“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Saçımın ucunda yaşıl işıqlar,
Əllərin son sürət şütüyür hələ…
“Elin qınağı”nın son cəriməsi
Qıyılan gözümdə üşüyür hələ…
Sonuncu çarədi duz ayrılıqlar,
Portağal dadında açılır səhər…
Məğrur təbəssümüm-sərt qayalıqlar,
Ətrin-mamır üçün darıxan şəhər…
Bu son dayanacaq palitra kimi;
Günəş fırçasını yelləyir nazla…
Qalın paltarların dolab həsrəti
Aprel axşamını səslər avazla…
Yığıb qəhərimə ayrılıqları,
Min ildi vağzala yayılan səsəm…
Üzümü tuturam ayrılanlara:
-Sevgin yaddan çıxdı, sonuncu düşən!
…Bütün avtobuslar şəhərarası,
Bilet satan yoxdu üzü günəşə…