Bayramov Dəyanət Osman oğlu – şair-publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Dəyanət Osmanlı 1965-ci il iyunun 15-də Gürcüstanda, Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən bir il sonra Azərbaycanda Sumqayıt Xovlu iplik fabrikində işləmişdir. Ordu sıralarında xidmət etmişdir (1983-1985). M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1986-1991). Əmək fəaliyyətinə “Mübariz” qəzetində şöbə müdiri kimi başlamışdır. “Fəryad” qəzetində şöbə redaktoru (1990-1992), “Azərbaycan” qəzetində müxbir, parlament müxbiri (1992-2005) vəzifəsində çalışmışdır.
Bədii yaradıcılığa 80-ci illərdə başlamışdır. “Köhnəlir ayaq izlərim”, “Yarı yolda qalan məktub”, “Söhbət” adlı ilk şeirləri “Ulduz” jurnalında (1990, №4)və s. dərc olunmuşdur. Bundan sonra “Ulduz”, “Azərbaycan” jurnallarında və “Ədəbiyyat və incəsənət”, “Dədəm Qorqud”, “Yol”, “Oğuz eli” və digər mətbuat orqanlarında öz şeirləri, publisistik məqalələri ilə vaxtaşırı çıxış etmişdir. 1992-ci ildə yaranan “2+” ədəbi cərəyanın yaradıcılarından biridir.1992-1998-ci illərədə gənc yazıçıların “Avanqard” Ədəbi Birliyini yaradaraq ona rəhbərlik etmişdir.
1996-cı ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub.1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür . “Ağ kitab” (1997), “İlk… Və… Son…” (2009) adlı şeir kitabları və altı publisistik kitabı nəşr edilib. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb. 2006-cı ildən Azərbaycanda Atatürk Mərkəzinin baş redaktorudur.
“4”
Həyatım darıxır, hara aparım,
sonu yazılmayan ömür – yarımçıq.
Nə bir gedən vardır, nə bir qayıdan,
hər iki dünyanın qapısı açıq.
O yurd çox qocalıb tanıyammıram,
Yuxarı Şenniyi aşağı köçüb.
Oğullu, uşaqlı ocaq başının
tifağı dağılıb, tüstüsü uçub.
Saraylar xaraba, qəbirlər durur,
orda sevinc ölmüş, qəmsə diridi.
Yurdsuzun, qəribin, dostun, düşmənin
sağ bəndədən rəhmət umduğu yerdi.
Yasəmən kolları içində itən,
səmtin unutduğum o məzarlıqdan
atam yorğun gələr yuxularıma.
Xəyalı yaşayan bir bayatıdan
boylanıb, yolumu açar uzaqdan.
O qəbrin yanından ötən cığırla
bəlkə min il əvvəl keçib getmişəm.
Aramızda yollar, şəhərlər durur.
Ruhum uyğudadı öz odasında,
mənsə hey gedirəm, mənzilin başı
qarışmış həyatın düz ortasında.
***
Yuxumdan
üzüm bağları keçir,
içində payız bayramı.
Səni görmək umudum olmasa da,
payızın rəsminə baxıb ovundum.
Bu payız bayramı
Tut ağajıtək çırpır
istəkliləri,
dostları,
tökülür sevinj və jan əzabı
xəzəl kimi.
Sən gedən yollar
çoxlarını aparmış,
kimsə sevgisindən yarımamış,
kimsə doya bilməmiş
Tanrı verdiyi ömürdən.
***
Şairlərin doğulduğu,
öldüyü
yurddan da soyuğam.
Sənə məktublar yazıram
ayrılıq qorxusundan.
İnanma,
nə də gözləmə.
Məndən umduğun sevgi
sonunju yay günüdü.
Yenə soyuqlar düşəjək,
üşüyəjək janımın dərdi
ayrılıq qorxusundan.
İnanma və gözləmə,
burda sevgidən savayı
kimsə salamat qalmadı.
***
Qardaşım,
kəndimiz yazıq olur axşamlar.
Sən tanıdığın o viranə ürək
bir az da talandı sevdalarla.
Unutdum ayrılığı və səni,
yağışın,
küləyin,
qaranlığın altında.
Bir də məni gözləsən
daha günlər bitməz.
Tanrı yaşayan yerdə
sözə dönməyə ürək yox.
Tökülür ilğım-ilğım istilər
quşların qanadlarından.
Amma ərimir bir divanənin
oxuduğu duaların buzu.
Qar çiçəyitək titrəyir hər təzə gün,
nağıla dönərüm xatirəndə.
Gözlədim,
Novruz bayramında
gələsən səməni kimi.
Asdım tapa bilmədiyim şəklini
susqun süfrəmizin başından.
Gözəl keçirdik bayramı,
sən varsan,
sən varsan,
fərqi yox harda.
***
Məzarlıq güllərinin
qoxusu qalmış hüznlü yollarla
yorulmadan uzaqlaşıram
Adəmin viranə vətənindən.
Burda karvanyeriş şairlər itmiş.
