Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Prezident təqaüdçüsü, tarix elmləri üzrə fəlsəfə doktoru, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin təsisçisi,  yazıçı-publisist Dilarə Ağamusa Nağıyeva Mərkəzi Kitabxananın informasiya dəstəyi ilə “Ağa Musa Nağıyev” veb saytının (musanagiyev.az) Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında ( “İsmailiyyə”də)   təqdimatını keçirdi.

Tədbiri  milyonçunun nəvəsi Dilarə Ağamusa açaraq, Ağa Musa Nağıyevin tikdirdiyi 98 möhtəşəm binalarından 41-də  xəstəxanalar (4), təhsil ocaqları (3), mehmanxana (2), naziriklər və şirkətlərin fəaliyyət göstərdiyini qeyd etdi. Təsisçisi olduğu “Mil­­li Də­­yər­­lə­­rin Qo­­run­­ma­sı” İB-nin mö­hü­rü ilə ba­­basının binalarının üzərindəki ven­­ze­­li­­ni ya­­şa­tmaqla, sanki ona xatirə lövhəsi yaratdığını vurğuladı.

A.M.Na­ğı­­yevin sahibkarlıq, xeyriyyəçilik və ictimai  fəaliyyətinin araşdırıcısı olaraq, 9 ki­­tab mü­əl­­li­­fi olan nəvə, 32 il­­­dir ki, usan­­­ma­­­dan bu yo­­­lu  da­­­vam edi­­­r. Dilarə xanımın yazdıqlarının nəticəsidir ki, o, tarix elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almış, “Tərəqqi” medalına layiq görülmüşdür. Saytın açılmasını uğurlarının pik nöqtəsi sayır. Saytın  gənclərin  maarifləndirilməsində əhəmiyyətini qeyd edərək, gələcəkdə elmi əsərlərin, monoqrafiyaların yazılmasında dəyərli məlumatların əldə edilməsində istifadə olunacağına əminliyini bildirdi. 

Saytı təqdim edən “Gənclərin antinarkomaniya” İB-nin sədri, “Milli Dəyərlərin Qorunması” İB-nin gənclərlə iş üzrə rəhbəri Billur Məmmədova bildirdi ki, veb saytın “Haqqında”  bölməsində Ağa Musa Nağıyevin  həyatı haqqında ətraflı məlumat əldə etmək mümkündür. Burada yer alan məlumatlar Azərbaycan, rus və ingilis dillərində verilir. Veb saytın əsas səhifəsi 5 bölmədən ibarətdir: Banner bölməsi, “Tarix ölməzdir, tarix təkrar olunur”, “Bakıda 98 bina tikən şəxsiyyət”, “Ağa Musa Nağıyevin xatirəsinə yazılmış kitablar”, “Ağa Musa Nağıyev haqqında çəkilmiş filmlər”.

1-ci bölmədə Ağa Musa Nağıyevin fotosu və ömrünü həsr etdiyi Bakı şəhəri fon olaraq yerləşdirilmişdir. 2-ci bölmədə dahi şəxsiyyət haqqında qısa məlumat verilmişdir. Daha artıq məlumat almaq üçün “Həyat və fəaliyyəti” bölməsinə daxil olmaqla əlavə məlumat əldə etmək olar. 3-cü bölmədə Ağa Musa Nağıyevin Bakı şəhərində tikdirdiyi binalar haqqında məlumat əldə etmək olar. Daha artıq məlumat üçün isə “Binalar haqqında” bölməsinə keçid etmək kifayətdir. 4-cü bölmədə Ağa Musa Nağıyevin xatirəsinə yazılmış kitablarla tanış olmaq üçün “Digər kitablar” bölməsinə keçid kifayət edər. 5-ci bölmədə dahi şəxsiyyət haqqında çəkilmiş film və verilişlər barəsində məlumatları “Filmlər” bölməsindən əlavə etmək olar. Daha çox videonu izləmək  üçün “Bütün filmlər” bölməsinə keçid  kifayət edər.

Yasamal rayon  MKS-nin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, “Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti” İB-nin  sədri Bahar Qasımova, bilolgiya elmləri üzrə fəlsəfə doktoru Elşan Ağayev, Mehriban Bağırova və AMEA-nın əməkdaşı Nəzakət Qafqazlı, “Dünya, ana və uşaqlar” QHT rəhbəri Dünyaxanım  Əliyeva, “Milli Dəyərlərin Qorunması” İB-nin üzvlərindən həkim-kosmetoloq Məlahət Dadaşova, həkim Emilya Cəlilova, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, “Xalqxəbər” İnformasiya Agentliyinin rəhbəri Əfsanə  Nəbiyeva, “Vətənim Azərbaycandır” Azərbaycan  ictimai-siyasi Xəbərlər İnformasiya  Portalının müxbiri Əfsanə  Əliyeva, yazıçı Çeyhun Möhübbü, vəkillər kollegiyasının üzvü Rauf Abdullayev çıxışlarında Dilarə Nağıyevanın saytın açılmasında rolundan danışaraq, Azər­­bay­­ca­nın müs­tə­­qil­­li­­yi bər­­­pa olun­­du­­ğu za­­man­­dan, ta­­rix üçün et­­dik­­lə­­rindən söz açdılar. Saytın bu günkü əhəmiyyətindən, Ağa Musa Nağıyevin Azərbaycanda, eləcə də Türkiyədə göstərdiyi xeyriyyəçiliyindən söz açdılar.

Yazıçı Dilarə Nağıyeva babası Ağa Musa Nağıyevin sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyətinin araşdırıcısı olaraq usanmadan bu yolu davam etdirir. O, Ağa Musa Nağıyevin fəaliyyətinə dəyər verdiyinə görə Dədə Qorqud Fondunun “Mehriban Ana” altun medalına, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin ”Fəxri Fərmanı”na və “2017-ci ilin Xeyriyyəçi Qadını” nominasiyasına layiq görülüb.