Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
YADIMA DÜŞDÜ
Yenə sardı məni qüssə dumanı,
Xəyallar filimtək, lentə dönüşdü.
Qatdım bir- birinə vaxtı, zamanı.
Nağıltək olanlar, yadıma düşdü.
Uşaqlıq illərim, qayğısız anlar,
Mənim məsum, kişik, dünyam olanlar.
Nəğmətək xoş, şirin, kövrək zamanlar,
Çiçəktək solanlar, yadıma düşdü.
Yaddaşım oyatdı zehni, ağılı,
Canlandı nənəmin boxça, noğulu.
Babamın sehirli, sirli nağılı,
O “şirin yalanlar” yadıma düşdü.
Əlimdə çit çantam,mürəkkəb qabım,
Üstü güllü sandal, ağ ayaqqabım.
Yol boyu dilimdə, dərsə cavabım,
Zehnimdə qalanlar, yadıma düşdü.
Dəyişir illərin çaları, rəngi,
Çalınır məktəbin axır, son zəngi.
Qucağa sığmayır çiçək çələngi,
Son zəngi çalanlar, yadıma düşdü.
Tüklərim ürpəşdi,tikən- tikəndi,
Ali məktəbdə də zaman tükəndi.
Diplomu aldığım, sanki dünəndi,
Zamanı dolanlar, yadıma düşdü.
Xəyalın xoş, kövrək bandı üzüldü,
Qaşaltı çeşmədən sellər süzüldü.
Dövran, möhnətlərm səf- səf düzüldü,
Bu günkü, son anlar, yadıma düşdü…
Yadıma düşdü…
Yadıma düşdü…
ALIN YAZISI
Ömür kitabıma nəzər salıram,
Çox səhifəm var ki, heç oxunmamış.
Xəyal dumanında azıb qalıram,
Aylar var,illər var, əl toxunmamış.
Nə qədər əlçatmaz,nə qədər uzaq,
Uşaqlıq illərim,gənclik illərim.
Donmuş xatirələr şaxta,qar,sazaq,
Qəlbimi göynədir kövrək günlərim.
Zülüm,işgəncədir atasız hər an,
Xəyala dalırsan ,yaddaş ağlayır.
Gündüz də qaranlıq,anasız hər yan,
Düşüncə can yaxır,ürək dağlayır.
Sanıram nə uşaq ,nə gənc olmuşam,
Bişmişəm dövranın dərd qazanında.
Qönçəykən,açmamış,vaxtsız solmuşam,
Baba qoltuğunda,nənə yanında.
Əsdikcə hey qarsıb fələyin yeli,
Qovrulmuş,sınıq qəlb cadar-cadardır.
Dadmışam hər rəngdə fitnəni,feli,
Görmüşəm fələk kor,həm də ki,kardır.
Arxamca boylanan iki baş daşı,
Ayrılıq,intizar simvolu onlar.
Nəyədir,kimədir bunca göz yaşı?
Atalı,analı yetimlər anlar…
Heç vaxt səngimədi başımdan qovğa,
İzlədi hey məni öz kölgəm kimi.
Fələk qaşığında oldum hey dovğa,
Kimsə tapılmadı, çəkə fikrimi.
Məsəldir –“Tənha quş yuva bağlamaz”
Budaq tapammadım məskənim olsun.
Fələk qarğıyanlar dözər,ağlamaz,
İstər qəhərindən buludtək dolsun.
Kimsə görəmmədi göz yaşlarımı,
Qəlbim sızlasa da bənizim güldü.
Köklədim şur üstə qəmli tarımı,
Ömrüm talehimə müti bir quldu.
Çəkdim həsrətini eşqin,səadətin,
Aradım röyamda,həm xəyalımda.
Sonda bəhrin gördüm mən ləyaqətin,
Sən demə o yazı varmış alnımda.
Tapdım öz eşqimi,məhəbbətimi,
Dəryadan tapılmış bir inci kimi.
Sevgi,ülfət adlı bu sərvətimi,
Könlüm əzizləyir sevinci kimi.
Girsəm də istəklə dünya evinə,
Bədxah baxışlardan yayınanmadım.
Dedim- sınıq qəlbim bəlkə sevinə,
Eşqimçün cəfadan, heç usanmadım.
Könül yorğun düsüb qüssədən,qəmdən,
Fil yükü dərdləri zordur daşımaq.
Qurtula bilmədim zülüm, sitəmdən,
Heç dismət olmadı rahat yaşamaq…
Ömür kitabıma nəzər salıram,
Varaq var,səhifə var,heç oxunmamış.
Xəyal dumanında itib qalıram,
Aylar var,illər var əl toxunmamış.