Böyük bir xalqındı nəfəsi, səsi,
Vətən bulağının gözündən içər.
Vətənə tuşlanan xain gülləsi,
İlk dəfə şairin qəlbindən keçər.
Şairlər şöhrətçün yazıb-yaratmır;
Sonsuz səma kimi boşalır, dolur.
Hardasa bir şair vətənsiz qalır-
Söyüdlər saçını dağıdır, yolur.
Ağır çaylar kimi dənizə axar;
Şair sevgisinin alovu sönməz.
Dabandan qoyular, dəridən çıxar,
Yolundan bur an da geriyə dönməz.
Maksim Qorki adına Ədəbiyyat İnstitutu