1558877_1434551783429120_209165756_n

Günorta idi səhərdən evdən çıxmışdıq. Bilgisayarın qabağındə boğazımız qurumuşdu. Xanımlara təklif etdim ki, gəlin gedək aşağıda çay içək onlarda qəbul etdilər. Əvvəlki həftələrdə təmizlik işinə baxan Xalidə xanımdan mətbəxdə çay içməyə icazə almışdım. Xalidə xanım olarmı burda çay içək demişdi niyə olmur gəlib içərsiz. Bu xanımların da, heç birinin imkanı yox idi ki, hər dəfə iyirmi qəpik verib çay alsınlar çünki, biri atasız dörd yaşında uşağa baxırdı. Uşaq da, bərk xəstə idi. Iki gün əvvəl Qurani-kərim müəlliməsi bu xanımın ağladığını görüb soruşur; Samirə sənə nə olub?! Samirə cavab verir: Əli bərk xəsdədir. Bu gün kiçik bayıra gedəndə uşağın daxilindən qan gəldi pulumda yoxdur ki, həkimə aparım. Müəllimə deyir xahiş edirəm uşağı gətir həkimə aparaq. Uşağı götürüb həkimə apardıqda bərk soyuqladığını deyir həkim. Elə dərmanları da, müəllimə alır. Bir az öncə bu məsələni də Samirə mənə danışmışdı. Digər qızımızın da, əlil bacısı, ata qayğısından uzaq ailəsi vardı. Nə isə aşağı düşüb yenicə stəkanları yumuşdum ki, Müdir köməkçisi Azad gəldi. Dedim; biz gəlmişdik çay içək elə bu sözü demişdim ki, sözüm ağızımda yarımçıq qaldı.
Bilirsiz xanım əslində sizin burda çay içməyiniz düzgün deyil. Soruşdum niyə? dedi: müdriyyət içazə vermir. əgər siz icazəsiz burda çay içirsizsə? bilinki, bu mal qəsbidir (halalığı yoxdur) dedim mən Xalidə xanımdan icazə almışam. Həmidəki, biz buranın tələbəsiyik axı… Nə olsun ki, siz buranın tələbəsisiz çay içirsiz çıxın yuxarı pul ilə alıb için dedim; bizim pulumuz yoxdur ki, hər dəfə iyirmi qəpik verib çay içək, belə də, pis çıxmasın bir yerdə işləmirəm bir şey eləmirəm pulu hardan alım? Həmin pulu yol pulu edərəm. İçməyin!!! Nə məcburdur ki, siz çay içəsiniz zəruridir ki, sizin çay içməyiniz. Xanımlar qapının ağızında quruyub qalmışdılar nə bir addım dala nədə qabağa yeriyə bilirdilər. Mən çayı süzüb qabağıma qoydum. Amma bunun da, düzgün olmadığını da, bilirdim. Sual etdim axı nədən Müdriyyət icazə vermir?! Çünki ayda yüz manat çaya pul verəsi deyilki…dedim başa düşmədim bu nədir ki, yüz manat pul tutsun bu su Allahın suyudur, çaya gəldikdə isə alıb gətirərik, siz Allah rizası üçün içərsiniz. Birdə ki, buranın baş müdiri ağayi-Nuridən halallığını alaram. Qiyamət günündə də, bunun cavabını Allaha verərəm deyib qapıdan çıxdım. Bu məsələnin şəri hökm olduğunu bilirəm amma əxlaqı yöndən yanaşdıqda belə bir islam dinin olmasına inanmıram Hz. Əli(ə) gecələri səhərə qədər yuxu yatmaz, yetimlərə, aclara, miskinlərə kürəyində yemək daşıyıb paylayardı. Heç kəs bilməzdi ki, bu Hz. Əlidir. Bu işi saleh insanlar, Peyğəmbər və Peyğəmbər övladlarının hamısı öz növbəsində həyata keçirib. Anlamıram bu qədər xüms pulundan imkanı olmayan tələbələr niyə yararlana bilmirlər?!. Bəlkə xüms pulu düzgün ünvana çatdırılmır?! Ya da, fətva verən müctehidlər imkanı olmayan tələbələri nəzərə almayıb…məni düşündürən bir məsələ var. Bu həftə vəhdət həftəsidir. Görəsən Hz. Rəsulu- Əkrəm s.a.s -in doğum gununu təmtəraqlı qarşılayanda bir stəkan çayı digər bir insana qıymayan insanlardan necə razı qalacaq??? Bu mübarək Allahın elçısı, yer üzünün xəlifəsi, yetimlərin atası… Mən sadəcə şəri hökm üzərində qurulmus islamı tanımıram tanımaq da, istəmirəm. Dinin üş əsas sütunu var. 1.Əqidə, 2.Əxlaq. 3.Əhkam. bunlardan sadəcə biri ilə yaşamaq tək ayaqlı yeriməyə bənzəyir. Belə insanlar isə heç vaxt Allaha doğru gedə bilməzlər. Belələrini görəndə islam dininə qarşı içinizdə ikrah hissi oyanmasın din başqa dindar başqadır. Həzrəti Rəsulu Əkrəmin gətirdiyi dini tanısanız yetər. Çünki O Allahın insanlar üçün xeyirli bildiyi şeylərdən başqa bir şey söyləmədi. Allah mənə çay alıb aparmağı, Azada isə insan olmağı nəsib etsin. Amin!