Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Poeziya” şöbəsinin redaktorunu və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti

Super Mavi Qanlı Ay

Super Mavi Qanlı Ay
İlk dəfə 19-cu əsrdə görünmüsən
NASA-ya görə
gələn əsrlərdə yenə
görünəcəksən
Bu qədər maviliklə
qızıl qan rənginə
necə bürünmüsən?
Bu qeyri-adi təbiət hadisəsimi?
Ya da vicdanının səsimi?
Yer üzündə
tökülən qanlardımı
hopub canına?!
Onun rənginə boyanmısan
qalxıb ərşi-əlaya
göy üzündə dayanmış
Super Mavi Qanlı Ay!

14 fevral 2018-ci il. Bakı.

Elegiya

Gözlərini məzarımın üstündə,
Ağ buludlar sıxıb gedər qüruba.
Günəş doğar ayaqlarım tərəfdən,
Başın üstən axıb gedər qüruba.

Dizi üstə baş qoymuşam kəndimin,
Daşı üstə daş qoymuşam kəndimin.

… Xəzan vurub budağını, ey Vətən!
Həsrət qaldın igidinin toyuna.
Arxa bilib torpağını, ey Vətən,
Üz tutmuşam ulduzuna, ayına…