Xalq şairi Vahid ƏZİZ.”AYRILMIŞIQ…”

Aramızda dərə vardı-
İçində qış-yay qarışıq,
Mən bu tayda, gül o tayda,
Sellər daşıb, ayrılmışıq,

Mehman oldum neçə kərə
Səxavətin görə-görə,
Dağnan- çıxanda səfərə-
Qucaqlaşıb ayrılmışıq,

Yurd doluydu dumanlarla,
Təbiblərlə, loğmanlarla,
Həm gülərək- doğmalarla,
Həm- ağlaşıb ayrılmışıq,

Zirvələrdə yuva qurub,
Qartal özün qara vurub,
Bəlkə Şeytan ara vurub?
Bəlkə çaşıb ayrılmışıq?

Dil tapmadıq karla, korla-
Yurd-yuvasız olduq zorla,
Qayıdacam- Zəngəzurla
Sövdalaşıb ayrılmışıq…

29,05,2026

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir