26 fevral 2021-ci il tarixdə Rusiyanın Leninqrad vilayəti, Şlisserburq “Bakı” kafesində kütləvi atışma baç vermiş, 38 yaşlı azərbaycanlı qətlə yetirilmişdir. Qətli törədən şəxsin tapılması üçün şəhərin hüquq mühafizə orqanları hərəkətə Keçmiş, görünməyən planlar hazırlamışdır. Belə ki, Rusiya polisi qarşısına çıxan azərbaycanlı iş adamlarını gün ərzində bir neçə dəfə polis idarələrinə aparır, saatlarla sorğu-suala tutur.
Bütün bu məsələlərə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu susur. Bu isə Rusiyada yaşayan azərbaycanlı iş adamlarının fəaliyyətinə ciddi zərər vurur və haqllı narazılıqlara səbəb olur.
Ümid edirik ki, məsələyə Azərbaycan hakimiyyəti münasibət bildirəcək.
Əslən Kürdəmir rayonunun Mollakənd kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına” görə medalları ilə təltif olunmuş Əbülhəsən Balaş oğlu Eyvazovun əziz xatirəsinə ithaf edirəm.
Bu müqəddəs yolu könüllü seçdi, Üçrəngli bayrağı öpüb, and içdi, Doğma vətən üçün canından keçdi, İgid Əbülhəsən, mərd Əbülhəsən!
Üzündən, gözündən tökülürdü nur, İşlədi, zəhmətlə qazandı uğur, Belə övladyla el duyur qürur, İgid Əbülhəsən, mərd Əbülhəsən!
Dostlar arasında hörmətli idi, Necə qorxmaz idi, cürətli idi, Sözü bütöv idi, qeyrətli idi, İgid Əbülhəsən, mərd Əbülhəsən!
Aprel döyüşündə döyüşmüşdü o, Bir anda böyüyüb, dəyişmişdi o, Düşmənlə mərdliklə vuruşmuşdu o, İgid Əbülhəsən, mərd Əbülhəsən!
Qarabağın azad edilməsi uğrunda döyüşlərdə şücaət göstərmiş, ölümündən sonra “Vətən uğrunda” ,”Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Şəhid zabit Tural Yadulla oğlu Eyyubovun ölməz xatirəsinə ithaf edirəm!
Sevirdi bu vətəni, sevirdi bu torpağı, Hər bir zaman gəlirdi, xoş səsi, xoş sorağı, Öpüb aylı-ulduzlu, o üç rəngli bayrağı, Yollandı döyüşlərə, yollandı hünər ilə, İnanırdı, dönəcək geriyə, zəfər ilə.
Hamı bilir o, necə, mərd idi, igid idi, Bacarıqlı komandir, cəsur bir zabit idi, Qorxmayırdı ölümdən, mələklər şahid idi, Taleyinə düşmüşdü, döyüş-fitnə, şər ilə, İnanırdı, dönəcək geriyə, zəfər ilə.
Çox qəhrəman yetirib doğulduğu Mollakənd, İşğalda qala bilməz nə bir şəhər, nə bir kənd, Keçdi neçə dağ-dərə, aşdı yamac, bərə, bənd, Adını tarixlərə yazdı bu səfər ilə, İnanırdı, dönəcək geriyə, zəfər ilə.
Bu yurdu, bu torpağı suvararaq qanıyla, Torpağı vətən edir qəhrəmanlar canıyla, Azərbaycan tanındı şöhrətiylə, şanıyla, Millət yenilməz olur, ərən ilə, ər ilə, İnanırdı, dönəcək geriyə, zəfər ilə.
Yağıları məhv etdi rəşadətli ordumuz, Tural, səni unutmaz, bil, müqəddəs yurdumuz, Artıq həyata keçib neçə illik arzumuz, Xalqımız fəxr eyləyir səntək hünərvər ilə, Müharibə qurtardı, şanlı bir zəfər ilə!
Qarabağ uğrunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ithaf edirəm.
Siz ey vətən yolunda öz canından keçənlər, Şəhidlik şərbətini fəxarətlə içənlər, Bir yolluq xalqımızın ürəyinə köçənlər, Yaddan çıxmaz heç zaman, unudulmaz adınız, Əhsən, halaldır sizə, vətən adlı andınız!
Elə yol seçdiniz ki, hər addımı gülüstan, Hünəriniz əfsanə, hünəriniz bir dastan, Sizdəki cəsarətə aləm qalıbdır heyran, Vətən şamına dönüb, pərvanə tək yandınız, Əhsən, halaldır, sizə, vətən adlı andınız!
Nə danışsaq, nə desək, sizsiniz söhbətimiz, Sizinlə gözəl olur mehrimiz, ülfətimiz, Tükənməz bir ümmandır sizə məhəbbətimiz, Vətəni doğma, əziz, pak ananız sandınız, Əhsən, halaldır, sizə, vətən adlı andınız!
Həyatı Allah verir hər insana bir dəfə, Elə yaşayasan ki, yol verməyəsən səhvə, Vətənə şirin canı qəlbən etdiniz “töhfə”, Kafirlərdən torpağı qanınızla aldınız, Əhsən, halaldır, sizə, vətən adlı andınız!
O dayandı. Nəfəsini dərib şaxtadan qıpqırmızı olmuş əllərini hovxurdu. Ağzından, burnundan çıxan isti nəfəs dağ çəni kimi ətrafa yayıldı. Dönüb aşağı, dərədəki kəndə baxdı. Yastı-yapalaq evlər qarın altında qalmışdı. Bacalardan qalxan şəffaf maviyə çalan tüstülər havada laylanmışdı. Hər yer ağ örtüyə bürünmüşdü. Yol-iz çoxdan itmişdi. Dağlara bu il yaman qar düşmüşdü.
Onun toyu idi. Bu axşam mağar başlamalı idi. Samanlığı süpürüb təmizləmişdilər. Döşəməyə ot sərib üstünə kilim salmışdılar. Pərdilərdən otuzluq lampalar asılmışdı. Bacaları basdırıb peçləri qalamışdılar ki, içəri isti olsun.
Zurnaçılar çoxdan hazır idilər. Dəfçi dəfini qurudur, zurnaçı ilə züyçü zurnaları qoşalaşdırırdılar. O bılirdi ki, kəndin qız-gəlinləri boğçadakı paltarlarını çıxardıb ora-burasını sığallayır, donların, koftaların qırışını açır, bəzənib-düzənir, qaşlarına, gözlərinə sığal verib, tellərini bururdular. Qış aylarında səhərəcən toyda qoşa-qoşa oynamaq bu kəndin adəti idi. Göyə fişəng atar, gecə lopa işığında gəlin gətirərdilər.
O sevinirdi. Səhər-səhər sulamağa apardığı at da yəhərin altında oynayır, yüyəni çeynəyib boynunu sağa-sola əyir və qar basmış yollarda cığır açırdı. Elə bil başa düşürdü ki, sahibi böyütdüyü, gözünün ağı-qarası təkcə balası İlyasın əlini başına yığacaqdı. Onun da evinə gəlni gələcək, onun da qara damı silinib-süpürüləcək, taxtın üstündə gərdək qurulacaq, qapısında şax bəzədilib lopa yandırılacaqdı.
Kəndin kənarındakı balaca çayın suyu gecənin şaxtasından sırsıra bağlayıb donmuşdu. Buz layları yatağını aşıb ətrafa yayılmışdı. At yelini saxlamadı. Sahibinin yüyənini çəkməsinə fikir vermədən özünü suya saldı. Buz layları çat-çat olub çilikləndi. Hardasa lap yaxında at kişnədi. İlyas qanrılıb baxdı. Gələn koxalıların Rəşidi idi.
O, İlyasın bərabərində atın başını çəkdi. Hər ikisi bir-birini süzdü. İlyas onun uca boyuna, vəznəli çuxasına, buxara papağına, gümüş toqqalı sallamalı kəmərinə, belindəki xəncərinə baxdı, o da İlyasın məxmərdən tikilmiş qalife şalvarına, zər baftalı nişan dolağına, çəkmələrinə, nimdaş pencəyinə və papağına.
– Deyəsən, toy eləyirsən?
– Bəli.
– Mənim qabağıma keçirsən?
İlyas diksindi. Elə bil güllə kimi açılan bu sərt sözdən at da diksindi. Başını qaldırıb fınxırdı. Onun burnundan fısqıran nəfəs zolaqlanıb havanı yardı.
– Zöhrə mənim nişanlımdır.
– Elə gözəl qız sənin kim gədaya yem ola bilməz.
