
Azərbaycanda ilk və yeganə ödənişsiz vokal təhsil ocağı olan Bülbül Vokal Məktəbi yeni tələbələrini seçib.
AZƏRTAC xəbər verir ki, 2025-2026-cı tədris ili üzrə məktəbdə təhsil almaq üçün 300-dən çox namizəd müraciət edib.
Namizədlərdən 47 nəfər növbəti mərhələyə buraxılıb. Dinləmə zamanı yeni tədris ili üçün 10 tələbə seçilib. Müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən (Gəncə, Mingəçevir, Şəki, Quba) iştirakçılar müraciət edib.
Əməkdar artist Ramil Qasımovun yaratdığı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün ənənələrini davam etdirən Bülbül Vokal Məktəbi artıq iki ildir fəaliyyət göstərir.
Mənbə: https://azertag.az/