sefaqetxanimsekil

Fidan özünü ağlamaqdan saxlaya bilmirdi. Eldar Fidanın qarşısında əyləşdi.
– Biz onsuzda Camalın axırına çıxacağıq. Neçə qızı evlənmək adıyla bədbəxt edib. Elə qız olub ki, evlənib də.
Təhminə təəccüblə soruşdu.
– O qızların axırı?
– Hamısını satıb. O elə-belə restoran sahibidir? Hələ cavansız, çox şeydən xəbəriniz yoxdur.
Fidan – Mənə evlənmə təklifi eləmişdi, üzük də almışdı. Yaxşı, məni zibilə saldın deyəndə, nəyi nəzərdə tuturdu?
Rəşad – Müştərisinə bakirə qız lazım idi. Belə başa düşdüm ki, pulunu çoxdan alıbdır. Camal kimsəsi olmayan, yetim, saf qızları hədəf seçir. Sənin o biri qızlardan fərqin o oldu ki, bəxtin gətirdi.
Təhminə – Vallah da…
Eldar – Camal bugün mütləq gələcək.
Fidan – O, çox qorxulu adamdır.
Eldar – Narahat olma. Gəlsə də biz digər otaqda olacağıq. Nə desə, razılaş.
Təhminə Rəşada – Bəs, sizin işiniz nədən ibarətdir?
Rəşad – Camal çox pis hərəkət edib. Bizim başçımıza qaşı yaxşı hərəkət etməyib. Bir qız düzəldib, videoya çəkib.
Təhminə – Dəhşətdir. Əsl zibilə düşmək budur.İndi biz nə edək? Bu evi də o bizə tapıb.
Eldar – Sizə bir təklifimiz var. Əgər razılaşsanız, bizə kömək etsəniz, Camalın bugün istifadə etdiyi restoranı sizə verərik. Hətta, sizə kömək də edərik. Belə şans hər xanıma qismət olmur.

Təhminəylə Fidan bir-birilərinə baxdılar. Təhminə sevinirdi, Fidan isə, hələ də təəccüb içindəydi.
Təhminə – Siz ciddi deyirsiz, ya zarafat edirsiz?
Rəşad gülümsədi – Yox vallah, ciddi sözümdür. Təhminə, sən məni görünür hələ tanımamısan. Sənə heç yalan danışaram?
Fidan – Sizə hansı işdə kömək etməliyəm?
Eldar – Camalın qızları satmaq üçün müştərilər tapır. Amma bir səhvi var. Bəyaq dediyim kimi qızları videoya çəkir. Düzünü desəm, hələ heç bir müştərini buna görə hədələməyib. Amma bir-neçəsi hardansa öyrənib. Elə bizim başçıya da Camala himayədarlığına götürən adam deyib. Camal öz böyüyünə də yaxşı hərəkət etməyib…Qısası, Camal silinməlidir. Göstəriş böyük yerdəndir.
Rəşad – Camal gələcək, nə desə sakit qarşılayacaqsan. Bəlkə də o üzüyü barmağına taxacaq. Razılaşacaqsan. Sonra nə desə qəbul edəcəksən. Yaxşı?
Fidan – Bilmirəm…Çox qorxulu adamdır.

Qapı döyüldü. Hiss olunurdu ki, əsəbdən yumruqla döyülür. Camalın səsini eşidəndə Təhminə içini çəkdi. Rəşad barmağını dodağının üstünə qoydu, ikisinə də susmaqlarını işarə etdi.
Camal – Açın qapını. Fidan aç qapını, sənə sözüm var.
Eldarla Rəşad yataq otağına sakit keçdilər, qapını örtdülər. Təhminə dərindən nəfəs alıb qapını açdı. Fidan ayağa qalxa bilmirdi. Elə bilirdi ayağa qalxsa həyəcandan ölə bilər.
Camal sakitcə içəri keçdi, Fidana yaxınlaşdı.
– Bəyaq çox əsəbi oldum. Məni də başa düş, səndən elə hərəkət gözləməzdim. Bağışla məni. Xahiş edirəm, bağışla məni.
Fidan Eldarın dediklərini xatırladı, diqqətlə Təhminəyə baxdı.
Təhminə – Hamının səhvi olur. Məncə bağışla Fidan.
Camal – Özünü qoy mənim yerimə. Birdən birə çox əsəbləşdim.
Fidan gülümsədi: – Başa düşürəm səni. Bağışlayıram.

