R.S.Tağıyevanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

R.S.Tağıyevanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                                   

Azərbaycan Respublikasında mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Röya Seyfəddin qızı Tağıyeva “Şərəf” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 dekabr 2024-cü il

Mənbə: https://president.az/