Fədayə orta məktəbi bitirməmiş, onunçün evlərinə yaxından, uzaqdan elçilər gəlirdi. O, qaragözlü, uzun hörüklü, cazibədar olmaqla bərabər, həm də çox ağıllı qız idi. Baxışlarındakı xeyirxahlıq, məsumluq, sadəlik onu görənləri heyran edirdi. Sevənləri gün-gündən artırdı. O isə heç kimə razılıq vermir, yalnız ali təhsil almaq üçün fikirləşirdi. Ali təhsil almaq, tələbə olmaq onun üçün böyük arzular idi. O, bu arzulara çatmaq üçün dərslərindən əla qiymətlər alır və imtahanlara mükəmməl hazırlşırdı. Həyat öz axarı ilə gedirdi.
Fədayənin öz sevdiyi var idi. Qəlbindəki bu gizli hissdən heç kəsin xəbəri yox idi. Yalnız onu sevən oğlandan başqa…Lakin ailə həyatı qurmaq ikinci məsələ idi onun üçün.
Sevdiyi Kəmənd adlı oğlan onunla bir məktəbdə oxuyurdu. Kəmənd hər gün onu qarabaqara izləyir, eşidəndə ki, kimsə onu sevir, bir yol tapıb ondan uzaqlaşdırırdı. Beləcə, Fədayə üçün sevgisini fəda edirdi. Orta məktəb həyatına əlvida deyən gənclər çox keçmədi ki, nişanlandılar. Uzun müddət nişanlı qaldıqdan sonra isə evlənmək üçün qərar verdilər. Hər ikisi ali məktəbə daxil olmuşdu. Gənc ailə üçün tələbə olmaq nə qədər çətin idisə, o qədər də şərəfli idi.
Gündəlik dolanışıq onlar üçün çox cətin idi. Fədayə əyani, Kəmənd isə qiyabi təhsil alırdı. Hələ üstəlik kirayədə qalırdılar. Onlar üçün vəziyyət acınacaqlı olsa da buna sinə gərməyi bacarırdılar. Kəmənd zavodda işləyirdi, aldığı az maaş onlara çatmrdı. Heç bir kəsdən köməyi olmayan Fədayənin isə tələbə təqaüdündən başqa ümid yeri yox idi.
İllər beləcə ötüb keçirdi. Lakin Fədayə ən cətin anlarında belə Kəməndi incitməmək üçün heç nə demir, gizli-gizli ağlayıb, ovunurdu. Fikirləşirdi ki, tələbəlik həyatı qurtarar, hər ikisi işləyib, xoşbəxt ailə olmaq üçün əllərindən gələni edəcəkdir. Təki sevgi birliyi, söz birliyi olsun.
Fədayə Kəməndi çox sevirdi. Onun üçün sevgi daha böyük zirvə idi. O, hər an Kəməndi qorumağa çalışırdı. Birlikdə bütün çətinliklərə sinə gərməyi özünə fəxr bilirdi…
Kəməndin valideynləri ona heç bir köməklik etmir, onlara qarşı ən kiçik istilik, qayğı belə göstərmirdilər. Oz vəzifələrini bitmiş hesab edən valideynlər necə bacarırsınız elə də yaşayın, deməklə canlarını qurtarmışdılar.
İllər ayları, aylar isə günləri qovurdu…Gənc ailənin günü-gündən bir-birinə bağlanması, sevgi tellərinin möhkəmlənməsi onun gözəlliyini qorumağa səsləyirdi.
Fədayə isə Kəməndi sevdiyi üçün, çalışırdı ki, ona hər an dəstək olsun. Kəmənd də, qısılmışdı Fədayənin sevgisinin ağuşuna. Artıq onlar ali təhsili bitirib, işləməyə başlamışdılar. Övladları da dünyaya gəlmişdi.
Ömür pillələrində Fədayə Kəməndlə addımlayanda çalışırdı ki, həmişə bir pillə ondan aşağıda olsun ki, lazım olan zamanlarda həyat yükünün ağırlığı onun çiyinlərinə düşsün. Məhz buna görə də əzablar içərisində əzilir, zillətlər çəkirdi. Lakin ailəsinin xətrinə hər çətinliyə dözməyi özünə borc bilirdi.
