Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
BAXIB DURRAM
Sən yağışsan, mən torpağam,
Sən küləksən, mən yarpağam.
Sən günəşsən, mənsə dağam,
Zirvələrdən, baxıb durram.
Gur bulaqsan çağlar, coşan,
Dağ çayısan aşıb, daşan.
Mən telli saz, nəğmə qoşan,
“Kərəmi”tək, yaxıb durram.
Həyatında varın, yoxun,
Həm gerçəyin, röyan, yuxun.
Düşmənlərə yaylım oxun,
Şimşək təkin, çaxıb durram.
Bağrı qanlı al laləyəm,
Yanağında dürr, jaləyəm.
Hər dərdinə, bil çarəyəm,
Ümmanları yıxıb durram.
Bal arımsan, mən pətəyin,
Bənövşənəm, tər çiçəuin.
Dövran sənin Haqq gerçəyin,
Damarında, axıb durram…..
AY ANA
Yoxluğuna alışammır ürəyim,
Hər müşküldə, sən olardın gərəyim.
Zəhər olub sənsiz duzum, çörəyim,
Həyatımın mənasıydın, ay Ana!
Aylar, illər ötüb, zaman daralıb,
Sənsiz balan, zəfərantək saralıb.
Yoxluğunla ömrüm, günüm qaralıb,
Könlümün nur ziyasıydın , ay Ana!
Ocaq sönüb, yoxa çıxıb çal- çağır,
Ömrə qübar, qüssə, kədər, qəm yağır.
Zalım fələk edib məni qan- bağır,
Dilimin tək, duasıydın, ay Ana!
Sən açardın bəsirətin pərdəsin,
Haqlı idi hər bir zaman haqq səsin.
Açıqlardın batınini hər kəsin,
Həqiqətin aynasıydın, ay Ana!
Qibləm idin, heç çəkməzdim gözümü,
Minbər idin,hey sürtərdim üzümü.
Təbb, ilhamdın,Sən verərdin sözümü,
Dövranın söz dünyasıydın, ay Ana!…
AZƏRBAYCAN QADINI
Çox sadiqdir andına,
Azərbaycan qadını.
Söz gətirməz adına
Azərbaycan qadını.
Ceyranıdır çölümun,
Sonasıdır gölümün.
Mayağıdır elimin
Azərbaycan qadını.
Nəğməsidir bulaqlar,
Həzin-həzin hey axar.
Şimşək olub od çaxar
Azərbaycan qadını.
Həm Nigardır,həm Həcər
Dəbilqəli bir əsgər.
Qartallar tək qıy çəkər
Azərbaycan qadını.
Anadır hər yaşında,
Bulud örpək başında.
Dilin bilir daşında.
Azərbacan qadını.
Göy qurşağı geyimi,
Bayatılar deyimi.
Saza verər neyimi
Azərbaycan qadını.