“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Şam ağacına sarmaşıb
“Aşdım-daşdım” budağı…
Saçlarımı qayçılayıb
Torpağına tökmüşəm…
… “illər aşıb, aylar aşıb,
xatirənlə qucaqlaşıb”
gətirərmi bu yanvarda
vüsalı şam ağacı?
…sarı rəngdi həsrəti…
Nənəm oxşayardı şamı…
İndi şamın həsrəti də,
Nənəmin laylası da
Çox köhnə xatirədi…
Aldanıb sarı rəngin möhtəşəmliyinə
Gözlərimin kökünü
Sən yaşayan şəhərin
Xəritəsinə bükmüşəm…
…çox köhnə xəritədi…
2020
Həsrət çəkir ütüsün təkliyimin üstünə,
Qırışığı açılır nimdaş xatirələrin…
Yanıram öz közümə, kor oluram tüstümə,
Göz yaşımla pozulur sərhəd xəritələri…
Bir divardı, bir mənəm, bir də nənəmin şəkli,
Dilimdən çoxdan küsüb sevgi bayatıları…
Təkliyimin ovcunda bir sənə çatır ərkim;
Tanrım, düyünlə bir-birinə eşq dolu həyatları…
Nə Həvvalar ağlasın, nə Adəmlər tək qalsın,
Axataranı olmasın o “sonuncu əlacın”…
Düşsün öz dibinə yaşıl alması,
Günahdan kəm qalsın həyat ağacı…
2020