
Çoxu səs-səmirsiz köçdü Dünyadan,
Az adam tarixə yazıldı, öldü,
Kimisi- dilindən, kimi-
boğazdan,
Kimi ayağından asıldı, öldü,
Hər kəsin bir həddə qırıldı yaşı,
Gözlər kor edərmiş xain baxışı,
Qorxaq gedə bilməz tufana qarşı,
Üsyankar- zindana basıldı, öldü,
Ellər talan oldu “Vəba” bürüyən,
Şahlar da tanıfıq zülmü yeriyən,
Yurd batar azalsa doğub-törüyən-
Xalqlar var ged-gedə azaldı, öldü,
Az ayaq tutmadı hökmü yalanın,
Ovcu daş üyütdü qırğın salanın,
Qəlbini qatarla yola salanın
Xeylisi eləcə “Vağzalda” öldü,
Dünyadan xəbərsiz gəldik cahana;
Bununçün borcludur hər kəs bir cana,
Ala bilmədiyim cavab bir yana,
Vaxt oldu- dilimdə sual da öldü…
31.05.2026.
Bir cavab yazın