gxi

gözümə hopdu
şəkilləndi gecə.
həm endim həm qalxdım xəyallara
pillə-pillə.
seyr etdim özümü uzaqdan sadəcə
təbəssüm aldatdı yanağımı
səyridi dodağım keçmişə.
boynumu büküb gülümsədim.
çıx get bu şərdən
çıx get uzaqlara söylədim.
könlündən qopanları
bəlkə başqa şəhərdə tapa bildin deyə.
çıx get!
addımla özünlə addım-addım keçmişə
keç keçmişdən, keç və get.
bir səadət gözləyir bəlkə də…
bir ümid sallanır kipriyindən
göydən ulduzlar enib
pərçimlənib yerə…
yığ ulduzları ovcuna
səni qaldırsın göyə.
ürkək baxışlı
yeriməkçün yaradıldın…