images

Adnan Oktarın Arab Times’də nəşr olunan yazısı

İslam coğrafiyasının hər tərəfində davam edən müharibə, qarışıqlıq, qarşıdurma, kasıblıq, aclıq, siyasi və iqtisadi problemlərin kökdən həll edilməməsinin səbəbi müsəlmanların həmrəy olmamasından qaynaqlanır. Halbuki təməldə eyni dəyərlərə inanan, eyni dildən anlayan, Allaha inanan, qibləsi, müqəddəs kitabı və peyğəmbəri eyni olan insanların öz aralarında birləşməsi çox əhəmiyyətli və ən doğru davranışdır. 1969-cu ildə qurulan və 57 İslam ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının məqsədi bu olsa da, hal-hazırda bu təşkilat gözlənilən səmimi həmrəylik gücündən çox uzaqdır.
Gücün birlikdən doğduğu, münaqişənin isə zəiflik, parçalanma və güc itkisi yaratdığı hamıya məlumdur. Yer üzərində kapitalist, sevgisiz, imperialist, müstəmləkəçi, şiddətə əsaslanan və zəifi əzməyə çalışan şeytani siyasət aparıldığını düşünsək, heç bir ölkənin bu hiyləgər sistemə qarşı tək müqavimət göstərə bilməyəcəyini aydın görərik.
Dünyada eyni səbəblərə əsaslanaraq, yəni güclü olmaq, zəifləməmək üçün fərqli düşüncəyə sahib olan müxtəlif insan qruplarının əhəmiyyət verdikləri dəyərlər ətrafında razılaşıb birləşdiklərini görürük. Sosialistlər beynəlmiləl ətrafında, təbiətsevərlər səslərini eşitdirmək üçün yaşıl birliklər meydana gətirib onun çərçivəsində, neft istehsal edən ölkələr öz aralarında, peşə qrupları xüsusi təşkilatlarda, müxtəlif irqdən olan insanlar da yenə öz aralarında birləşirlər. Avropa ölkələri, Ərəblər və Latın ölkələri kimi öz aralarında iqtisadi, hərbi və texnoloji güclərini birləşdirmiş bir çox güclü ittifaq mövcuddur.
Bütün bu güc birliklərinə baxmayaraq öz aralarında birləşə bilməyən müsəlmanların vəziyyəti İslam dünyasının varlıq və nizamı üçün böyük təhlükə yaradır.
Bu gün müsəlmanlar birləşmək və həmrəy olmaq əvəzinə çarəni başqa yerlərdə axtarırlar. Hətta bir çox məqamda İslam əleyhdarı rejimlərə sahib olan ölkələrdən asılı vəziyyətə düşmüşdür. Qərb dünyası və Qərb vətəndaş cəmiyyəti təşkilatları İslam ölkələrində yaşanan xoşagəlməz hadisələrə kömək əlini uzatmağa həm istəksiz, həm də lazımi qədər faydalı deyillər.
Afrika, Asiya və Yaxın Şərqdəki bir çox İslam ölkəsində aclıq, yoxsulluq, gerilik, terror, müharibələr, qeyri-insani siyasət, işgəncə və epidemiyalar müsəlmanlar üçün həyatı çox çətinləşdirir.
Məsələn, Afrika qitəsinin bu günə necə gəldiyinə qısa salsaq, müstəmləkə sistemiylə Afrikalıların qorxunc rəftarlara məruz buraxıldıqları və çox zərər çəkdikləri görüləcək. Bir çox zəngin təbii ehtiyatları və münbit torpaqları olan Afrika ölkələri, imperialist dövlətlər tərəfindən zəbt edilərək talan edilmiş, qitə xalqları isə aclıq və səfalətə məruz edlmişlər. Köməyi gözlənilən ölkələr isə, əslində qitənin tarixinə müstəmləkəçiliyi gətirənlərin şəxsən özləridir.
Avropanın içində yaşayan müsəlmanlar belə Bosniyada, Kosovada, BMT və AB kimi təşkilatların gözləri qarşısında qətl edildi. Asiyadan hər gün ölüm, əzab və faciə xəbərləri gəlir, bu xəbərlər artıq dünya mediasında əhəmiyyətsiz hesab olunur. İslam ümməti geri qalmışlığı içində iztirab çəkir.
Tarixə nəzər saldığımız zaman, keyfiyyəti, mədəniyyəti, texnologiyası, incəsənəti və elmiylə dünyaya istiqamət verən İslam aləm ilə qarşılaşırıq. Müsəlmanlar qurduqları mədəniyyət, sahib olduqları ədalət və üstün əxlaqla insanlara nümunə olmuşlar.
Avropada insanların dünyanın dəyirmi və ya düz olduğu barədə mübarizə aparıb bir-birini öldürdüyü dövrlərdə, İslam alimləri dünyanın ölçülərini hesablayaraq, fırlanma sürətini test edən həssas ölçü alətləri hazırlayırdılar. Qərb dünyası, Romanın süqutundan etibarən qaranlıq dövr yaşayarkən, müsəlman alimlər möcüzəvi tibbi kəşflər edirdilər. Bu dövrdə İbni Sina anatomik fizioloji, farmakoloji orqanik xəstəliklərin patoloji araşdırmalarına, müalicə metodlarından – əməliyyat metodlarına qədər qanun hökmündə görüşlər ehtiva təxminən 1 milyon sözlük tibbi ensiklopediya meydana gətirmişdir.
Müsəlmanlar bu xüsusiyyətləriylə keçmişdə insanlığa rəhbər olduqları halda, bu gün İslam aləminin sevgisizlik, laqeydlik və bölünməsi nəticəsində hal-hazırki vəziyyətdən hər müsəlman özünü günahkar hiss etməlidir.
Özünə bir çətinlik və ya faciə üz vermədiyi üçün müsəlman qardaşının başına gələnləri görməməzlikdən gələnlər də unutmamalıdırlar ki, sabah eyni faciələr öz başlarına da gələ bilər. Çünki bundan 10-20 il əvvələ qədər Suriya, İraq kimi ölkələrin ən azından bu gün yaşadıqları problemlərdən çox uzaq bir həyat tərzi sürdükləri, ancaq indi üzləşdiyi problemlərin, vətəndaş müharibəsi və bölünmənin eşiyində olmaları buna bir nümunədir.
Ancaq yaşadığımız bu vəziyyətdən çıxıb müsəlman coğrafiyasında dinclik, rifah və sülh təmin etmək əslində heç də çətin deyil. İslam aləmi güclərini birləşdirdiyi təqdirdə heç kim müsəlmanlara Allahın izni ilə güc çatdıra bilməz, onlara zulm edə bilməz. Bu gün İslam Birliyi qurulsa, sülhün və əmin-amanlığın memarı olan çox güclü bir quruluş ortaya çıxmış olacaq. Müsəlman ölkələr birlikdə hərəkət etsə, iqtisadi olaraq müdhiş bir zənginliyə və rifaha quşulacağı, ticarətin nə qədər inkişaf edəcəyi aşkardır.
İslam Birliyinin bir an əvvəl qurulmasının nə qədər təcili olduğu çox açıqdır. Müsəlmanların, İslam Birliyinin meydana gəlməsini könüldən istəmələri və bu uğurda səmimi səy göstərmələri halında, Allahın iznilə bu birlik çox qısa bir zamanda qurulacaq. Bunu bilməliyik ki, müsəlman aləminin içində olduğu vəziyyətdən çıxmasının tək yolu İslam Birliyidir.