– Ağzını təmiz saxla!
Cilovların çəkilməsi ilə atların döş-döşə dayanması bir oldu. Onların nəfəsi bir-birini vurdu. İlyasın əli gödəkcəsinin cibindəki naqanın dəstəyini sıxdı.
Rəşid özündən xeyli cavan olan, üzünə yenicə ülgüc dəymiş İlyası yuxarıdan aşağı, rişxəndlə süzdü. Yüyəni çeynəyən atın başını çəkib qamçını havada oynatdı.
– Yadında saxla, mənim tikəmə əl uzadanın anasını ağlar qoyaram.
Elə bil İiyasın gözündə hər şey qaraldı. Kəndin üstünə yorğan kimi sərilmiş qar da, şırıltı ilə axan büllur suyun üzünə yayılan buz da, solğun- solğun işıldayıb göz qamaşdıran gün də birdən-birə yoxa çıxdı. İndiyə qədər eşitdiklərinə inanmamışdı. Rəşidin “toy gecəsi qızı onun əlindən alacam, sonra istəsə özünə qaytararam” deməsinə fikir verməmişdi, “ara sözüdür” “ deyə xəbər gətirənləri sakitləşdirmişdi. Bir də Rəşidin arvad-uşağı vardı. O, belə fikrə düşsə, qan su yerinə axardı. Namusu itə veriblər, it də yeməyib. Belə şey olardımı?
İlyas fikirdən ayılıb özünə gələndə Rəşid uzaqlaşmışdı. İlyas isə hələ də çayın kənarında dayanmışdı. Gözlənilməz zərbədən özünü elə itirmişdi ki, yerindən tərpənə bilmirdi. Atasından eşitmişdi ki, koxalılar tayfası arxalı tayfadı, özləri də mərdimazardırlar. Əllərindən nə köpəkoğluluq desən, gələrdi. Şura hökuməti yeni qurulanda bir az səslərini içlərinə salmışdılar, amma indi, dağda-daşda qaçaq-quldur dəstəsi çoxalır. Onlar da yenidən kəndin ortasında at oynadıb, ona-buna sataşırdılar. Bilirdilər ki, onların kəndi əldən-ayaqdan uzaq yerdədir, dağ gədiklərinin arxasında yerləşən bu kəndə gəlmək üçün bələnlər aşıb, dərələr keçmək lazımdır. Qış aylarında isə yol-iz bağlanır, yaz gəlib dağların qarı tamam əriməmiş divan-dərə adamları buralarda görünmür.
İlyas atını mahmızladı. Özünü nə qədər şax tutsa da, sınmışdı, bayaqkı şuxluğu yox idi, həyətə çatan kimi atası da bunu hiss etdi, gözlərini oğlunun üzündən çəkmədi. Sakitcə atı tövləyə aparan oğluna baxdı. İlyas heç nə olmamış kimi xeyli qapıda hərləndi, mağar yerini yoxladı, tədarük görənlərə baş çəkdi və birdən atasına yaxınlaşıb “Siz işinizdə olun, – dedi – mən axşama qayıdacağam”. Kişi dinmədi. Doqqazdan çıxıb dağlara doğru addımlayan oğlunun arxasınca baxa-baxa qaldı.
O, Zöhrəni ilk dəfə bir yay axşamı bulaq üstündə görmüşdü. Elə o gündən də qızı ürəyi tutmuşdu. Amma ona yaxınlaşa bilməmişdi. Xeyli vaxt uzaqdan-uzağa qızın qarasıyla gəzib, izini izinə qatmışdı. Hiss eləmişdi ki, sinəsi doludur, onun qabağını kəsib bircə kəlmə deyə bilsə, ürəyindəkilərin hamısı gözü açılmış bulaq kimi poqquldayıb qaynayacaq. Evdə-eşikdə qərar tuta bilmirdi. Dolama cığırla dağın döşünə qalxır, ağacların daldasında gizlənir, çaya enir, bulaq üstünü kəsdirir, hər yerdə o qırmızı donlu qızı axtarırdı.
Bir dəfə yenə meşənin dərinliyinə çəkilmişdi. Ürəyi dolu idi, dərdini açmağa bir adam tapmırdı. İstəyirdi ki, özünə bir sirdaş tapsın, hər şeyi ona danışsın ki, bəlkə, yüngülləşə. Heç ömründə oxumamışdı, anıma indi söz sinəsini deşirdi, oxumaq istəyirdi. Birdən papağının dalını qaldırdı, onun səsi şaqqıldayıb meşədə, qarşıdakı qayalarda cingildədi: “Çərşənbə günündə çeşmə başında, gözüm bir alagöz xanıma düşdü”. Elə bil yüngülləşdi. Ürəyini boşaldıb nəfəsini dərdi. Hər şey susmuşdu. Bircə onun qayalarda əks-səda verib təkrarlanan səsindən başqa.
Qaqqıltı qopdu. O, yerindən sıçrayıb dinşədi. Səs aşağıdan gəlirdi, bulaq üstündən. İlyas başa düşdü ki, gülüşən qızlardı. Ona, onun mahnısına gülürdülər. Bədənini soyuq tər basdı, istədi dağyuxarı dırmaşsın, baş alıb bu yerlərdən getsin, ilim-ilim itsin ki, ona gülən qızların səsini bir də eşitməsin. Amma ayaq saxladı. Dinlədi. Gülüş qarışıq bir səs gəldi qulağına:
– Yandıran yansın, ədə, özünə nə divan tutursan?
Ağaclar yenidən səs-səsə verib şaqqıldadı. Yarpaqlar titrədi. Amma bu gülüşlər səngiyəndə o, aydınca bir səs də eşitdi:
– Gədəni niyə utandırırsınız, qoyun oxusun, yaxşı səsi var.
Bu sözləri deyən Zöhrə idi. Onu yandırıb-yaxan, dağlara-daşlara salan Zöhrə!
Bir dəfə ürəkləndi. Bulağın üstünə endi. Qızlar onu görən kimi özlərini yığışdırdılar. Sürüşüb çiyinlərinə düşən kəlağayılanın irəli çəkib saçlarını qulaqlarının arxasına yığdılar. Koftalarının yaxasını, donlarının büzmələrini dartışdırdılar. Bəziləri də həyalı gəlinlər kimi kəlağayılarının bir ucunu ağızlarına yaxınlaşdırıb yaşmaq tutdu. İlyas özünü itirdi. Səhər-səhər bulaq suyunda güzgülənib sığallanan bu qızların hansına yaxınlaşıb nə deyəcəyini bilmədi. Onların lal sükutundan, qayır-qayır qaynayan gözlərindəki bic şıltaqlıqdan qorxdu. Bilirdi ki, bu yerə baxan qızların dilinə düşmək yaman işdir, Allah adamı onların şitliyindən saxlasın. Dili-dodağı təpidi, udqundu və güclə dilləndi:
– Bir içim su verin, nə olar?!
Səhənglərini cərgə ilə düzən qızların arasından bir pıçıltı keçdi və oğlan bulağın novuna əyilmiş Zöhrəni indicə gördü. Qız əlindəki nilufəri dolça kimi su ilə doldurub İlyasa verdi. O, əlləri titrəyə-titrəyə suyu aldı, başına çəkdi və bir də istədi. Zöhrə çiçəyi kənara qoyub dolçanı doldurdu. O, dişi göynəsə də qabı birnəfəsə boşaltdı və yenə su istədi. “Bu yazığın ciyarı yanırmış ki,” – deyə kimsə söz atdı. Qızların bu atmacasına cavab vermədi. Üçüncü dolçanı yarıya qədər içdi və qalanını Zöhrənin yalın ayağına tökdü.
Qız diksindi, qonur gözlərini İlyasın üzünə zillədi. Bu baxışlarda ani bir qığılcım oynadı, şimşək kimi çaxdı və qızın dodaqları qaçdı. Qızın qımışmağı təzədən onun canına od saldı. Bulaq başından nə vaxt aralandığından, dağa necə dırmaşdığından xəbəri olmadı. Bir də onu gördü ki, iri bir vələsin altında, göy otluqda, çiçəklərin arasında uzanmışdır. Qızların gülüşü yenidən qulaqlarına dolub güyüldədi. Amma ürəyi sakitləşmişdi. Suyu qızın ayağına tökmüşdü. Demək, ürək sözünü demişdi. Bu, dağlarda bir adət idi. Çoxdan, lap dədə-babadan qalma adət. Qız da hirslənməmişdi, əvvəlcə qımışmış, sonra da başını aşağı salıb qızarmışdı. Demək, onun da ürəyi oğlanı tutmuşdu…
Bir gün kənddə yenə toy vardı. Oktyabr bayramının ildönümünü qeyd edirdilər. O vaxt qayda idi: kənd camaatı məktəbin qabağına toplaşardı. Uşaqlar rəngli kağızlardan naxışlar kəsər, zəncir düzəldər və sinif otaqlarını, eyvanları bəzəyərdilər. Kənd cavanları atlarının quyruğunu düyüb cıdıra hazırlaşardılar.
