GÖRÜŞÜNƏ TEZ- TEZ GƏLİM
Yenə sənə gəldim, dəniz,
Ətirini duymaq üçün.
Səni sirdaş bildim, dəniz,
Dərdi səndə qoymaq üçün.
Çox gözəldi təbəssümün,
Hava cakit, bərq vurursan.
Sən məlhəmi bu könülün,
Ləpə – Ləpə dərd qovursan.
Uzaqlarda işıq – işıq,
Sayrışırlar dalğaların.
At üzümə qaşıq – qaşıq,
Sil qəlbimin qovğaların.
Sahilinin dən qumları,
Parıldayır zərrə – zərrə.
Mehlə gələn damlaları
Alır, udur qətrə – qətrə.
Necə qopum, necə gedim,
Səndə qalır qəlb – ürəyim.
Çalxalanma, ol sevgilim,
Görüşünə tez – tez gəlim.
24. 03. 2016
QOV GETSIN…
Dayanlb yanında, durubdu, şeytan,
Bir hiylə, bir tələ qurubdu, şeytan,
Sinirin, əsəbin pozubdu, şeytan,
Qov getsin iblisi, özün unutma.
Səni sevənlərin üstünə getmə,
Səsini qaldırıb bir yanlış etmə,
Şeytanla qol – boyun oxuma, ötmə,
Qov getsin iblisi, özün unutma.
Doğmalar içinə nifaq salırsa,
Heç nə olmamıştək baxıb, qalırsa,
Daxilən sevinir, ləzzət alırsa,
Qov getsin iblisi, özün unutma.
Deyir ki, dindaram, qılıram namaz ,
Qardaşı bacıdan döndərib, qanmaz,
Bunun əməlləri odda da yanmaz,
Qov getsin iblisi, özün unutma.
Ağzından, dilindən tökmə acını,
Endirmə zirvədən başın tacını,
Unutma öz doğma ana, bacını,
Qov getsin iblisi, özün unutma.
24 03. 2016
DÜŞÜNMƏ Kİ….
Düşünmə ki, unutmuşam,
Sənə yazmaq istəyirəm.
Xəyalımda ad tytmuşam,
Eşqdə azmaq istəyirəm.
Düşünmə ki, unutmuşam,
Eşqi danmaq istəyirəm.
Gözlərindən od tutmuşam,
Eşqdə yanmaq istəyirəm.
Düşünmə ki, bir admışam,
Daha yoxam, bir yadmışam.
Bir ayrıca dad dadmışam,
Dadı qanmaq istəyirəm.
Ruhun eşqin oxu kimi,
Sinəmdəsən qoxu kimi,
Sevgin gəlmiş yuxu kimi,
Sev, oyanmaq istəyirəm.