Camal Fidanın əlindən öpdü.
– Səni sevirəm.
Camal cibindən qutunu çıxartdı, ağzını açıb üzüyü Fidanın barmağına taxdı. Fidan ayağa qalxdı.
– İndi getsən yaxşıdır, gecdi
– Düz deyirsən. Sabah gələcəm,səni bir yerə aparacam. Yaxşı yerdi.
Fidan həyəcanlandı: – Hara aparacaqsan?
Camal – Yaxşı yerdir. Qəşəng geyinərsən. Yoxsa mənə güvənmirsən?
Fidan susdu, yerinə Təhminə cavab verdi.
– Nə qəribə adamsan Camal? Sənə inamı yoxdursa, üzüyün barmağında nə gəzir?
Camal – Bu suala Fidan cavab versin.
Fidan – İnanıram, söz-söhbətdən bir az yorulmuşam. İcazə versəydin, bugün tez yatacam.
Camal – Əlbəttə…Gecən xeyirə qalsın əzizim.

Fidan Camalı yola salmaq üçün ayağa qalxdı. Camal Fidanın üzündən öpdü, evdən çıxdı. Təhminə qapını örtən kimi Fidan əliylə üzünü sildi.
– Əclaf.
Rəşadla Eldar yataq otağından çıxdılar.
Fidan – Neynirsiz edin, bu adamdan canımı qurtarın.

Fidan barmağındakı üzüyü çıxartdı,stolun üstünə çırpdı. Eldar üzüyə baxdı.
– Eyni üzükdür.
Fidan – Başa düşmədim.
Rəşad – Bu üzük çox qızın barmağında olub. Amma bahalı üzükdür.
Təhminə – Başına dəysin üzüyü. Sabah Fidanı gəlib aparacaq.
Eldar – Hara desə gedəcəksiniz. Biz sizi izləyəcəyik.
Fidan – Qorxuram. Deyir gərək qəşəng geyinim.
Rəşad – Yəqin müştəri yanına aparacaq. Düzü buna da inanmıram, sözüydü də dedim. Narahat olmayın, biz sizi tək qoymayacağıq.
Təhminə Rəşada – Mən də sizinlə gələcəm. Fidanı tək qoya bilmərəm.

Eldar – Biz getsək yaxşıdır. Saat yeddidə burda olarıq.
Fidan – Yaxşı.
Eldar – Heç nədən qorxmayın. Görürəm çox saf xanımsız. Çalışacam gələcəkdə sizə kömək edim.
Fidan – Minnətdaram.

Rəşadla Eldar qızlarla sağollaşıb getdilər. Fidanla Təhminə həyəcandan səhərəcən yata bilmədilər.

Lamiyə telefonda anasıyla ağlaya-ağlaya danışırdı.
Lamiyə – Səfər məni xoşbəxt etmədi ana. Ancaq o qızı düşündü. Gör nə vaxtdan gedibdir, bir dəfə də olsun zəng etməyibdi.
– Bu sənə haqq vermirdi ki, gedib başqasıyla oturub-durasan. Üstəlik küçük də peydahlamısan. Cəhənnəm get uşağı tələf elə.
– İmkan vermir. Deyir o uşaq dünyaya gəlməsə ailəni dağıdacam. Cəmilə də bir tərəfdən məni hədələyir ki, səni boşatdıracam.
– İndi neyniyim mən?
– Bilmirəm.
– Mən Cəmiləyə zəng edəcəm. Gələrsən mənim yanıma. Heç olmasa ərin qayıdana qədər yanımda qalarsan.
– Gələ bilməyəcəm. Tahir imkan verməyəcək.
– Ağlını başına yığ. Gələcəksən deyirəmsə, gələcəksən.

Aynur dəstəyi yerinə qoydu. Lamiyə bilmirdi neyləsin. Bir tərəfdən bətnindəkini dünyaya gətirmək istəmirdi, bir tərəfdən də Tahirdən qurtula bilmirdi.

Cəmilə evdən çıxmaq üçün qapını açanda qarşısında üzü-gözü qaralmış qızını gördü. Aybəniz anasını görən kimi göz yaşlarını saxlaya bilmədi. Cəmilə qızının halını görəndə içini çəkdi.
– Səni kim bu günə salıb?
Aybəniz içəri keçdi.
– Elçin səhər-səhər döydü məni. Biləndə ki, uşağın cinsiyyəti qızdır əsəbləşdi.
– Başa düşmədim, o qız istəmir?
Aybəniz başıyla “yox” işarəsini verdi. Cəmilə qızını qonaq otağına gətirdi.
– Bircə bu çatmırdı. İndi necə olacaq?
– Axşam evə getməyəcəm. Bir-iki gün burda qalım ağlı başına gəlsin.
– Getməyə ər tapdın. Nə oğuldan yarıdım, nə də qızdan. Bu nə bəxtdir yazıldı bizə?
Bu zaman ev telefonuna zəng gəldi. Cəmilə deyinə-deyinə telefona cavab verdi.
– Allo.
– Salam Cəmilə. Necəsən? Mənəm Aynur.
– Həə Aynur. Qızının üzü ağ olsun, imkan vermir yaxşı olaq.
– Başa düşürəm səni. Lamiyə sizdə qalan deyil. Düşündüm ki,Səfər xidmətdən qayıdanacan mənim yanımda Almaniyada qalsa yaxşı olar.
– Lap yaxşı, nə deyirəm qalsın. Eldən-obadan ayıbdır, tək gəlin xəylağının nə işi var o evdə. Qonşular nə deyər?
– Düz deyirsən. Mən də sənin kimi düşünürəm. Bir-iki günə köçəcək yanıma.
– Sən yaxşı qadınsan, rəhmətlik yoldaşın da pis insan deyildi. Qızın kimə çəkdi bilmirəm.
– Allah şeytana lənət eləsin, cavandılar, hələ ailəni dərk eləmirlər.
– Nə isə…Sonra danışarıq.