İllərin acısını ürəyində, həyatın ağırlığını isə çiyinlərində daşıyırdı. Zaman-zaman çətinliklər içərisində əzablarla boğulur, yenidən özündə yaşamaq üçün güc toplayırdı. Axı övladlarını böyütmək, ərsəyə çatdırmaq üçün o yaşamalı idi. Həm müəllimə işləyir, həm də ev qayğılarını çəkirdi.
Artıq çətinliklər arxada qalmışdı. Kəmənd istədiyi məqama çatmışdi. İşi, pulu, ətrafda tanışlıqları, həmişəki kimi bir addım yox, Fədayədən daha çox irəlidə gedirdi. Maddi cəhətdən Kəmənd Fədayədən irəlidə olsa da, mənəvi cəhətdən geriləyirdi. O, Fədayənin çəkdiyi əzabları qiymətləndirmir, mənəm- mənəmlik edirdi. Bu isə Fədayəni özündən çıxartsa da, dillənmir, hər şeyi zamanın üzərinə buraxırdı. Sanki, onunla birlikdə çəkdiyi əzabları Kəmənd unutmuş, heç olmamış kimi yaşayırdı.
Fədayə üçün ən ağır, ölümə bərabər bir əzab idi, bu haqsızlıqlar.
Axı Kəmənd onunla evlənəndə özünü dünyanın xoşbəxti hesab edirdi, guya onun dərdindən ölürdü… Bəs nə oldu, onu var-dövlət sevdiyindən belə tez uzaqlaşdırmışdı? Suallara göz yaşları ilə cavab verirdi Fədayə… Kəməndin bir pillə qabaqda olmağı üçün dəridən, qabıqdan çıxan Fədayə bu gün onun üçün heç kəs idi.. Bu pillələr Kəməndin yalançı, saxta məhəbbətini də, özüylə aparmışdı. Daha bir pillə aşağı əyilib, Fədayəyə baxmaq belə istəmirdi. Çünki gözləri daha yuxarı pillələrdə idi.
Fədayə üçün həyatın mənası ölmüş, hər şey onun üçün bitmişdi. Göz yaşları içində olan həyatı ona dərddən-sərdən başqa bir şey deyildi. Axı, çətinliklərə onunla bir sinə gərmiş Fədayənin əzablara düçar olması nə üçün idi? Xoşbəxt günlərə çatmaq üçün eyni yolu gedən Fəayənin haqqını tapadalamaq günah deyildimi?
Xəyallar içində həyatnı fikirləşən, özünü anbaan unudan Fədayəin,bu haqsızlıqları sakitcə izləməkdən başqa çarəsi yox idi. Zaman ən gözəl hakim idi… Lakin zaman da bəzən öz təkərini düz fırlatmırdı. Əzəni əzir, üstündən də keçirdi… Suallar içində suala dönmüşdü Fədayə…
Kəmənd bu zirvədə ikən, keçmiş günlərini xatırlayacaqmı, deyə fikirlşirdi. Fikirlər onu yaxın keçmişə aparsa da, onu sevən insanın bunlara qayıtması, onları görmək bacarığının olmamasını düşünəndə həyatdan əlini üzürdü. Hərdən bu acılı xatirələri yada salanda Kəməndin ona qulaq asmamağı, onu eşitmək belə istəməməsi Fədayənin ömrünü hər gün daha ümidsizliyə sürükləyirdi.Bütün bunlara baxmayaraq Fədayə övladları xətrinə səbrinə qısılıb…
Vicdanında bir zərrə də, olsa ədalət, etibar, insanlığa hörmət və haqqa inamı varsa, keçmişinə dönəcək, deyə içində çapaladğı fikirlərin, xəyalların qanadında uçur, özünə təsəlli axtarırdı Fədayə.
Kəmənd isə hər gün dəyişir, var-dövlət, şan-şöhrət onu tamam baçqa bir aləmə aparırdı. O aləm ki, orada nə sevgi vardı, nə də insanlıq… Şeytani hisslərin covlan etdiyi bir aləm idi. Fədayə isə həyatın amansızlığından, haqsızlığından, sevdiyinin etibarsızlığından yorulmuşdu. Özü dünyada ikən, ruhu onu tərk edtmişdi sanki…
Günlər bir-birini qovurdu… Göz yaşlarına həmdəm olan qadın gözlərini bir nöqtəyə zilləmişdi… Orda haqq-ədalət axtarırdı… Nə zamansa gələcəyinə inanırdı…
Bir gün işdə olarkən iş telefonuna gələn zəng onu xəyallarından ayırdı. Eşitdiyi xəbərdən əlindəki telefon dəstəyi yerə düşdü. İş yoldaşları Fədayəni ələ almaq üçün ona yaxınlaşdılar. Telefon dəsətəyini əlinə alan iş yoldaşı zəng gələn yerdən nə baş verəcəyi barədə soruşanda halı pis oldu. Kəməndin qəza törətməsi barədə xəbər verən onun yaxın dostu idi.
