Fabian bir anlıq xəyala dalmışdı.Keçmiş xatirələr yadına düşmüşdü. Hələ uşaq ikən atası anasını üst dodağının üst hissəsində yerləşən batmış hissədən öpür və sonra əlavə edir: -Göyərçinim,bilirsən səni nə üçün üst dodağınla burnun arasındakı hissəni öpdüm? Anası şirin gülümsəmədən sonra dinləndi: -Nə üçün canım? Atası özündən razı halda sevinib dedi: -Çünki,insan ana bətnində ilk olaraq bu hissədən inkişafa başlayır.Mən səni ilk yaranışından öpmək istədim… Bu dialoqdan sonra onlar hər ikisi ilandan qorxan uşaqlar kimi bir-birinə sarıldılar. Fabianın xəyalları uşaqlar evinin nəzarətçisi və idarəçisi Annanın qorxunc səsindən havada siqaret tüstüsü kimi yox oldu.Uşaqlar uzandıqları yerdən qalxıb cəld yerlərini yığdılar. Fabian və dostları danışmasalar da düşünürdülər.Buradan qaçmağı,polisə zəng etməyi sınaqdan keçirsələr də alınmamışdır.Hiyləgər Anna onları tutmuş və cəzalandırmışdı. Səbəbsiz döyülən,söyülən uşaqlar burada xoşbəxt deyildilər.Təbii ki,bura heç kim səbəbsiz düşməmişdi.Fabianın atası və anası qəzada həyatlarını itirmişdilər.Qohumlarından heç kəs Fabiana cavabdeh durmamışdı və onu uşaqlar evinə qoymuşdular.Annanın belə qansız olmağından uşaqlardan başqa heç kimin xəbəri yox idi.Çünki Anna ikiüzlü idi.Harda sərf edirdisə mülayim,harda işə yarıyırdısa sərt olurdu.Onun üçün insanlıq sözü çoxdan yox olmuşdu. Bir gün Fabian anasının və atasının səbəbsiz yerə söyülməsindən sonra qərara gəldi ki,mütləq Annanı qətlə yetirməlidir.Heç kim onun valideynlərini söyə bilməzdi.Hətta özü də.Anası və atası Fabian üçün müqəddəs idilər.Bunları düşünə-düşünə Fabian həyətdə yerdən yumruq boyda daş gətirib yatdığı çarpayının altına qoyur.Gecə Anna nəzarətə gələndə qaranlığda heç nədən şüphələnmir və yatmış uşaqların arası ilə əlində taxta gəzişir.Bu an Annaya arxadan yaxınlaşan Fabian çarpayının küncünə çıxır və daşın köməyi ilə cəld olaraq başına zərbə endirir.Gicgahdan tutan zərbənin gücündən Anna yerə sərilir.Bunu görən Fabian sakitləşmir və Annanın başına daha bir zərbə vurur.Anna yerindəcə keçinir. Səhər açılanda hamı yerindən qalxır və ağlamağa başlayırlar.Təkcə Fabian valideynlərinə görə qisas aldığı üçün sevinirdi.Amansız həyatın ona 13 yaşda nələri yaşatdığını bir anda gözü qarşısına gətirdi. Artıq günorta telefon zənginə dəfələrlə cavab verilmədiyinə görə idarədən bir nəfər uşaq evinə göndərilir.Gələn orta yaşlı,saçı seyrəkləşmiş işçi gözlərinə inanmır.Tez idarəyə zəng vurub hər şeyi çatdırır.Otuz dəqiqədən sonra polislər,həkimlər əraziyə doluşur.Bir həftədən sonra cinayət işi açılır və cinayət hadisəsi zamanı istifadə olunan,üstündə qan ləkəsi olan daşdan izlər tapılır.Fabianı həbs edirlər.O heçnə anlamır.Axı,o,düzgün davrandığına əmin idi.O,inanırdı ki,göylərdə anası və atası onunla fəxr edirlər. Beləliklə həyatın amansız qanunları daha bir körpəni vəhşicəsinə öz ağuşunda əzir.