.
Hissə qapılanda-belə gəlir ki,
“Yüz il də” məxluqun olmazdı bəsi,
güllər ona görə çox yaşamır ki,
insan–“az ömründən” giley etməsin.
Bilə bilməsə də getmək vaxtını,
özü qurmasa da “Baxtın taxtını”
kim məskən seçibsə göylər altını
tapşırsın–bildiyin taley etməsin!
Yaxşı əməlləri,günahları da,
yazılsın hüdudsuz “Vaxt kitabında”,
sevən insanların bahar bağında,
qışda etdiyini yellər etməsin,
Dünyadır–arzuya yetmək də olar,
sınmaq da mümkün iş,bitmək də olar,
həyatdan yarımçıq getmək də olar;
hər nə cür getsə də,nakam getməsin…