Cəmilə hörmətsizlik etdi, sağollaşmadan dəstəyi terinə qoydu.
– Gözüm atırdı qızından yana.

Rəşadla Eldar və onlarla bərabər iki kişi qonaq otağında Camalın gəlməsini gözləyirdilər. Fidan Təhminənin paltarlarından birini geyinmişdi. Həyəcanlıydı. Bugün birdəfəlik Camaldan qurtulmalıydı. Qapı döyüldü. Təhminə qapını açıb Camalı gülərüzlə qarşıladı.
– Sabahın xeyir bəy. Buyur.
Camal – Sabahınız xeyir – dedi, içəri keçdi. Yenə Fidanın yanağından öpdü.
Fidan – Necəsən?
Camal – Yaxşı, hazırsan?
Fidan – Hazıram. Gedə bilərik.

Camalla Fidan Təhminəylə sağollaşıb evdən çıxdılar. Fidan Camalın maşınında oturdu, Camal maşını işə xodlayanda Rəşadgil evdən çıxdılar. Camalın maşını hərəkət edib bir az uzaqlaşanda binadan çıxdılar, beşi də maşına əyləşdilər. Rəşad maşını sürürdü. Uzaqdan Camalın maşınını izləməyə başladı.
Camal danışmırdı, Fidan məcbur qalıb danışmalı oldu.
– Hara gedirik.
– Sürprizdir. Desəm maraqlı olmaz. Bugün əsl istədiyim kimisən.
– Nə mənada?
– Yəni gözəlsən.

Camal yolboyu danışmadı. Fidan da danışmağa söz tapa bilmirdi. Camal maşını binaların birinin qarşısında saxladı.
Camal – Çatdıq.
Fidan – Sən məni evə gətirmisən?
Camal – Öz evimə. Bu evimi bilən yeganə insansan. Evlənəndən sonra burda yaşayacağıq. İstəyirəm indidən görəsən, nə xoşuna gəlməsə dəyişdirək.
Fidan heç nə demədi, sakitcə maşından düşdü. Camal da maşından düşdü, əlini Fidana uzatdı.
– Əlini ver sevgilim. Bugünü unutmayacaqsan.
Fidan Camala əlini uzatdı. Birlikdə binaya girdilər. Liftə keçəndə Camal doqquzuncu düyməni basdı. Fidanın həyəcandan bədəninə istilik gəlirdi. Liftin qapısı açıldı, ikisi də bardovu rəngdə olan qapıya yaxınlaşdılar. Camal cibindəki açarla qapını açanda Fidan Təhminənin verdiyi nazik qolbağını yerə atdı. Birinci Fidan içəri keçdi. Ev üç otaqdan ibarət idi. Camal qapını örtdü. Qonaq otağına keçdilər. Otaq xüsusi zövqlə bəzədilmişdi. Stolun üstü nahar yeməyi üçün yaxşıca hazırlanmışdı.
Fidan – İndidən bura gəlməyim yaxşı deyildi.
Camal – Fərqi nədir? Əsas odur ki, sənin olacaq. Burda gördüyün hər şey sənindir. Gəl gör nə göstərəcəm sənə.
Camal otaqların qapısının birini açdı. Yataq otağı idi. Fidana baxıb soruşdu.
– Necədir?
Fidan getdikcə narahat olurdu. Camalın hərəkətləri xoşuna gəlmirdi.
Fidan – Burda olmağımız düzgün deyil.
Camal – Niyə? İnanmırsan mənə?
Fidan – Məsələ sənə inanıb inanmaqdan getmir. Gedək burdan.

