Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Bayraq”
Written by
Delphi7
in
Azərbaycan ədəbiyyatı
Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası – bayraq.
Zəfərdən doğulmuş, Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başıma tac olan hilal.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
←
Azərbaycanlı yazıçı Təranə Vahidin Qardaş Türkiyədə “Karınca Takvimi” adlı hekayələr kitabı işıq üzü görüb
Görkəmli Azərbaycan şairi Nüsrət KƏSƏMƏNLi.”Mənə biraz onnan danış”
→
More posts
Milli Kitabxanada Zəngilan Şəhəri Gününə həsr olunmuş sərgi açılıb
20 Oktyabr 2025
İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilir
19 Oktyabr 2025
Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
18 Oktyabr 2025
Milli Kitabxanada Füzuli Şəhəri Günü ilə bağlı sərgi açılıb
17 Oktyabr 2025