Qulplu qazanlarda xörək bişər, qara zurna dilə gələrdi. Düz nağıllardakı kimi üç gün, üç gecə çalıb-oynayardılar. Hava xoş idi. Elə məktəbin həyətində son bahar yaşıllığının üstünə gəbə-kilim də döşəmişdilər. Kəndin ahıl arvadları, qızları, gəlinləri bardaş qurub oturmuşdular. Zurnaçılar ortada, stulda əyləşmişdilər.
Əvvəlcə cıdırhəngi çalındı, sonra güləşəngi. Cavanlar at çapıb, qurşaq tutub yorulandan sonra oyun başladı. Kəndin gözəlləri qoşalaşdılar.
İlyasın gözü bacısıyla Zöhrədəydi. Onlar yanaşı oturmuşdular. Bu gün hər şey həll olunmalıydı. İlyasın bacısı meydana çıxmalı, ortada bir az hərlənəndən sonra Zöhrəni çağırıb oynatmalı idi.
Zurnaçılara yanaşdı. Qulaqlarına nəsə pıçıldadı. Sümüyə düşən ağır bir hava çalınan kimi İlyasın bacısı ayağa durdu, qollarını qaldırıb bir dövrə vurdu və oynaya-oynaya gedib Zöhrənin qabağında dayandı. Qız əvvəlcə dartındı, oynamaq istəmədi. Onu dümsükləyib ayağa qaldırdılar. Zöhrənin başında bənövşəyi yelinli ağ kəlağayı vardı. Cığaları qıvrılıb yanağına düşmüşdü. Qırmızı koftasının yaxasına pullar düzülmüşdü. Qırçınlı uzun donu topuğuna enirdi. Hiss olunurdu ki, dikdaban çəkməsini yenicə geyinib.
Qol-qola verib ortada süzdülər. Dəfçi nəsə qışqırdı, kiminsə adını çəkdi, “Sağ olsun oynayanlar” – dedi. İlyas bunları eşitmədi. Onun gözü Zöhrə ilə bacısındaydı. Zöhrənin oyunu onu valeh etmişdi. Bu qız nə gözəl oynayırdı, asta-asta, sındıra-sindıra. Dəfçi hər dəfə çomağını dəfə endirəndə qızın qolları tərpənirdi buğum-buğum.
İlyasın bacısı oyununa ara vermədən hərləndi və sezilmədən Zöhrənin kəlağayısının yelənli ucunu ələ keçirdi. Zöhrə gözünü yumub-açınca ovcundakı pulu kəlağayının ucuna düyünlədi. Bu qızı bəlləmək deməkdi.
Əgər qız dartınsa, pulu açıb atsa, demək razı deyil. İlyas gördü ki, qız qıpqırmızı oldu və dartındı. Ancaq bacısı qızı tərpənməyə qoymadı, qucaqlayıb üzündən öpdü. Zöhrə başını aşağı salıb yerinə keçəndə dəfçi yenə qışqırdı:
– Sağ olsun oynayan nişanlısıynan…
İndi o, dizinə qədər qara bata-bata, ağacların budağından yapışa-yapışa dağa qalxır, meşənin dərinliyində özünə məskən salmış Qaçaq Süleymanın yanına gedirdi. İlyas qaçaqların harada gizləndiyini təxminən bilirdi. Eşitmişdi ki, Süleymanın dəstəsi əzgilli taladan bir az o yana, Sarı qayanın alt tərəfində yerin altında lağım atıb, özlərinə sığınacaq düzəldiblər. Bura əlçatmaz bir yer idi. Qışda orada daldalanır, yaz-yay aylarında bir az da yuxarı qalxırdılar. Yuxarı qalxdıqca qar daha da qalınlaşır, sazaq adamın iliyinə işləyirdi. Onun qaşı, kirpikləri buz bağlamışdı. Papağının sallama qulaqları donub quş qanadları kimi havada qalmışdı.
İlyas Qaçaq Süleymanı bircə dəfə görmüşdü. Düz iki il bundan əvvəl, belə qarlı bir gündə, qaçaqlar atlarını çapıb kəndə doluşdular. Boğazına kəndir saldıqları bir adamı atın yedəyində darta-darta məktəbin qabağındakı meydana gətirdilər. Hamı tamaşaya yığışdı. İlyas boğazı kəndirli adamı tanıdı. Müəllim idi. Şəhərdən gəlib qonşu kənddə dərs deyirdi. Onun paltosunu çıxartmışdılar. Bircə köynəkdə idi. Dizə qədər qara batmışdı.
Qaçaqlardan biri qaşqa kəhər atını məhmizləyib qabağa çıxdı. İlyasın nəzərinə ilk çarpan onun çatılmış qaşları altında parıldayan qan sağılmış gözləri oldu. Kişinin üzündəki tüklər də biz-biz idi. İribədənli, enlikürəkli, genişsinəli bu adam yəhərin üstündə qırğı kimi oturmuşdu. Kürkünün üstündən bağladığı onaçılan, çiynindən aşırılan çalın-çarpaz qoltuqaltılar, yəhərin qaşından asdığı beşaçılan onun zəhmli sifətini daha müdhiş göstərirdi.
– Camaat, bilirsinizmi bunun günahı nədir?
Heç kəsdən səs çıxmadı. Hamı dönüb qarın içində başı, sinəsi açıq dayanan müəllimə baxdı. Onun sifəti, qulaqları şaxtadan göyərmişdi.
– Bu bizim namusumuza toxunub. – Elə bil camaatın üstünə su ələndi.
Bunu hiss edən qaçaq sözünü tamamladı, – qızları başına yığıb teatr çıxardıb.
Kəndin ağsaqqallarından biri çiyninə saldığı kürkünün yaxasını çəkib düzəltdi və bir-iki addım irəli yeridi.
– İndi fikrin nədi, ay oğul?
– Gözünüzün qabağında bunun başını kəsəcəm.
– Əl saxla, a bala, adam hər şeydən ötəri qan tökməz. Görmürsənmi fağırın biridi, çevir balalarının başına, burax getsin.
Qaçaq Süleymanın üzü əsdi. Qamçısı ilə papağını alnından geri itələdi.
Onun gözləri kişinin üzünə zilləndi.
– Yəni deyirsən, namusumuzu ayaqlar altına ataq?
– Kim deyir onu, a bala, namussuz yaşamaqdan ölmək yaxşıdır. Qaçaq Süleyman inadından dönmək istəmədi. Amma kənd camaatı ondan əl çəkmədi. Əl-ayağına düşdülər, yalvar-yaxar edib qaçağı yumşaltdılar.
– Yaxşı, anan namaz üstündəymiş, qurban ol bunlara. Səni buraxıram, amma burdan elə əkilərsən ki, heç izin-tozun da qalmaz. Bir də gözümə dəysən böyük tikəni qulağın boyda eləyəcəm.
Müəllimin boynundan kəndiri açdılar. Paltosunu verdilər və dağlardan arana enən cığırla yola saldılar.
Qaçaq Süleyman kənddən getməzdən əvvəl atının cilovunu çəkdi.
– Camaat, – dedi – yadınızda saxlayın, məni çöllərə salan elin na-musudur.
Nə qədər sağam, qoymaram bu mahalda bir adamın namusuna toxun- sunlar!
İlyas səhər çay kənarında Rəşidlə sözləşəndən sonra bunları yadına saldı və dağlara üz tutdu. Onun gözünə heç nə görünmürdü. Nə şaxtanı hiss edir, nə də qaranlığa düşüb qurd-quşa yem ola biləcəyini ağlına gətirirdi. Onun beynində bircə fikir dolaşırdı: harda olsa, Qaçaq Süleymanı tapmaq, ürəyindən keçənləri düz gözünün içinə demək.
O bilirdi ki, qaçaq öz adamlarına tapşırıb onu tikə-tikə doğratdıra bilər, ya da özü əli titrəmədən onaçılanın tətiyini sıxar və həddini aşmış bu cavanı bir andaca yox edər. İlyas bunların hamısını ürəyində ölçüb-biçmişdi və necə deyərlər, kəfəni boynuna dolamışdı. Yəqin etmişdi ki, bu yoldan sağ- salamat qayıtmayacaq, amma fikrindən dönməmişdi.
