Tanrım, bu qızın ədası
Böyundan böyük görünür.
Böyük oyunlar oynayır,
Oyundan böyük görünür.

Qız deyirəm – qızmı yəni?
(Soruşsan da, qızmır yəni)
Bu qədər soysuzmu yəni,
Soyundan böyük görünür?!

Burda boyluq birşey yoxdu,
Burda soyluq birşey yoxdu.
Daha toyluq birşey yoxdu, –
Toyundan böyük görünür.