Camal Fidanın qolundan tutub otağa çəkdi, yatağa itələdi.
– Səni heç kim əlimdən ala bilməz.
Camal Fidanın üstünə gedəndə Fidan ayaqqabını çıxardıb dabanıyla Camalın başına vurdu. Camal əliylə başını tutdu. Fidan cəld otaqdan çıxdı, qapını örtdü. Qapıya tərəf qaçdı, qapını açanda Rəşadgili qarşısında gördü. Həyəcanla – Otaqdadır – dedi.
Rəşadgil qapını örtdülər. Təhminə Fidanı sakitləşdirməyə çalışırdı.
– Sakit ol, keçdi. O əclaf indi payını alacaq.
Eldar – Qapını bağlayın, səsinizi də çıxartmayın.

Camal əliylə başını ovuşdura-ovuşdura otaqdan çıxdı. Qarşısında Eldarı görəndə otağa qaçmaq istəyirdi, Eldarla bərabər gələn iki cavan oğlan imkan vermədilər. Qolundan tutub Eldarın qarşısına gətirdilər.
Eldar – Axır ki, gizli evini tapdıq Camal.
Eldar üzünü Rəşada tutdu: – Otaqları ələk-vələk elə. Ürəyimə damıb, bütün sübutlar burdadır. Təbrik edirəm Fidan xanım. Hələ sizin qədər bizə kömək edən olmamışdı.
Camal – Mənə heç nə edə bilmərsiniz. Arxam güclüdür.
Eldar Camala şillə vurdu.
– Ona görə kələk gəldin arxana? Əmrini o verdi elə. Əmr verdi ki, sahibi olduğun restoranı Fidan xanıma bağışlayaq. Təbii elə də olacaq.
Camal əsəbdən gülürdü: – İnanmıram, yalan deyirsən.
Eldar – Narahat olma, öləndə inanarsan.
Fidan təəccüblə – Camalı öldürəcəksiniz?
Camal Fidana yalvarır – Qurban olum Fidan, imkan vermə məni öldürsünlər. Axırıma çıxacaqlar.
Eldar tərs-tərs Fidana baxdı. Təhminə Fidanın qolundan tutub mətbəxə keçdi.
– Sənin nəyinə lazımdır öldürürlər , ya yox?
– Nə olur olsun, bir insanın ölməyinin tərəfdarı deyiləm.
– Yolda Rəşad dedi mənə. O qızları satanda fikirləşmirdi. Səni də satacaqdı. Bəlkə biz geciksəydik səni zorlayıb öldürəcəkdi. O, yaxşı adam deyil. Camal neçə açılmayan cinayətlərin səbəbkarıdır. Qarışma işlərinə… Bu adamlar bizə kömək edəcək. O restoran bizim qurtuluşumuzdur. Özümüzə ev-eşik qurarıq, puldan korluq çəkmərik. Camal kimisi sağ qaldıqca neçə sənin kimi qızlar qurbanları olacaq.Arzuları puç olacaq. Səncə, belə bir insanın yaşamağı lazımdır?

Fidan Təhminənin haqlı olduğunu bilirdi.
– Düz deyirsən, Nahaq rəhmim gəlir Camala.
Rəşad mətbəxə girir.
– Heç nə tapa bilmədik.
Fidan – Mətbəxə də baxın. Bəlkə buralardadı.

Rəşadla qızlar mətbəxi ələk-vələk elədilər, bir-bir şkaflara baxdılar, heç nə tapa bilmədilər.
Fidan soyuducuya diqqətlə baxdı: – Ən çox kinolarda görürəm. Camal kimiləri nəysə gizlədəndə əşyaların arxa tərəfində gizlədirlər. Rəşad gülümsədi, soyuducunu Təhminənin köməkliyi ilə yerindən tərpətdi. Təəccüblə bir-birilərinə baxdılar.
Rəşad – Dediklərini ciddiyə almırdım, haqlı çıxdın.

Fidan sevindi. Rəşad soyuducunun arxasına zalentlə yapışdırılmış zərfi qopartdı. Zərfin ağzını açanda disklər gördü.
Rəşad – Bura qədər Camal bəy.
Rəşad qızlarla mətbəxdən çıxdı, zərfi Eldara uzatdı.
– Tapdıq. Sağ olsun Fidan, yerini o dedi.

Camal nifrətlə Fidana baxdı.
Eldar – Sənə mütləq kömək edəcəm Fidan. İkiniz də buna layiqsiniz. Bu evi satıb puluna istədiyiniz yerdən sizə ev alacam. Rəşad, sən qızları apar evə… Sonra bizə qoşularsan.
Rəşad – Yaxşı.
Rəşad qızlara baxdı, qapını açdı. Fidan Camalın qarşısında dayandı.
– Özüm də bilmədən neçə qızın qısasını aldım, neçə qızın da həyatını qurtardım. Əslində Sənin kimi şərəfsizə ölüm də çoxdur…
Fidan Camalın üzünə tüpürdü…

Ardı var…