– Dayan, kimsən?
İlyas fikirdən ayılanda sinəsinə tuşlamnış lüləni gördü və anladı ki, qaçaqlara rast gəlib. Sevindi.
– Məni Qaçaq Süleymanın yanına aparın.
– Aldatdım deməzsən ki?
– Doğru sözümdür. Vacib işim var.
– Ə, sənin onnan nə işin ola bilər?
– Olmasa, bu boranda, qarda bələnlər aşıb buraya gəlməzdim ki? İlyasın sərt cavabı qaçağı bir az çaşdırdı. Tüfəngi aşağı salıb ona yaxınlaşdı.
Diqqətlə üst-başını süzdü və arxaya keçdi.
– Düş qabağıma! Onsuz da buradan salamat qayıtmayacaqsan.
– Qayıtmayanda da qayıtmaram, məni niyə qorxudursan?
– Yekə-yekə danışma, düş qabağıma.
O, içəri girəndə Qaçaq Süleyman qara damın küncündə, peçin yanına qoyulmuş taxtın üstündə, mütəkkəyə dirsəklənərək uzanmışdı. Çəkmələrini soyunsa da yarağını çıxartmamışdı. Qoltuqaltıları çiynində, tüfəngi yanında, onaçılan qarnının üstündəydi. İlyası görəndə dikəldi, ayaqlarını taxtdan sallayıb oturdu və qan sağılmış gözlərini onun üzünə zillədi. İlyas bu zəhmli baxışlardan sarsılmadı, əksinə, sakitləşdi. Əslinə baxsan ona elə gəlirdi. O bilmirdi ki, keyləşib. Qulaqları heç nə eşitmir, gözləri gözlərinə sancılmış gözlərdən başqa, heç nə görmür, harada olduğunu, kiminlə üz-üzə dayandığını belə ayırd edə bilmirdi.
– Xeyir ola, komsomol, niyə gəlibsən?
Bu səs onu ayıltdı. Beyninin uğultusu, qulaqlarının güyültüsü bircə anda yoxa çıxdı və qaçağın özü də elə bil dumandan sıyrılıb bütün aydınlığı ilə önündə dayandı. İlyas qurumuş dodaqlarını dili ilə islatdı və düz onun gözünün içinə baxdı.
– Sənin üzünə tüpürməyə.
Bircə an, yalnız bircə an ortalığa sükut çökdü. İlyas elə bil çiyinlərini ildırım daşıtək basıb əzən yükün altından çıxıb yüngülləşdi. Ona elə gəldi ki, sinəsi genişləndi, nəfəsi açıldı. Və birdən qan sağılmış gözlərin sərt baxışlarını üzündə hiss etdi. Bu baxışların üzünə sancılması ilə qollarının daldan qanrılıb burulması bir oldu. Onu sürüyüb bayıra atmaq istədilər.
Qaçaq Süleymanın zəhmli, amiranə səsi eşidildi:
– Buraxın, qoyun sözünü axıracan desin. Niyə mənim üzümə tüpürürsən, bala?
– Ona görə ki, yalançısan, hər yerdə namusdan danışırsan, amma sənə arxalananlar namussuzluq eləyirlər. Toy günü gəlini nişanlısının əlindən almaq istəyirlər.
Kişini elə bil ilan çaldı. Yerindən sıçrayıb dik atıldı.
– Kimdi o biqeyrət?
– Koxalıların Rəşidi.
Qaçaq Süleymanın qaşlarının çatıldı. Üzünün tukləri biz-biz oldu. İlyas gördü ki, kişinin geniş sinəsi körük kimi qabarıb endi. Bir xeyli fikirli-fikirli ortada hərləndikdən sonra taxtın üstünə uzanıb mütəkkəyə dirsəkləndi.
İlyasın sözü onu yaman tutmuşdu. Doğrudan da, onu çöllərə salan nəydi? Neçə il idi ki, evindən-eşiyindən niyə didərgin düşmüşdü? Kim idi onu yuvasından hürküdən? Süleymanın atası da, özü də, elə qohum-qar-daşları da şura hökuməti qurulanda hamıdan çox sevinmişdilər. Yenicə ayrılan açılıb, dirçəlmişdilər. Onların nəsli kasıb dolanmışdı, amma heç kəsin qabağında əyilməmişdilər. Atası həmişə onlara deyərdi ki, kişinin birinci sifəti namusdur.
Gərək təkcə öz namusunu yox, qonum-qonşunun, el-obanın da namusunu qoruyasan. Kişi olan başqasının qız-gəlininə xain gözlə baxmaz.
Bu sözlər uşaqlıqdan onun beyninə həkk olunmuşdu. Sonra böyüyüb kəndin dəliqanlılarına qoşulanda da, toyda-mağarda cıdıra çıxıb at çapanda da, kəndin cavanları ilə qurşaq tutub güləşəndə də atasının sözləri qulaqlarından getmirdi. Onu barmaqla göstərirdilər. Kürəkləri enli, beli nazik idi, az qalırdı üzükdən keçsin. Ona gözü düşənlər çox idi. Bilirdi ki, kəndin qızları onun dalınca həsrətlə boylanırdılar və az qalırdılar ki, qabağa düşüb ürəklərini açsınlar, altdan yuxarı üzünə baxıb həyadan pörtə-pörtə “Noolar, mənciyəzi al” desinlər. Ona söz atan gəlinlər də olurdu. Amma Süleyman onlara gözünün ucuyla da baxmırdı. Kəndin ağsaqqalları “halal olsun, kişinin oğluna” – deyib, onunla qürurlanardılar.
Onu kənddə yenicə düzəlmiş komsomol özəyinə katib seçdilər. Cavanları başına topladı, əkinə-biçinə, məktəbə, savad kurslarına kömək elədi. Dəstə getdikcə böyüdü, Süleymanın sorağı da böyüdü, ətraf kəndlərə də yayıldı.
Onların kəndində Əbdürrəhman adında bir bəy də vardı. Əzazilin biriydi, boylu arvadlar onu görəndə uşaq salardılar. Şura hökuməti quru-landa başına dəstə toplayıb bir neçə il heç kəsi tanımaq istəməmişdi. Atını çapıb hamıya bildirmişdi ki, buraların ağası mənəm, başqa xəyala düşməyin. Bir dəfə də Süleymanın qabağını kəsib hədələmişdi. “Deyəsən, çox əllaməlik eləyirsən, bala, ağır otur, batman gəl, başın bədəninə ağırlıq eləməsin”. Hətta bir dəfə üstünə tüfəng də çəkmişdi. Güllə Süleymanın papağını silib keçmişdi.
Bir gecə “Gepo”nun adamları sakitcə gəlib, Əbdürrəhman bəyi də, oğlanlarını da apardılar. Onların evini idarə elədilər. Üst gözdə kənd şurası, firqə özəyi yerləşdi. Bir otaq da komsomola verdilər. Arvad-uşağı isə aşağı, zirzəmiyə oxşar yerə köçürdülər.
Bəyin bir cüt maral kimi qızı vardı, abırlı, həyalı. Kəndin arasına az- az çıxardılar, ataları tutulandan sonra isə heç gözə görünmədilər. Süleyman göz qoyardı, qızlar zirzəminin qaranlıq küncündə bir-birinin qoynuna qısılıb oturardılar. Oduna, suya da qarı ilə bəyin arvadı gedərdi. Atası bir dəfə Süleymanı bir küncə çəkdi. “Oğul, – dedi – bilirəm komsomolsunuz, bəylərlə vuruşursunuz, yaxşı eləyirsiniz. Amma arvadda, uşaqda işiniz olmasın. Qulağıma pis sözlər gəlir. Deyəsən, Keçəl Xondulu dinc durmur. Yadında saxla, elin namusu bizim namusumuzdur. Təmiz adımızı ləkələməyin”. Atasının sözündən sonra Süleyman yoldaşlarına göz qoydu. Tapşırdı ki, farağat otursunlar.
