Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

Bu gecəni hiss elə…
Eynəyinin ağrıyan şüşəsini silmə heç…
Sızlasa əlinin qələm söykənən yeri
Üflə…
Hər ağrıya ürək vermə,
Birinin də üstündən keç…

Bu gecəni hiss elə…
Oxuduğun son romandan
Daha gözəlini yaz…
Gül bütün ölümlərə…
Qucaqlayıb bu gününü
Sabahına ağla bir az…

Bu gecəni hiss elə…
Bəsdi ütülədin xatirələri,
Aç başını burax çoban ititək…
Hara getsə, bil ki, geri dönəcək…

Bu gecəni hiss elə…
Bir az da özünü təriflə güzgüdəkinə…
Bir az da üzülsün ürəyində yara olanlar,
Gözündən düşənlər…

2020