Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Bir şirin sevdanın yadıgarısan,
Düşmüsən nəğmə tək dilə, bənövşə,
Könül sarayımın tacıdarısan,
Qəddin açılmayır hələ, bənövşə.
Bülbülün sinəsi dönübdür dağa,
Arılar tökülüb gəlibdi bağa,
Gülüm, canım olsun, sənə sadağa,
Gəl bükmə, boynunu belə, bənövşə.
Necə də gözəlsən, necə də incə,
Quşlar cuşə gəir, səni görüncə,
Mən necə sevməyim, mən səni necə?
Sənsiz odum dönüb külə, bənöşə.
Sirrsən, möcüzəsən, bilmirsən özün,
Bir ay parçasıdır, camalın, üzün,
Dünyanı dolaşır şöhrətin, sözün,
Heyranam sənin tək, gülə, bənövşə.
Qaxıb, boylanırsan bahar gələndə,
Yaman nazlanırsan, çöllər güləndə,
Günəş gözlərindən şehi siləndə,
Yaraşıq olursan, elə, bənövşə,
Kim heyran olmaz ki, nurlu hüsnünə,
Əziz necə nəğmə, qoşubdu sənə,
Səni taxar qızlar, öz sinəsinə,
Bəzəksən hər saça,telə bənövşə.