Bir dəfə gecədən xeyli keçmiş idarədən işıq gəldiyini gördü. Qanrıldı. Elə bildi ki, rayondan təhkimçi gəlib, nə isə vacib bir işi var. Qapının ağzına çatanda heyrətləndi. İçəridən taqqıltı gəlirdi. Elə bil süpürüşürdülər. Kimsə hıçqırırdı. Süleyman çiynini qapıya verdi və ona elə bir güc gəldi ki, zirzəmi yerindən oynadı. İçəri girəndən gözlərinə inanmadı. Əbdürrəhman bəyin qızları küncə qısılmışdılar. Üst-başları cırıq-cırıq idi, saçları üzlərinə dağılmışdı. Keçəl Xondulu porsuq kimi qızarmışdı. Qollarını çirməmiş, köynəyinin yaxasını açmışdı. Şalvarının üstündən tumanbağısı sallanırdı. Gözləri pişik gözü kimi parıldayırdı. Qapı açılanda boynunu içəri çəkib belini donqarlandırdı və qan hərisi vəhşiyə dönərək yay kimi gərildi. Bircə atı da keçsə, irəli atılacaqdı. Süleymanın beyni uğuldadı və gözlərinə qan sağıldı. Naqanı çıxartmağı ilə tətiyi çəkməyi bir oldu. Şaqqıltı qopdu. Dalbadal, altı dəfə…
Bayırda at fınxırdı. Ayaq tappıltıları və qarışıq səslər eşidildi. Sonra qara damın qapısı cırıltı ilə açıldı. Qapı aralanan kimi içəri soxulan işıq zolağı damın yarıqaranlıq havasını qılınc kimi doğradı, divarda süründü və taxtın üstündə uzanmış Süleymanın üstünə düşdü, qapı örtülən kimi də yox oldu. İlyas dik atıldı. Qarlı havadan sonra gözü qamaşan və evin ortasında dayanıb boylanan Rəşidi görəndə qan beyninə sıçradı. Amma Qaçaq Süleyman yerindən tərpənmədi. Gözü qaranlığa alışandan sonra qollarını açıb üstünə yeriyən Rəşidə əhəmiyyət vermədi. Mütəkkəyə dirsəkli halda uzandı, bir azca ayaqlarını yığıb, taxtın aşağı tərəfində ona yer elədi. Rəşid pərt olsa da, üstünü vurmadı, ayaq tərəfdə oturdu. Onlara çay gətirdilər. Yalnız bundan sonra Qaçaq Süleyman başını qaldırıb qonağın üzünə baxdı:
– Kürkünü soyun, soyuq dəyər.
Onun sakit, amiranə səsi Rəşidi çaşdırdı. Gözü Süleymanın üzündə qımışa-qımışa kürkünü çıxartdı.
– Deyirlər kəndinizdə toy var?
Qəfil sualdan Rəşid diksindi. Stəkanı nəlbəkiyə qoyub qaçağın üzünə baxdı. Bilmədi nə desin.
– Niyə dinmirsən?
Rəşid tələsik cavab verdi:
– Var.
– Kimin toyudur?
– Murad kişinin dığası İlyasın. – Rəşid elə bil dirçəldi. Qaş-gözünü oynadıb sözünə davam etdi. – İndi hər qor-qoduq adam olub ortaya düşüb. Başın haqqı ona dağ çəkəcəm.
İlyas dözmədi. Küncdən çıxıb irəli gəlmək istədi. Amma Süleyman gözünü ağardıb onu yerində oturtdu. Deyəsən, Rəşid heç onu görmürdü.
– Fikrin nədir?
– Elə bu gecə qızı onun əlindən alacam.
– Araya qan düşməyindən qorxmursan?
– Nədən qorxacam? Dalımda dağ kimi dayanıbsan.
Qaçaq Süleyman papağını çıxardıb dizinin üstünə qoydu. Fikirli-fikirli başını ovxaladı. Ortalığa çökən sükut xeyli çəkdi. Birdən onun qaqqıltısı divarda şaqqıldadı. Rəşid də ona qoşuldu, Gözləri yaşarıncaya qədər güluşdülər.
– Ağzıyın dadını yaman bilirsən ha.
– Bə nə. Gərək bu gəda-güdələrın anasını ağladasan.
– Bə qorxmursan?
– Nədən?
– Xam qızla yatmaqdan.
– Arxayın ol, hələ canım suludu.
İlyas küncdəcə dayanıb söhbətin hayana səmt alacağını gözləyirdi. Dişi bağırsaqlarını kəssə də susurdu. Başına nə iş gələcəyini bilmirdi. Bircə onu hiss edirdi ki, Qaçaq Süleymanın səsi titrəyir, qaşları çatılır və üzünün tükləri biz-biz olur.
Süleyman papağını başına qoydu. Ayaqlarını taxtdan sallayıb oturdu. Əvvəlcə peçin yanında quruyan çəkmələrini geyindi, sonra ayağa qalxıb kürkünü, onaçılanı belinə bağladı, qamçısını əlinə aldı. Rəşidin çaşdığını görüb dilləndi:
– Dur gedək. – Onlar qapıya yaxınlaşdılar. Qaçaq Süleyman Rəşidi qabağa salıb geri dondü. – Komsomol, sən də dur. Rəşid qanrılıb İlyasa baxmaq istədi, ancaq Süleyman itələyib onu bayıra çıxartdı.
Hava ayazımışdı. Gün işıldasa da soyuq idi. Meşəyə, talalara sərilmiş qar adamın gözünü qamaşdırırdı.
– Atları bəri çəkin!
Qaçaqlar bir göz qırpımında tövlədə saxladıqları yəhərli-yüyənli atları gətirdilər. Qaçaq Süleyman ayağını üzəngiyə qoyan kimi sıçrayıb atın belinə qalxdı. O biriləri də atlandılar. Yalnız bu zaman İlyas özünü itirdi. Buraya gəldiyinə peşman oldu, özünü danladı.
Qaçaq Süleyman bu saat iki il bundan əvvəl müəllimin boğazına kəndir salıb kəndə gəldiyi şəklə düşmüşdü. Qaşları çatılmış, üzünün tükləri biz- biz olub kirpi tikanına dönmüşdü. Beşaçılanı yəhərin qaşından asılmışdı, çalın-çarpaz bağladığı qoltuqaltıları, onaçılanı yerindəydi.
İlyas gözlədi ki, bu saat onun paltarını soyunduracaqlar, boğazına ip salıb atın döşünə qatacaqlar, dərə aşağı sürüyüb kəndə aparacaqlar və kim bilir başına daha nə kimi oyunlar açacaqlar. Ürəyində özünü yaman danladı, uşaqlıq elədiyini başa düşdü. “Özüm heç, bir can borcluyam, öldürərlər cəhənnəmə öldürsünlər, amma el-oba biabır olacaq.”
Rəşid atın üstündən dönüb rişxəndlə ona baxanda az qaldı ürəyi partlasın.Qaçaq Süleyman cilovu gəmirən atın başını dartdı.
– Təzə bəyə də at verin.
Rəşid təəccübləndi:
– Onu da aparaq?
– Bə nə. Heç bəysiz də toy olar?
İlyasa at gətirdilər. Oğlan duruxdu. Gözlərini Qaçaq Süleymanın qan sağılmış gözlərinə zillədi və ilk dəfə bu gözlərdə mehribanlığa bənzər bir işartı gördü. Deyəsən kişinin sifəti də işıqlanmışdı. Dodağında təbəssümə bənzər bir şey sezilirdi.
– Min, bala, səni toya piyada aparmayacağıq ki? Eldən ayıb olar.
İlyas bu sözlərin arxasında dərin, gizli bir kinayə olduğundan şübhələnsə də, sıçrayıb atın belinə qalxdı. Qaçaqlar atları mahmızlayıb özlərinin tanıdıqları kəsə yolla dərəyə endilər.
Sazaq başlamışdı. Atların ayaqlarının altında qar xarıldayırdı. Ağacların budaqları şaxtadan çatlayıb qırılırdı. Orda-burda qarğalar qarıldaşırdı. İlyası fikir götürmüşdü. Qaçaq Süleymanın sözlərini bir yana yoza bilmirdi. “Təzə bəyə at verin!”, “Səni toya piyada aparmayacağıq ki?” Bunlar nə demək idi? Yoxsa məni ələ salırdılar? Görəsən, atam indi neyləyir? Yəqin, damın üstünə çıxıb-düşməkdən, yollara baxmaqdan gözünün kökü saralıb. Barı anama heç nə deməyəydi, yazıq arvadın bağrı çatlayar. Görəsən, qız evinin qulağına bir şey çatmayıb ki? Zöhrə indi mənim harada olduğumu bilirmi? Bilirmi ki, qaçaqların yanındayam, ondan ötəri gəlib buralara çıxmışam. Özümü də işə salmışam, onu da. Bəlkə, heç buraya gəlməyəydim, Rəşid mənə neyləyə bilərdi ki? Heç camaat qoyardımı ki, kənddə namussuzluq ola. Nəysə… Özü yıxılan ağlamaz, Allaha pənah…
Onlar dərənin aşağısı ilə axan çayın sahilinə çatdılar. Su buz bağlayıb ağız-ağıza qovuşmuşdu. Qaçaq Süleyman cilovu çəkib buzun altında axan suyun həzin şırıltısına qulaq asdı. Sonra qamçı ilə yoldaşlarına nəsə işarə etdi. İki nəfər atdan düşdü. Buzun üstü ilə çayın ortasına qədər getdilər. Tüfəngin qundağı ilə buzu sındırdılar. Quyunun ağzı boyda dəyirmi yer açdılar. Qaçaq Süleyman üzünü Rəşidə tərəf tutub gülümsündü:
– Çimməklə aran necədir?
