İnsan cılızlaşır bəzən həyatda
varı olmasada ürəyi zəngin
yorsada hər addım onu həyat da
sevincli görünməz , görünər qəmgin…

Nə dosta inanar nə də ki yada
Ömür vəfa etsə yaşayar o da
sanki milyon ildir susuz səhrada
arzusu puç olar özüdə bədbin..

Sıxar ürəyini sözlər söhbətlər
çox gələr hər hansı bir hərəkətlər
sanki süfrəsindən bol bərəkətlər
çəkilər o zaman tükənər beyin….

Dilində ilahi əff et bizləri
daim söyləyəcək o son sözləri
o ilk baxışları, o ilk gözləri
gərə biləcəkmi onda siz deyin…?

Fidan ruhun yenə eşikdə yatar
gecələr sabaha bir məna qatar
gedirsən nə olar məni də apar
hisslərim hər zaman səni səsləsin..