1558877_1434551783429120_209165756_n

Bir gecənin dəhşətləri, üzərindən 24- il keçdiyinə baxmayaraq hələ də, unuda bilmirəm.. Bakıda Azv-ni gecə partlatdıqlarına görə şəhər caamatının əksəriyyəti baş verəcəklərdən xəbərsiz idilər. O vaxtı Şuşa televizyası var idi. Bütün bölgələrə yayınlanırdı. Gecə nə baş verdiyini yox amma bu faciənin nəticələrini çəkib göstərməyə nail ola bilmişdilər. səhər -səhər atam dedi: bu gecə Bakıda kütləvi qırğınlar baş verib. Silahsız insanların üstünə tanklar yeriyərək kütləvi qırğınlar törədiblər. Heç Nəfəs çəkməyə macal verməyiblər. Biz Şuşa televizyası vasitəsi ilə kütləvi şəkildə qırğınların sadəcə bir hissəsini izləyə bildik. O hissəsini ki, xalqımız ağlaya –ağlaya şəhidlərini dəfn edirdilər. Mən soruşdum ay ata bəs niyə qırıblar bu insanları? Onda mənim 9 yaşım var idi. Atam cavab verdi. Bala xalqımız müstəqillik istədiyi üçün. Sonra müstəqilliyi xırda detallarına qədər açıqladı. O vaxt çox kədərlənmişdik, bu gün anlayıram ki, biz bu şəhidlərin sayəsində Azərbaycanlı olaraq yaşayırıq. Dünən 20 yanvar şəhidlər günü dəstə-dəstə insanlar şəhidlər xiyabanına axın etmişdilər. Kimisi öz şəhidini kimisi isə heç tanımadıqları, onların sayəsində Azad yaşadıqlarına görə şəhidlər xiyabanına gələrək, bu məqam sahiblərini ziyarət edib, qərənfil düzürdülər sinə daşlarının üzərinə. Yuxarıda və aşağıda bizim Qarabağ şəhidlərimizin məzarını ziyarət etməyi boynumuzun borcu hesab edərək, aşağıda ikinci cərgədə dəfn olunmuş, Salatın Əsgərovanın məzarını, Daşaltı əməliyyatında şəhid olmuş, yüzlərlə insanların adlarına sadəcə bircə abidə var ki, onu qənimət bilərək ziyarət etdik. Həmin cərgədən bir az o yana, Çingiz Mustafayevin məzarını ziyarət etdik. və onunla şəhid olan igidin xalası ağladığını gördüm yaxınlaşdım, anam oğlunuzdurmu dedi: yox bacım oğludur. Allah rəhmət etsin dedim. Amin bala bircə torpaqlar azad olsaydı bu şəhid balalarımızın qanı yerdə qalmazdı. Mənim ondan sonra heç dərdim olmazdı yaşaya bilmirəm bala…yaşaya bilmirəm!!! Dedi: Ordan uzaqlaşanda içimdən bu sözlər keçdi mənim gözəl anam heç mən də, yaşaya bilmirəm. Həmin cərgədə bir qoca ağsaqqal 74 yaşlı baba ilə qarşılaşdıq gah gedir, gah da oturub dincini alırdı. Yaxınlaşdım babam Allah qəbul etsin. Məni başı yaylıqlı görüb dedi: sağ ol ay bala mən iki dəfə Kərbəlada, Həcdə, Məşəddə olmuşam burdan gedib yeddi şəhid evində Quran oxuyacam. Bala mən bu qanlı yanvar facəsinin canlı şahidiyəm. Can ay baba Allah sizə ömür versin ki, biz yeni yetmələr tariximizdən yetərincə xəbərdar olaq. Baba sözə başladı bala şəhərə həmin gecə elə fəlakətlər üz verdi ki, o gün heç vaxt unudulmamalıdır. Bu vəhşiliyin son həddi idi. Insanları qətliyam etdikdən sonra tankla üstünə çıxıb xıncır, sonra isə kurzavoy maşınlara yükləyib dənizə tökürdülər. Amma maryaklar bacardıqları qədər qabağa gəlib qarşısını almağa çalışırdılar sağ olsunlar. Bəlkə həmin gecə yüzlərlə insanlar itkin düşdü. Hamısıda bax o dənizə töküldü. Heydər Əliyev hakimiyyətə gələndə təzə pir məscidinə yığılıb ona xeyir dua verdik. Inşallah Qarabağımızı geri qaytaracağıq. O günü səbirsizliklə gözləyirəm… İkinci həmsöhbətim çox hörmətli jurnalist Elmira xanım Ağayeva idi. O mediyaya müsahibə verəndə ürək ağrısı keçirirdim. Müsahibə zamanı bu sözləri eşitdim o faciədən 24 il keçdiyinə baxmayaraq günü bu günə kimi o anları unuda bilmirəm. Kitabımda 18 şəhidin adı keçib, onun ikisi 20 yanvar şəhididir. O gecə televizorlar pozuldu onun düzəlməsini gözləyirdik ki, şəhərdə gürultu qopdu hansı evdə işıq yanırdısa o evə güllə atılırdı. Mətbəxində yemək bişirən qadını qətlə yetirdilər. Şəhərə daxil olan təkcə Rus qoşunu deyil, xüsusi dəstələrdən ibarət uca boylu, saqqallı, saqqalı sinəsini örtmüş tankçılar, xüsusi silahlanmış dəstələr idilər. birinci onlar girirdilər şəhərə, onun arxası ilə digər dəstələr daxil olurdular. Qarşılarına kim keçirdisə güllələyirdilər. Həmin gecə hava qovrulmuş ət, piy iyisi ilə qarışmışdı. Göy üzü tutqun rəng almışdı. Göy, qırmızı rənglər qarışmışdı biri-birinə. Müsahibədən sonra biz ordan üzü məscidə tərəf qayıdanda. Öz canlarını Azərbaycanın bütovluyü uğrunda fəda edən Türk məhmətciklərini də ziyarət etməyi unutmadıq. Onlar 1918-ci ildə Nuri paşanın göstərişi ilə Azərbaycana gələrək Kürdəmir, Göyçay, Gəncə, Qarabağ, Dağıstan, Şamaxı, sonra isə Bakını geri qaytararaq şəhid olmuşlar. Ruhları şad olsun! Bütün şəhidlərimizin amin! 20 yanvar günü kiçik bir məsələ deyil ki, xalqımız onu unutsun. Bu bizim qan yaddaşımız, tariximizdir. Allah şəhidlərimizin ruhlarını şad etsin deyirəm! onu da, bilirəm ki, torpaqlarımız düşmən taptağı altından azad olan günə qədər şəhidlərimizin ruhu şad olmayacaq. Vətən sağ olsun deməklə vətən sağ olmaz vətənin uğrunda can qoymaq lazımdır bax bu şəhidlərimiz kimi. Şəhidlik məqamı ən uca məqamdır ki, şəhid kəliməsi Qurani-kərimdə 35 dəfə, şühada( yəni şəhidlərin çəmi) kəliməsi isə 20- dən artıq çəkilib. Hz. Rəsulu Əkrəm s.a.s. buyurur: “Şəhidlər ölməzlər”. Digər bir hədisdə isə “Vətəni sevmək imandandır”. Vətən üçün şəhid olmağa dəyər. Qələbələr ümidi ilə…