– Bu soyuqda?
– Bəli. Deyirlər soyuq su adamın belini bərkidir.
Rəşid döyükdü. Süleymanın üzünə baxdı. Bilmədi gülsün, yoxsa ciddiləşsin.
– Zarafatı burax.
– Zarafat niyə, düz sözümdür, axşam qız yanında olacaqsan.
Rəşid atın cilovunu çəkib qaçağın üzünə bozardı:
– Başına at təpibdir, nədir, məni ələ salırsan?
– Dedim ki, çiməcəksən!
O, əlini naqana aparmaq istədi. Elə bu an qamçı Rəşidin üzündə şaq- qıldadı və Qaçaq Süleymanın hirs dolu boğuq səsi eşidildi:
– Atdan düş, oğraş!!!
Onu sürüyüb yerə saldılar. Kürkünü, şalvarını, pencəyini çıxartdılar.
Bircə tuman-köynəyinə dəymədilər. Qolundan yapışıb darta-darta suyun ortasına gətirdilər. Çapalamasına, yalvarmasına fikir vermədilər. Suya basıb çıxartdılar. Bircə anda bədəni qıpqırmızı oldu. İslaq tuman-köynək ətinə yapışdı. Çənəsi şaqqıldadı. Buna fikir vermədilər, yenidən qolundan yapışıb buzun sınıq yerinə saldılar. Onun söyüşlərini, iniltiyə çevrilən yalvarışlarını eşitmədilər. Başçı “bəsdi” deyənə qədər çimizdirdilər. Axırıncı dəfə başıaşağı suya salıb kənara atdılar. Rəşid şappıltı ilə buzun üstünə sərildi. Onu geyindirib atın belinə atdılar. Şallaqdan hürkən at, baş götürüb dərə aşağı çapdı.
İlyas cınqırını çıxartmadan, heyrət və sevinclə gördüklərinə tamaşa edirdi. O, özünü elə itirmiş və elə keyləşmişdi ki, Qaçaq Süleymanın səsini eşitmədi:
– A bala, get arxayın toyunu başla, bir köpəkoğlu sənə söz deyə bilməz. Bəlkə, özüm də gəldim.
İlyası iki atlının müşayiəti ilə yola saldılar.
Həmin axşam iki yerdə səhərəcən işıq yandı. Biri Murad kişinin həyətındə, o biri isə Rəşidin evində. Murad kişinin həyətində yanan lopa idi, Rəşidin evində otuzluq lampa. Murad kişinin tərtəmiz silinib-süpürülmüş və palaz döşənmiş samanlığında mağar idi – çalıb-oynayırdılar, Rəşidgildə isə sətəlcəmdən od tutub yanan kişiyə küpə salır, üstünü yorğanla bərk-bərk örtürdülər.
Səhər tezdən zurnaçılar damın üstünə çıxıb “atdandırma” çalanda bir dəstə atlı dağlara qalxdı. Cağ yerinə qədər ot döşənib üstünə gəbə, yorğan- döşək salınmış arabada bəzəkli bir gəlin üzünə salınmış duvağı aralayıb göz qamaşdıran qarda cığır salan təkərlərin izi ilə evlərinə baxıb kövrələ-kövrələ Murad kişinin qapısına gəldi.
Kəndin aşağısında, koxalılar tərəfdənsə ağlaşma səsi ucaldı.
Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi:hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdı ki, tərləsin. Yəhərini götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın, istəyəndə mıxı qopardıb ilxıya cumsun. Qaynargözlü kəhərin işıldayan dərisinə,səyriyən sağrısına, qız teli kimi yumşaq yalına baxmaqdan doymayan Niftalı çox vaxt atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb çimizdirər, çox vaxt da yalına yatıb o üzə adlayardı. O vaxt özünün də, atının da qorxusu-hürküsü yoxdu. Həm cavan idi, həm də… Amma indi, illaha da koxalığa keçəndən sonra, səksəkəli yaşayırdı… O, astaca addımlarla dikdirə çıxdı. Arxın üstündən adlayıb ağacların kölgəsində dayandı. Gözünü üfüqlərə qədər uzanıb gedən taxıl zəmilərinə zillədi. Astaca meh əsirdi.Qara qılçaq sünbüllər xışıldayırdı. Otları çoxdan saralıb-solmuş dərəli-təpəli bu boz çöllərin ortasında qoşalaşan qovaq ağaclarının yarpaqları da xışıldayırdı. Hansı rəhmətliyinsə savab üçün əkdiyi bu ağacların dibindən axana arxın suyu da qırçınlanıb şırıldayırdı. Niftalı koxa kölgəyə atılmış palaza, döşəkcə və mütəkkəyə baxdı. O həmişə biçinçilərə baş çəkməyə gələndə burada uzanıb dincələrdi. İndi də həmişəki kimi elə yarlı-yaraqlı palazın üstünə keçib mütəkkəyə dirsəklənmək istədi. İstədi ki, isti təntitsə də, nə çəkmələrini soyunsun, nə də tüfəngini, qoltuqaltısını çıxardıb yanına qoysun. Amma gördü ki, mümkün deyil, tər yuyub aparır. Bir də kimdən qorxacaqdı? Kərəm yəqin ki, bu saat Dilican tərəfdədir, yayın istisində buralarda olmazdı. Olsa da qorxusu yoxdu. O, ömründə əliyalın adama güllə atmazdı. Bircə o gədədən ehtiyat edirdi. Kənddən qaçandan sonra buralarda, kolda-kosda dolaşırdı… Tüfəngini ağaca söykədi, çəkmələrini soyundu, yaxzası qaytanlı köynəyinin düymələrini boşaltdı və palazın üstünə uzanıb mütəkkəyə dirsəkləndi. Cib dəsmallarının uclarını düyünləyib başlarına keçirmiş biçinçilərin oraqları cingildəyirdi. Bu cingiltilər kövşənlərin xışıltısına qarışmışdı. Biçinçilər tələsirdi. Onlar da istəyirdilər ki, işlərini tezcə qurtarıb aldıqları haqqı elə buradaca aranda, xırmanda döyüb, taxıllarının yaylağa, balalarına aparsınlar. Elə Niftalı koxa da tələsirdi. El çoxdan yaylağa qalxmışdı. Amma o, köçünü saxlamışdı. Sözün düzü, kənddə tək qalmaqdan ehtiyatlanırdı. O qədər anasının əmcəyini kəsənlər var ki… Elə biri gəlmə Mürşüd. Onun əslinin-nəslinin haradan olduğunu kənddə heç kəs bilmirdi. Bircə o məlum idi ki, çoxdan – oap çoxdan, Niftalıgilin doqqazında üstü-başı yamaqlı, acından hülqumu qalxıb-enən, mə’lul-müşkül baxışı bir oğlan boynunu büküb dayanmışdı. əlində əsa, çiynində nimdaş heyvə, başında tükü tökülmüş papaq var idi. Soyuqdan üzünün tükləri biz-biz durmuş, dodaqları qaysaqlanmışdı. Gözü, batmış quyunun dibindəki su kimi güclə işıldayırdı. Səs-küyə bayıra çıxdılar, itlərə acıqlandılar, “a bala, kimsən”? – deyə doqqazdakını səslədilər. Niftalının atası kürkünü çiyninə saldı, oğlu ilə bərabər doqqaza çıxdı, hardansa azıb gəlmiş bu allah bəndəsinə təffərinclə baxdı və başa düşdü ki, bura adamına oxşamır. Son vaxtlar belələrinə tez-tez rast gəlmək olurdu. Ya düşmənin öldürəndən sonra baş alıb buralara pənah gətirir, ya da bir parça çörək ucundan çöllərə düşürdülər. Kişi oğlanı təpədən dırnağa diqqətlə süzdü və “yox, bu dama öldürüb qaçana oxşamır – deyə ürəyindən keçirdi. – Yəqin başqa əmması var”. əslinə baxsan kişinin oğlanın çuxura düşmüş gözlərindən xoşu gəlməmişdi. Elə bil qərib bunu hiss etdi, qışın girhagirində, qapıdan geri qaytarılacağını başa düşdü və səsinə yazıqlıq verdi:
