Xalq şairi Vahid ƏZİZ.”YAŞAYIR…”

Yenidən dönüb həyata,
Qayıdanda yaz- yaşayır,
Olmaya çox yandığından
Lalə belə az yaşayır?

Od da əlvan- ocaqlarda,
Ləmpələrdə, çıraqlarda,
Kür olsa da, qucaqlarda
Min illərdir Saz yaşayır!

Bəxt, haradır ömür yolum,
Dözərmi ayağım, qolum?
Qonşudan muğayat olun-
Arada Araz yaşayır!

Heyran edər dağı, düzü,
Ocağı, alovu, közü
Həlbət sevmir Dünya bizi-
İnsanı biraz yaşayır…

29,05,2026,

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir