SƏNLİ YUXU
Nə gördüyüm yuxuları bilirsən,
Nə də ki, mən keçirdiyim qorxunu.
Sən hər gecə yuxulara gəlirsən,
Danışmıram, gizlədirəm çoxunu.
Sən bu gecə gəlmiş idin yuxuma,
Dan söküldü, həsrət qaldım qoxuna,
Bu sevgimiz sitəm edir çoxuna,
Bir çox daşlar dadıb sevgi oxumu.
Nə gözəldi yuxularda danışmaq,
Həsrətində alovlanmaq, alışmaq,
Şübhə qədər xəyalına qarışmaq,
Çəkib üzərimə ətir qoxunu.
21.03.2016
Neçə illərdi sənsiz bayram keçiririk.
Bu gün sənə qonaq gəlirəm yenə.
(VAHİDQIZI)
Allah atana rəhmət eləsin.
Sənə qonaq gəlirəm,
Bu gün, bayram sabahı.
Evinin kandarında,
Çəkəcəm sənsiz ahı.
İllərdir hər bayramı,
Qonağın mənəm, Ata.
Gəlirəm, xəyalını,
Könlümə çata-çata.
Sənin evin soyuqdu,
Bədənin çox üşüyür.
Soyunub ah naləmi,
Geyindirəcəm sənə.
Baş daşında şəkilin,
Məndən incik dayanıb.
İncimə, qurban olum,
Bahar sənsiz oyanıb.
22.03.2016.