– Qaçqınam, ay dayı, heç kimim yoxdu. Kişi oğlunun üzünə baxdı, Niftalı isə gözünü qaçqının yırtıq çarığından çıxmış barmağına zillədi – Buranı sənə kim nişan verib? – Heç kim. Yolu əlimə alıb gəlmişəm. Qapınıza pənah gətirmişəm. Ata oğula baxdı, oğul da ataya. – Adın nədir? – Mürşüd. Düzmü deyirdi, allah bili, kağızı yox, şahidi yox, gəlmə adam idi. Elə o gündən ona kənd arasında “gəlmə Mürşüd” dedilər. Əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap qardaş oldular. Atası öləndən sonra Niftalı ona torpaq da verdi, köməkləşib balaca bir daxma da tikdilər, mal-qaradan pay ayırıb bir at da bağışladı. Qohum qızlardan birini də alıb onu ev-eşik elədi. Gəlmə Mürşüd diribaş idi. Əlinə maya salandan sonra Tiflisə, Gəncəyə ayaq açdı. Dolanması da yaxşılaşdı, özü də gümrahlaşdı. Niftalı bir gün eşitdi ki, Mürşüd arvadına incidir. Həftələrnən evə gəlmir, şəhərdə kefdə-damaqdadır, uşaqlarına baxmır. Ürəyi götürmədi. Yanına çağırdı. İki-üç gün gözlədi, amma Mürşüddən cavab çıxmadı. Bir gün yolda qabaqlaşdılar. – Niyə görünmürsən? – Nə olub, görünməyim vacibdir? – Bəlkə bir sözüm var? – Sənin mənə nə sözün ola bilər? – Ə, nə yekə-yekə danışırsan? – Danışmayanda, susmayacağam ki? Atlar yüyəni gəmirib fınxırışdılar. Döş-döşə gəlib dal ayaqları üstündə fırlandılar. Yolun tozu göyə qalxdı. – Ə, deyəsən, gözün ayağıyın altını seçmir?! Nə tez havalandın, bala?! – Artıq-əskik danışma, sözünü de! Niftalı kişi hirsini zorla boğdu. – Bir də eşitsəm ki, arvad-uşağa əl qaldırıbsan, dalına bülöv çalaram, bildin?! – Qələt eləyərsən, keçmişini də yanına alarsan! – Ə, gəlmə köpəkoğlu, mənəcavab qaytarırsan?! Qamçının göydə şaqqıldamağı ilə Mürşüdün atın dırnağının dibinə düşməyi bir oldu. Niftalı koxa elə yəhərin üstündən onu budarladı. At da sahibi kimi qəzəblənib onu tapdaladı.Koxanın hirsi soyumadı. Sıçrayıb yəhərdən düşdü. Toz-torpaq içində qıvrılan gəlmənin yaxasından tutub yoldan kənara sürüdü. Xəncər havada parıldadı. – Qələt eləmişəm keçmişimlə, ay Niftalı, məni öldürmə, balalarım yazıqdı. Sən dədəyin goru, məni çevir uşaqların başına, savab iş görərsən. Koxanın qolu boşaldı. Mürşüdün quyunun dibində işıldayan suya bənzər gözlərinə nifrətlə baxdı və yaxasını buraxdı. – Di get, qurban ol evdəkilərə. Mürşüd dinməz-söyləməz ayağa durdu. Üstünün tozunu çırpdı, elə dinməzcə də yəhərin qaşından yapışıb atın belinə qalxdı. Bir xeyli sakitcə kəndə doğru sürdü və birdən yüyəni dartıb geri qanrıldı. – Yaxşı, a koxa, bu hayfı səndən almasam, kişi deyiləm. – Niftalı özünə gələnəcən atın başını qanırıb qışqırdı. – Mənə sırdığın qancığı da gəlib apara btlərsən! Koxa taı minib tüfəngi hərləyənəcən, tozlu yolda gözdən itdi. Səhərisi də eşitdi ki, başını götürüb evdən qaçıb… Niftalı koxalığa keçəndən sonra itəsə də, istəməsə də xətrə dəyməli olurdu. Divan-dərədən nə qədər uzaq gəzsə də, onların gözünə sataşmamağa çalışsa da olmurdu, axtarıb tapır, üzünü danlayırdılar ki, filan oğrunu niyə tutmamısan, filan qaçağa niyə çörək veriblər, niyə qoyubsan Qaçaq Kərəm Kürdən keçib yaylağa qalxıb? Deməyə nə var? Amma belə şyelərdən ötrü el-oba ilə üz-göz ol, görüm necə olursan? Vəzifə boyunduruq kimi bir şeydir. Eə ki boynuna qoydular, belinə minib istədikləri səmtə sürəcəklər. Ya gərək dözəsən, ya da gərək onları da özünlə bərabər sürüyüb boyunduruqlu-moyunduruqlu tökəsən Kürə! Havadan od ələnirdi. Kövşənlərdən qalxan ilğım təndir alovu kimi havanı yalaya-yalaya boz təpələri aşıb kəndin üstünə yayılır, oradan da suyu işıldayan Kürün üstündən keçib Qarayazı meşəsinin ağaclarını qarsıyırdı. Niftalı koxanın kölgəsində uzandığı ağacların gövdəsinə yapışmış cırcıramalar səs-səsə verib elə cırıldayırdılar ki, adam qulağını tutmalı olurdu. Niftalını koxanı isti, üstəlikdə cırcıramaların səsi təntitmişdi. Ayaqlarını suya salıb sərinləmək və sinəsini, başını yuyub bir az dincəlmək istədi. Ayağa durdu, yaxası qaytanlı köynəyini soyundu, arxa yaxınlaşıb domuşuqlu oturdu. Əlini suya uzatdı. Kür tərəfdən uzanıb qəbiristanlığın yanından dikdirə qalxan tozlu-torpaqlı yolla gələn atlıları görmədi. Cırcıramalrın səsi qulağına düşdüyündən atların fınxırtısını, üzəngilərin cingiltisini, ayaq tappılöıların eşitmədi. Bircə onu hiss etdi ki, güllə açıldı, kürəyi qovuşdu. Əlini sudan çəkib qamətini düzəltdi, qanrılıb dala baxdı. Gördü ki, atlıların biri yüyəni çəkib atı şahə qaldırdı, geri dönüb kiminsə üstünə qışqırdı, qamçı şaqqıldadı. – Namərd köpəkoğlu! Daha heç nə eşitmədi. Ktvşənlərin xışıltısı, yarpaqların pıçıltısı, arxın şırıltısı, cırcıramaların səsi birdən-birə zəiflədi, uzaqlaşdı, uzaqlaşdı və eşidilməz oldu. Havanı qarsalayan ilğım elə bir qor kimi gözünə doldu, bəbəklərinin önündə dalğalandı və dumana çevrildi, hər şey bu dumana büründü… Kərəm atdan sıçrayıb özünü ağacın altına yetirdi və Niftalı koxanın başını dizinin üstə aldı. Güllə kürəyindən dəyib sinəsindən çıxmışdı. Gözləri qapalı idi.Təkcə dodaqlarının xəfif titrəyişindən bilinirdi ki, hələ nəfəsi var. Kərəm aralarına qan düşüb düşəmnçilik başlayandan bəri onu belə yaxından görməmişdi. Kişi xeyli dəyişmişdi. Balaca buxaq bağlamış, sifəti qaralmış, qalın bığı azca codlaşmış, gicgahları ağarmışdı. Gözlərinin ətrafında xırdaca qırışlar əmələ gəlmişdi. Kərəm hiss elədi ki, Niftalı koxanı qan aparır. Təntidi. Əlini atıb köynəyin yaxasını açdı və bilmədi kişiyə necə kömək eləsin. Elə bil bunu Niftalı koxa da hiss etdi. Qımıldandı. Göz qapaqları aralandı. Zəndlə Kərəmin üzünə baxdı. Torlanmış bəbəklər lal sular kimi durğunlaşdı və birdən-birə genişləndi. Kərəm hiss etdi ki, koxanın bədənin titrəyib dartındı, elə bil kişinin canından üşütmə keçdi. Onun da bədəni gizildədi. Qəhərləndi. – İndi mən neyləyim, ay Niftalı, Gəncəyə gedə bilmərəm, Tiflisə də ki, əlim çatmaz. Sənin dərdinə nə çarə qılım? Kişi səs eşidib əvvəlcə diksindi, sonra dirçəldi. Başını azacıq qaldırıb bulanıq gözlərini qarşısındakının üzünə zillədi. Deyəsən kimin dizinin