This image has an empty alt attribute; its file name is 1485_001.jpg

Azərbaycan Yazıçılar Birliyinin üzvü
Əslən Kürdəmir rayonunun Karrar qəsəbəsindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş “Vətən uğrunda”, “Füzulinin azad olunmasına” görə medalları ilə təltif olunmuş Məlik Kamran oğlu Zülfüqarovun əziz xatirəsinə ithaf edirəm.

Anan səni böyütdü
Min bir əziyyət ilə,
Sən də sevdin ananı,
Sonsuz məhəbbət ilə.

Qəlbin tər-təmiz idi,
Arzuların bir ümman,
Taleyi heç kim bilmir,
Onu, yazır yaradan.

İllər keçdi, dolandı,
Oldu on səkkiz yaşın,
Əsgərliyə yollandın,
Hər əsgər bir qardaşın.

Cəsur bir əsgər oldun,
Razıydı komandirin,
Yerinə yetirirdin
Ləyaqətlə hər əmrin.

Müharibə başladı,
Vətən qorunmalıdır,
Məqam gəlib, yağının
Burnu ovulmalıdır.

Atıldın döyüşlərə
Minlərlə əsgər təki,
Heç qorxmadaın ölümdən
Vətən yaşasın, təki.

Füzulinin uğrunda
Göstərdin çox rəşadət,
Tanrım özü vermişdi,
Sənə mərdlik, şücaət.

Sən, şəhid oldun, Məlik,
Əbədi yaşar, ölməz,
Adın xalqın qəlbində,
Ürəklərdən silinməz.

Əziz anan Yeganə,
Bilirsən,nə eylədi?
Məlik qəhrəman olub,
Başqa yol yox, söylədi.

Şəhid müavinətin,
Bağışladı orduma:
-Ordum qüvvətli olsun,
Müjdə versin yurduma.

Dünyaya gəldin Məlik,
Karrar adlı bir eldə,
Səni sevənlər vardır,
İndi artıq hər yerdə.

Məlik, səni həmişə
Xatırlayar xalqımız,
Mərdləri unutmağa
Yoxdur bizim haqqımız.

07.03.21.