Düşüb uzun bir cığıra,
yollanasan sərin-sərin,
səhər-səhər gül çağıra,
oyanasan sərin-sərin,
Dəli ürək,bir bax ona,
üstündə düşən qırğına;
fürsət düşə-yollarına
yollanasan sərin-sərin,
Heç dönmək yaraşmaz ona,
sancan qızıl gül koluna,
yaxın qoya–qollarına
dolanasan sərin-sərin,
Baş tutanda gözəldir ov–
altında at,əldə cilov,
səni qarsa o cür alov,
sən yanasan sərin-sərin,
Adam yanar küçələrdə,
nə var istidə şəhərdə?
şır-şır axan şəlalədə
yuyunasan sərin-sərin,
Atıb dərdi,həyacanı,
adamın bərkiyə canı,
soyuq başla bu dünyanı
anlayasan sərin-sərin,
Almış olaq yuxumuzu,
görünəndə Dan ulduzu,
səhər-səhər, çöl xoruzu,
banlayasan sərin-sərin!
Vahid ƏZİZ,aç gözünü,
söylə dünyaya sözünü,
qınayaıb hərdən özünü,
danlayasan sərin-sərin…