Həsrətin, nisgilin var-dövlət kimi,
Könül yaraların zənginləşdirib.
Əlçatmaz, müqəddəs məhəbbət kimi,
Xəyal dünyasını ənginləşdirilib.
Şirin xatirələr qəlbimdə qalıb,
Ara bir özümlə söhbət edirəm.
Saralmış şəkillər əlimdə qalıb,
Kədərlə süzürəm, hörmət edirəm.
Həsrətin sevimli can yoldaşımdır,
Onsuz mənim halım necə olardı?!
Ruhuma işləyən qan yaddaşımdır,
Gündüzüm də sənsiz gecə olardı.
Sənin hər əzabın mənə şirindi,
Mənliyin yaranıb xatirələrdən…
Sənin məhəbbətin elə dərindi,
Süzülüb keçibdir sürgün illərdən.
Sənin həsrətindən boyun sevirəm,
Həsrət də insane həyan olurmuş.
İllərin, günlərin, ayın sevirəm,
Sevməsəm, bu dünya zindan olurmuş.
30. 8 .2015.