.
***
Cəmilə gecə hamı yatanda ev telefonunu götürür, nömrələri yığır.
– Allo… Sevil eşidirsən məni?
– Hə
– Qardaşıngil nə vaxt həll edir işi?
– Sabah tezdən. Bugün izləyiblər. Qəribə bir şey olub.
– Nə?
– Oğlunun nişanlısı ilə Təhminə rəfiqədilər.
– Necə?
– Mahmud dedi. Özünə də qəribə gəlib.
Cəmilənin gözləri doldu.
– Eşidirsən? Qardaşın şəxsən özü onu zorlasın. Elə zorlasın ki, özünü öldürmək həddinə çatsın. Öldürsündə… Qorxmasın, arxasında mən varam.
Cəmilə dəstəyi yerinə qoydu. Qapıya tərəf dönəndə qarşısında Lamiyəni gördü, udqundu.
– Çoxdan burdasan?
Lamiyə çoxbilmiş adamlar kimi yaxınlaşdı.
– Demək olar. Narahat olmayın, sirriniz qəbrəcən mənimlə gedəcək.
Cəmilə bir az rahatladı.
– Sənin adamın var?
– Nə mənada?
– Yəni istədiyin oğlan var?
– Yoxdu, anam kimə versə ona gedəcəm.
– Fidanı Səfərdən ayıracam, mütləq ayıracam. Hazırlaşarsan.
Lamiyənin gözləri güldü.
– Nə mənada?
Cəmilə əlləriylə Lamiyənin üzünü tutdu, gülümsədi.
– Gələn gündən ürəyimə yatmısan. Gəlinim olmağa indidən hazırlaş.
Lamiyəylə Cəmilə bir-birilərinin üzünə güldülər. Cəmilə Lamiyəni ancaq bu yolla susdura bilərdi. Fikir vermişdi, Lamiyə gələn gündən gözlərini oğlundan çəkmirdi…
***
Səhər-səhər Çiçək yuxudan dik atıldı. Özünü yaxşı hiss eləmirdi. Əl-üzünü yumağa gedəndə halı qızının gözündən qaçmadı.
Fidan – Yaxşısan ana?
– Narahat olma.
Çiçək həyətə çıxdı, hamama girib üzünə su vuranda bir az özünə gəldi.
Evə girəndə qızı səhər yeməyi üçün süfrəni hazırlamışdı.
Fidan – İstəyirsən işə getməyim ana. Nə isə gözümə yaxşı dəymirsən.
– Yox vallah. yaxşıyam. Yuxu ürəyimi sıxdı.
Fidan anasına çay süzdü.
– Nə yuxusu gördün?
– Fikir vermə, qarışıq gördüm. Səni and verirəm allaha, yolnan gedəndə ehtiyyatlı ol.
Fidan başıyla anasının dediklərini təsdiqlədi. Çantasını götürdü
– Gedirəm, bir-iki saata gələcəm.
– İşindən qalma, Səfər gələndə işlər qaydasında olsun. Nə olsun nişanlısan, yaxşı deyil.
Fidan heç nə demədi, evdən çıxdı. Dayanacağa kimi gəldi. Fikri anasının yanındaydı. Fidanı saçı seyrək, saqqallı, hündür bir kişi düşüncələrindən ayırdı.
– Bağışlayın bacı, sizi narahat edirəm
– Buyurun.
Kişi uzaqdan cavan, hamilə bir qadını göstərdi.
– Yoldaşım hamilədir, təcili xəstəxanaya aparmalıyam. Yalvarıram mənə kömək edin.
Fidan kişiyə heç nə demədi, uzaqda əli qarnında zarıyan qadına yaxınlaşdı. Fidan qadının qoluna girdi, üzünü kişiyə tutdu.
– Taksi tutun.
Kişi taksi tutdu, sürücüyə pul verib nə isə dedi. Sürücü başıyla təsdiqlədi.
Qadın qışqırırdı, Fidan qadına təsəlli verirdi.
– Narahat olmayın, bir azdan xəstəxanaya çatacağıq.
Fidan kişinin köməyi ilə qadını arxa oturacaqda otuzdurdular, özüdə qadının yanında əyləşdi. Kişi qabaqda sürücünün yanında oturdu.
Sürücü maşını beşmərtəbəli binanın qarşısında saxladı. Fidan təəccüblə soruşdu.
– Xəstəxanaya niyə aparmadınız?
Kişi yazıq baxışlarla; – İmkansızı xəstəxanaya götürərlər, ay bacı? Anası, bacısı evdədir. Bizi gözləyirlər.
Kişi maşından düşdü, qapını açdı, hamilə arvadını Fidanın köməyi ilə maşından düşürdü, binaya girdilər. Qadın zarıyırdı. Birlikdə ikinci mərtəbəyə çıxdılar. kişi ortada qara rəngdə olan dəmir qapını döydü. Qapını əynində nazik xələt olan, yaşı hardasa 30-35 yaşı olar, sarışın qadın açdı. Kişi qadını Fidanla bərabər içəri apardı. Evdə iki qadın da vardı. Ancaq bunlar cavan idi. Geyindikləri paltardan evdar qadınlara oxşamırdı. Kişi sarışın qadınla birlikdə hamilə qadını otağa aparıb qapını bağladılar. Fidan qapının ağzında evə nəzər saldı. Ev üç otaqlı idi. Qızlardan biri Fidanı qonaq otağına dəvət etdi.
