This image has an empty alt attribute; its file name is 79644024_835032433613820_2564097335432839168_n.jpg

Böyük ümidlər bəslədik,
Davadan çıxmış ölkəyə.
Torpaqdan,
sudan,
atəşdən,
Havadan çıxmış ölkəyə.
Bu sitəmə dözən ərdi, –
Arxa dərdi, həm ön dərdi.
Məmləkəti kim döndərdi
Yabadan çıxmış olkəyə.
Bəxş eylədik oğulları, –
Beş diplomlu o qulları…
Məktəbləri, okulları
“Hababam” çıxmış ölkəyə.
Tox bəlli, dərd aca qaçar,
Cavan məzlum, qoca naçar.
Bataqlıqlar qucaq açar,
Çabadan çıxmış ölkəyə.
İstər ağla, istər sevin,
Min qəsri var hər bir devin.
Gəlin biz də deyək, “evin
abadan” – çıxmış olkəyə…