cm

* * *

Gözünü yollardan yığarsan daha,
Dönüb, gəlməyəcəm məni gözləmə.
Elə gedirəm ki, tozumda qalmaz,
Yollar həsrət qalar ayaq izimə.

Hədər keçirdiyim illərə heyif,
Mənim illərimi özümə qaytar,
Hələ qurumayıb gözümün şehi,
Qaytar göz yaşımı, gözümə qaytar.

Gedirəm, ayaqlarım hara aparsa,
Daha dinləmirəm qəlbin səsini.
Sənin olmadığın bir dünya varsa,
Mən ora gedirəm, axtarma məni.

Gedirəm həm üzgün, həm də taqətsiz,
Fəqət, ne soraqla, nə də ki axtar
Elə yol pulusuz, elə biletsiz,
Məni sənsizliyə aparir qatar…

Səni məndən soruşurlar

Sən həyatın işinə bax,
Gör bir necə dövr eləyir.
Sanki dərdim azmış kimi,
Dərdimin üstə dərd gəlir.

Heç bilmirəm necə edim,
Hər yerdə bir nişanən var.
Axı hara çixim, gedim?!
Sənə çıxır bütün yollar.

Qopdu yaramın qaysağı,
Yenə döndüm mən ölümdən.
Ürəyimə çəkib dağı,
Soruşurlar səni məndən.

Axı o kəs bilməyir ki,
Hər sözü məhv edir məni.
Səni məndən soruşduqca,
Nə qədər incidir məni.

Qismətimi çalan kəsə,
Göz yaşimla bəhs edirəm.
Səni məndən alan kəsə,
Öz payımı göndərirəm