Bir neçə saatdan sonra hamı xəstəxanada idi. Kəməndin yanında Fədayə göz yaşlarını axıdırdı. Qohumların hamısı xəbər tutsa da heç kəs gəlib çıxmamışdı. Təkcə gələnlər Fədayənin iş yoldaşları, bacı-qardaşları, bir də ailəvi dostları idi. Kəmənd möhkəm əzilmişdi. Vəziyyəti çox ağır idi.
Həkim ona yaxınlaşıb soruşdu…
-Xanım, siz həyat yoldaşısınız?
-Bəli.
-Təcili əməliyyat olunmalıdı xəstəniz.
Yoxsa xəstə həyatını itirə bilər.
Fədayə özünü ələ alıb,titrək səslə…
-Həkim xahiş edirəm,nə lazımdırsa, əlinizdən gələni əsirgəməyin. Təki Kəmənd sağ-salamat olsun.
Əməliyyat iki saat çəkdi. Bu müddət ərzində Fədayənin göz yaşları selə dönmüşdü. Onu saxlamaq mümkün olmurdu. Onun Kəməndə olan sevgisini özündən, bir də Allahdan başqa heç kəs duya bilməzdi. Ürəyində Allahına yalvarır, onun sağalması üçün dualar edirdi.
Bu qədər müddətdə nə qardaşı, nə də bacısı belə xəbər tutsa da gəlib çıxmamışdı. Hansı ki, Kəmənd onların yolunda hər şey etmişdi və edirdi də. Bacısı isə hər zaman onların ailə işinə qarışmaqla, onların bu dəli sevgisinə əngəl olmaqla Fədayənin qəlbini qırmış, ona olan istəyini əlindən almışdı.
Fədayənin halı pisləşmişdi. Tez-tez ürəyi tutan Fədayəni həkimlər bir təhər özünə gətirə bimişdilər.
Kəməndin bir ayağını kəsmişdi həkimlər. Bədəninin çox yerləri sarıqlı idi. Onu reanimasiya otağına apardılar. Yanına heç kəsi buraxmırdılar. Təkcə Fədayə yalvar-yaxışla qalmağa icazə ala bildi. Gecənin bir zamanı Kəmənd gözlərini açdı və pıçıltı ilə…Suzundan ciyərim yanır.Fədayə limonlu su ilə pambığı isladıb onun qurumuş dodaqlarını islatdı.
Dəfələrlə əməliyyat keçirmiş Fədayə sağlamlığının çoxunu itirsə də, Kəməndin yolunda yenidən hər əzaba qatlaşırdı. Onun ayağa durması üçün əlindən gələni etməyə başlamışdı.
Kəmənd hər gün Fədayənin etdiyi bu yaxşılıqların qarşısında xəcalət çəkir, başını qaldırıb onun üzünə baxmağa belə utanırdı. Hətta Fədayənin vaxtilə gizlin axıtdığı göz yaşlarına da məhəl qoymaması yadına düşdükcə özünü bağışlaya bimirdi. Bütün bunları yenidən xatırlayan Kəmənd çəkdiyi vicdan əzabından qurtarmaq üçün bir gün…
-Fədayə, sənə qarşı etdiklərimə görə vicdan əzabı çəkirəm. Bəlkə də elə buna görə Allah məni belə cəzalandırdı. Xahiş edirəm, məni bağışla. Sən mənim ən çətin anımda mənə dayaq durmusan. Mənə ata-ana, bacı-qardaş olmusan. Mən isə sənə layiq dəyər verə bilməmişəm. Məni yenidən dünyaya qaytardın. Məni bağışla…
Fədayə həyat yoldaşı Kəməndin ona qarşı etdiyi haqsızlığa həmişə susmuş, heç zaman səsini belə çıxarmamışdı. Yalnız ağlamaqla ürəyini sakitləşdirə bilmişdi.Öz sevgisinə sığınan polad iradəli, zərif qəlbli Fədayə
hər zamankı kimi yenə də ağlayırdı….
Xalidə Nuray. 05.04.2017.