This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

Yaz çölündə min-bir çiçək,
pətək yerinnən oynayır!!
gülşənə düşən kəpənək
hərdən biriyən oynayır!

Çönüb baxdı üçü-beşi,
dedi:”Qocalmısan,kişi”!,
Vaxtın ölüynən nə işİ?
zaman diriynən oynayır,

Bilmir başı alovluyam,
yorulmur çalıb-oxuyan,,
eşqi gözlərimnən duyan,
qəlbin sirriynən oynayır,

Qoy oynasın,rahat qoyun,
çətin bitər bu cür oyun!
qız ayağı axan suyun
duru yeriynən oynayır,

Tüstüsü yaşardar gözü,
yaman olar eşqin közü,
ölmüşəm ki-gözəl özü
hörükləriynən oynayıyr?

Rüzgarı sərt son baharın,
sonu hardadı yolların?
payız yeli durnaların
lələkləriynən oynayır,

Cənnətdə hazırdı yerim-
göylərə çatıb xəbərim,
uşaqlıqdan çiyinlərim
Mələkləriynən oynayır!

Yaxşı tanı bu dünyanı–
“uduzanı”,”aparanı”,
Vahid ƏZİZ “Qumarını”
şeirləriynən oynayır…