This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

Dünən gecə röyamda görüşə gəlmişdi yar,
həyətdə səs-küy oldu,yuxu yarıldı–getdi,
qaçırdı ləhləyərək qan içində bir maral,
sinəsində ovçunun qırması qaldı–getdi,

Səhəri rastlaşanda baxışdıq yadlar kimi,
soyuxmuş,əzgin idik biçilmiş otlar kimi,
qaraldı gözlərimiz dolmuş buludlar kimi,
başqasının boynuna qolu sarıldı–getdi,

Eh,onun nə vecinə?-qəhərli dolanan mən,
Müqəddəs Məbəd bilib,sevgiyə inanan mən,
illər,daha heç zaman saçlarda əriməyən,
qara günlərə yağan bəyaz qar oldu–getdi.,

Kəc taleyin dəryazı çəməni niyə biçdi?
çətin-bir daha yansın,o çıraq elə keçdi!
dünənkinə bənzəyən bu gün də belə keçdı…
yanmaqdan göy üzündə Gün də yoruldu–getdi,

Bir daha toxunmadı biri-birinə əllər,
sönmüş “Eşq ocağından” saçımda qaldı küllər,
qaçırdı küçə boyu dağılmış mirvarilər,
boynunda bir xatirəm; o da qırıldı–getdi,

Sevib,başqa biriylə ömür sürə bilmədim,
hətda-yalannan belə-könül verə bilmədim,
mən “Eşqlər qovğasında” qalib gələn görmədim;
kimi-şikəst,kimi-kar,kimi-kor oldu–getdi…