mxe

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

GÖY QURŞAĞI

Bir gün dəli külək kimi
Sənin arxanca əsəcəm,
Bir səhər qəlbinə dolub,
Yollarını da kəsəcəm.
İzləyəcəm qarış-qarış,
Addım-addım izləyəcəm…
Həm dözəcəm ayla-illə,
Ürəyimdə olan eşqə,
Səndən cavab gözləyəcəm.
Görsəm əgər sənə qarşı könül eşqin…
Sən də cavab verərsənsə…
O ürəyə, o sevgiyə,
Bax o zaman, dəli külək
Fırtınatək çağlayacaq.
İldırımlar çaxdıracaq,
Leysan yağış yağdıracaq…
Elə orda o sevgini dəfn eləyib,
Həzin-həzin ağlayacaq,
Sevgisini dağlayacaq…
Peşman-peşman əsib-əsib,
Sonra geri qayıdacaq,
Xeyli zaman inandığı
Bu sevginin yaxasına
Qara yaylıq bağlayacaq…
Nəhayət ki, açılacaq yenə səma,
Bənövşələr düzüm-düzüm,
Xatirələr çözüm-çözüm,
İstəmirəm varlığıma zülm eləyim,
canım-gözüm!
Qəlbə hökm etmək olmaz,
Sevən ruhum heç vaxt solmaz…
Nəhayət ki, göy qurşağı görünəcək
göy üzündə,
Şehli çəmənlərə günəş doğacaq,
Yenə də könlümə sevgi dolacaq!

SƏMANIN AL GÜNƏŞİ

Yağış yağır, damcı-damcı,
Ürəklərə qəm ələnir,
acı-acı…
Həm də zülmətə bürünmüş bu gecəyə
Kədər verir, yağan yağış,
Damlaları naxış-naxış.
Amma mənə elə gəlir, vallah bu heç
yağış deyil,
Səma adlı bir gözəlin,o mənalı gözlərindən
axan yaşdı!
İtirdiyi sevgisinə sadiq qalıb, saxladığı
qara yasdı!
Yəqin səma itirdiyi günəş üçün
yas saxlayır,
Görən hara getdi günəş?
Bəs nə üçün itdi günəş?
Görən nə vaxt qayıdacaq səmasına?
Nə vaxt qovuşacaq səma,
Günəş adlı isti, qaynar, həzin
sevgi dünyasına?
Görən səma dözəcəkmi günəşinə
qovuşmaqçın?
Yoxsa elə sübhə kimi ağlayacaq?