Hər qəzadan sovuşub yaşayanda
nəmli və solğun uğurum
məzarlıq çiçəyi qoxuyur.
Sinə dağlarım sükut ujaldır.
Yönü o dağlara tənha yolçuyam,
göylər qocalır çiyinlərimdə.
Gözlərim maviliyə toxunmadan
dikilir Qiblənin açıq qapısına.
***
Yaşadım doyunja,
boşaldı balaja könlüm.
Janımı gün vurdu,
qurudu bütün günahlar.
Səndən gizlətdiyim
utanjaq sözlər damır
uşaqlığımın yeganə şahidi
nimdaş şəkillər üstə
ürəyim dolanda.
Biz dünyanın
üzünə çəkilmiş
doğulub,
ölən şəkillərik.
Şəkillərdə oxlanan
igidlər kimi göründük
son anlarımızda.
Amma deyəsən,
surətimizi köçürərkən
fotoçu da sarsılıbmış,
baxışlarımızdakı qara xəbərdə
öz adını oxuyubmuş kimi.
***
Günlər çox köhnədi,
yaşamaq olmur.
Yolu başa vurub qayıdammadım.
Yaşadım,
itirdim,
qazandım, amma
bir xatirə həyat uydurammadım.
Mənə kim öyrətdi bu qədər sevim,
ya bir dərviş olum, ya şəhid düşüm.
Kimsə yox, uğrunda janımdan keçim,
ömür çox uzandı, heç usanmadım.
Jənnətdə dirilik suyu içmədim,
göz yaşıydım Tanrı gözündən gəldim.
İstədim yaşayam, amma ki, öldüm,
təndə öz ruhumla yollaşammadım.
Jənnət qismətimdən quş kimi uçdu,
hər şey ilk mənzildə qalası oldu.
Ölüm yalquzaqtək tənha dolaşdı,
dərgah çox soyudu, qovuşammadım.
***
Hər səhər
üzümdən yuyuram günahlarımı,
daha da nurlanır.
Qəmlənirəm,
sevinirəm,
bu köhnə dərd,
sevinj
daha da təzələnir.
Min ilin yağmurları
aramsız şütüyür
dünyanın üzündən.
Amma ömür təzələnmir.
Bu tozlu həyatın içində
dalıyja qaçıram
məni gözləməyən
bir aqibətin.
***
Ömür yaman uzandı,
yaşamağa gün qalmadı.
Torpağın özü jan verir,
bir məzar qazmağa yer də yox.
Xoşja günlərim jan verməkdə,
payız qoxuyan
səbirli ağılar salamat.
Getdim göy üzündə yaşayım,
ordan da ruhum qovdu.
Ölən sonunju umudun
qəbri buğda zəmisində.
***
Mən inamsız yaşayıb,
imansız öldüyüm
ömrün vadisində
gün düşməyən uzaqların
kölgəsiz ağacıyam.
Nə ruzgar üzümü öpər,
nə yolcular kölgəmi.
Min ildi bitmiş kimiyəm,
kölgəmə yürüyən bir yolcu yox.
Görəsən kimi gözləyirəm
axirətə aparan bu yolda.
***
Bir soyuq ismarıjın ajısı qalıb
darıxdığım məmləkətdən.
Burda ujaltdım məhşərin heykəlini.
Quşlar qanad-qanad
bahardan-bahara əsib qayıtmaz.
Bura azadlığın qanad saldığı yerdi.
Mən gözümü qapasam
yenə də yaşarmısız
sevdaların qəzasından sonra
dərdindən öldüyüm günahlar.
***
Həsrətin bu üzünə aşıb,
yolu sona varıram.
Ayaqlarımın altında
xınjılır təzə günlər.
Qaçıram
həyatın xəlvət yerindən
Və mənim arxamja
əjəlin yanıqlı səsi
həyatın tozunu qaldırıb
örtür ömrün jəsədini.
Yuxularıma çilənmiş qanımın
üstündən sellər yürümüş,
hələ də ömrün ağzı qan dadır.
Daha dualarım geri qayıdıb
örtür ömrün jəsədini.
***
23 yaşımdan
təkjə sözlər qalıb
kiminsə toz basmış
xatirə dəftərində.
Başımdan ağır sözlər
boynumu bükmüş.
O sözləri
qatarda,
avtomobildə,
təyyarədə
bir-bir salıb itirdim
Bakı-Borçalı yolunda.
Və unutduğum şeylər
məni qaytaranda yolun yarısından,
gördüm
gənjliyimin evində
anamın göz yaşlarından savayı
diri qalan heç bir şey yox.
***
Adıma kim nə diləmişsə,
gejəli-gündüzlü
yaşanmış olsun.
Nə vaxtsa qapımdan
qayıdan ismarıjın
sözləri pozulmuş artıq.
Yenə də qənşərmidə
qara niqablı və
doluxsunmuş bir həyat.
Göz yumduğum qaranlıq,
göz açdığım sabahlar
yaşasın qələmimdən çıxan sözlərdə.
Ufajıq bir nar kolu göyərsin,
üstündə oxusun quşlar
unutduğum qojahəsrət xatirəni.