– Qapının ağzında dayanmayın. Keçin içəri.
Fidan qonaq otağına keçdi, divanda oturdu. Otağın görünüşü də ürəyincə olmadı. ” İmkansız adama oxşamır, xəstəxanaya niyə aparmadı? ” deyə düşünürdü. Otaqdan körpə uşaq səsi gəldi. Xələtli qadın kişiylə otaqdan çıxdı. Kişi sevincək Fidana yaxınlaşdı.
– Oğlum oldu. Çox sağ ol bacı, sən olmasaydın bilmirəm neyləyəcəkdim. Çox sağ ol.
Fidan ayağa qalxdı. sevinclə dedi:
– Təbrik edirəm. atalı-analı böyüsün. Yaxşı, mən gedim.
Sarışın qadın – Niyə tələsirsən gözəl? İcazə ver, səninlə yadigar şəkil çəkdirək.
Kişi – İcazə nədir? Oğlum böyüyəndə ona kömək edən qadını tanımalıdır.
Fidan yox demək istəsə də ağzından ” hə ” çıxdı.
Mahmud Fidanın yanında oturdu, arxadan əlini Fidanın çiyninə qoydu. Fidanın əvvəlcədən gördüyü gənc qızlardan biri Fidanın yanında oturdu, əlindən tutdu. digər qız isə qabaqlarında yerdə uzandı. Qızın hərəkəti Fidanı çaşdırdı, bir söz deyə bilmədi. Sarışın qadın özünü əzdirə-əzdirə kişiyə dedi.
– Mahmud,əzizim gülümsəyin.
Dördüdə gülümsədilər, qadın şəkillərini çəkdi. Qadın şəkili çəkdikdən sonra Mahmud ayağa qalxdı, fotoaparatı qadının əlindən aldı.
– Mən gedirəm, gələnə kimi bu gözəlçəni yanınızda saxlayın.
Fidan Mahmudun dediklərindən heç nə anlamırdı, canına üşütmə gəldi.
– Başa düşmədim. Bu nə deməkdir? Buraxın məni.
Fidan qapıya tərəf qaçmaq istəyəndə Mahmud onu divana itələdi. otaqdan bir qız çıxdı. Yolda özünü hamilə qadın kimi göstərən qadın idi. Əynində şortik, göbəyi açıq koftada, siqaret çəkə-çəkə otağa girdi. O, Fidanı yamsılayırdı.
– Kömək edin, yalvarıram buraxın məni.
Fidan – Kimsiz axı siz? Məni buraya niyə gətirdiniz? Sizə nə pisliyim keçib?
Mahmud – Hələ bu çox zəvzəyəcək. Aparın bunun əynindəki paltarları soyundurun. Axşama yağlı müştərimiz var.
Fidan qışqırırdı – Nə paltarı, nə müştəri? Nə danışırsız?
Fidan əlləriylə üzünü tutub hönkür-hönkür ağladı.
Sarışın qadın Fidana yaxınlaşdı.
– Bir neçə gündən sonra başa düşərsən. İlk günlər hamımız ağlamışıq, sonra keçib gedib. Özdə gözəlim, bizim iş savabdır.
Fidan – Qəhbəlik nə vaxtdan savab olub? Mən sizin kimi olmayacam. Heç vaxt sizin kimi olmayacam. Bilmirsiz kiməm. Nişanlım bilsə…
Mahmud Fidanın sözünü ağzında qoydu – Çox nişanlım demə, təpiyi birinci elə nişanlın vuracaq.
Fidan ayağa qalxdı.
Mahmud – Burdan qaça bilmərsən.
Fidan ətrafına baxdı. Qonaq otağında aşıq pəncərə vardı. Mahmud qapıya yaxınlaşanda Fidan yanındakı sarışın qadının qarnına diziylə vurdu.
– O sənə elə gəlir, oğraş
Fidan cəld açıq pəncərəyə tərəf getdi. Sarışın qadın yerdə qarnını tutub zarıyırdı. Pəncərə hündür olmadığından Fidan rahatlıqla çıxdı. Yerə baxanda asfalt idi, hiss edirdi ki, sonudur, möcüzə olsa, ən yaxşı halda şikəst qala bilərdi. bunları düşünəndə Fidanı ağlamaq tutdu.
– Səni kim tutub bilmirəm, ölümümdən sonra o şəkillə də olsa heç kimi inandıra bilməyəcəksən.
Fidan özünü pəncərədən atdı, Mahmud key adamlar kimi yerində donub qalmışdı. Belə gözləmirdi.
– Qız öldü.
Dediklərini heç kim eşitmədi. Sarışın qadından başqa otaqdakı digər qızlar qışqırışırdılar. Siqaret çəkən qız əsirdi, pəncərəyə yaxınlaşdı… Gözlərini yummuşdu. Fidanın cəsədinə baxmağa qorxurdu…
Ardı var…