üstündə olduğunu başa düşdü. Əvvəlcə həyəcanlandı. Kərəm onun gözlərindəki işartının səyridiyini hiss etdi. Öləziməkdə olan çıraq təkin atılıb düşən bu həyat işartıları titrədiyi kimi də birdən-birə sakitləşdi. Dodaqları tərpəndi. – Kərəm? – Düz tanımısan, Niftalı, mənəm. – Lap yaxşı, sən olmağın yaxşıdır. Bu söz Kərəmi sarsıtdı. Elə bil dizinin üstündə can verən qanlı düşməni yox, əziz bir adamıydı. Elə bil bu adam həmişə dağda, dərədə onun izinə düşən, onun qanına susayan, füpsət tapan kimi ələ verməyə hazır olan adam dyeildi. Düşmənçilikdən çox-çox əvvəl bir yerdə oynadıqları, Kürü üzüb Qarayazıya keçdikləri, atları yalmanlayıb kənd arası ilə çapdıqları, gözaltı elədikləri qızların görüşünə bir yerdə getdikləri uşaqlıq dostu, uşaqlıq sirdaşı idi. İndi isə bir-birlərinin üzünə həsrət qalmışdılar. Yaraqlı-yasaqlı idilər. O, Kərəmə yaxın düşə bilmirdi, Kərəm də ona. Kərəm tüfəng götürüb dağlara-daşlara düşmüşdü. At belində ömür keçirirdi. Başının dəstəsi ilə Tiflisdən vurub Gəncədən çıxır, Dilican dərəsində haqq-ədalət divanı qurur, dağları aşıb Arazı keçir, sorağı gah İrəvandan gəlirdi, gah da İrandan. Niftalı koxa isə evində, qohum-qardaşının əhatəsində səksəkə içində yaşayırdı. Koxa olandan sonra dəyişmişdi. Kərəm ona bir-neçə dəfə ismarıc eləmişdi ki, kənd adamlarına dəyib-dolaşmasın, amma xeyri olmamışdı. Kərəm onu axtarırdı, çoxdan axtarırdı, qulaqburması vermək üçün. – Dəstəndə təzə adam varmı? Kərəm güclə eşitdiyi bu sözlərin cavabını xeyli ləngitdi. – Var. – Kimdi? – Mürşüd. – O gədamı? Bu söz Kərəmin ortasından beşaçılan gülləsi kimi keçdi. Elə bil gözünə qaranlıq çökdü. Yaralandı, yaman yaralandı. – Mənə pənah gətirdi, neyləyim? – Bizə də pənah gətirmişdi, axırınıkı, gördün. Kişi inildədi. Kərəmə elə gəldi ki, onu inildədən yaranın ağrısı deyil, əməyinin, zənninin itməsinin ağrısıdır. Niftalı koxanın sifətini soyuq tər basdı, üz-gözünü qırışdırdı, sonra bu ağrı və iztirabların əvəzində çöhrəsində təbəssümə bənzər bir ifadə sezildi. – İndi arxayın ölə bilərəm… Şükür allaha, zənnim puça çıxdı… Yoxsa o dünyaya niskilli gedəcəkdim. Çox şükür, Kərəm, gözümdən düşmədin… Başımı bir azca yuxarı qaldır. Kərəm onun qoltuğunu altından tutub dizlərinə dirsəkləndirdi. Kişi ağrını udub sakitləşdi. Sifətindən quş nəfəsinə bənzər xəfif bir dirilik işığı ötdü. Uzaqlara baxdı. Kərəm hiss etdi ki, onun torlanmaqda olan gözü Kürün o üzünə, Ceyrançöl düzənliyindən sürüşüb sahil boyu uzanan Qarayazıya, bir az bəridəki kənd evlərinə, biçənəklərə, kövşənlərə, dərz tayalarına, mal-qara haylayan uşaqlara zilləndi. Biçənəklər yerlərində quruyub qalmışdılar. Yenə mey əsirdi, yenə taxıl zəmiləri xışıldayır, yenə arxın suyu qırçınlanıb axır, yenə cırcıramalar zil səslə cırıldayırdılar. Niftalı koxanın gözünün önündən təndir istisinə bənzər dalğa-dalğa ilğım keçirdi. Ancaq o ayırd edə bilmirdi ki, gözümü torlanır, yoxsa ilğımmı keçir. Birdən dirçəlib üzünü ətrafdakı atlılara çevirdi. Baxışları ilə Kərəmin yoldaşlarını bir-bir süzdü. Gözü Mürşüdə sataşanda yenidən yay kimi dartınıb gərildi. Kərəm gördü ki, kişinin halı birdən-birə dəyişdi, yanaqlarına elə bil qızartı çökdü. Bu qızartı son döyüntülərini keçirən ürəyin damarlara vurduğu axırıncı qan damlalarının qızartısı idi. Kişinin öləziməkdə olan gözləri Kərəmin üzünə zilləndi. – Kərəm, bircə diləyim var… – De görüm. – Naqanını çıxart, məni alnımdan özün vur. – Nə danışırsan? – Qoy desinlər ki, Niftalı koxanı Qaçaq Kərəm öldürüb… Kişini kişi öldürər, qardaş, gəda-güda yox. – Əlim qalxmaz. – Dediyimi eləməsən, atayın belindən gəlməyibsən. Kişinin sinəsi qalxdı və asta-asta endi. Kərəm qəhərləndi. Boğazına yığılmış yaşı güclə uddu. Gözləri ilə axtarıb Mürşüdü tapdı. Əlləri əsdi. İstədi tüfəngi hərləyib elə buradaca, tülkm kimi büzüşmüş namərdi qanına bulasın. Amma fikrini dəyişdi. “Onsuz da Niftalının qohumları onu sağ buraxmayacaqlar”- deyə düşündü. Bir də əlini murdarlamaq istəmədi. – Onun tüfəngini də, atını da əlindən alın, qoyun rədd olsun! Özünüz də atdan düşün, tüfənginizi yəhərin qaşından asın. Bizi gülləyə də bassalar, əl-ayaq tərpətməyin. Kəndə gedəcəyik. Kərim qərara almışdı. Niftalı koxanın meyidini kəndə özü aparacaqdı. Kişini əlləri üstünə alacaq, atı isə dalcan gələcəkdi. Qaçaqlar da atların yüyənlərini boynuna atıb cənazənin ardınca dinməz-söyləməz addımlayacaqdılar. O bilirdi ki, bu ağır işdir. Kənd adamları onların qabaqlarına çıxacaq, arvad-uşaq hay-haray salıb üz-gözünü cıracaq, vay-şivən salıb saçlarını yolacaq, qarğış edəcəklər. Bəlkə onlara güllə də atacaqdılar. Artıq-əskik danışanlar, divan-dərəyə xəbər verənlər də tapılacaqdı. Amma inanmırdı. İnanmırdı ki, kəndlərində belə naəmrdlər tapılsın. O, əmin idi ki, meyidi sakitcə kəndin arası ilə Niftalı koxanın evinə qədər aparacaqlar. Onları lal sükutla da olsa, el adətincə, qarşılayacaqlar. Kərəmgil kişinin dəfnində də iştirak edəcəklər. Kişinin üçündən sonra koxanın qohum-əqrəbasına başsağlığı verib atlanacaq və dağlara sarı üz tutacaqlar. Kərəm qollarını və dizlərinin üstündə sərinlik hiss etdi. Başa düşdü ki, kişinin bədəni soyuyur. Amma üzünə zillənmiş solğun gözlərinin dərinliyində bir intizar var… Əlini astaca naqanın qoburuna apardı. Barmaqları əsə-əsə düyməni açdı…
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının 2020-ci ildə ikinci sayı nəşr olunub. 1946-2019-cu illərdə “Ədəbiyyat məcmuəsi” adı ilə çap olunan jurnal 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri nəşrdir.
“Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Bu say akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”da Qazan xan və Uruz silsiləsi” məqaləsi ilə açılır.
Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru Mehparə Axundova, nəşriyyat redaktoru Töhfə Talıbovadır.
“Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Azərbaycan ədəbiyyatı”, “Mətbuat tarixi”, “Ədəbi tənqid”, “Folklorşünaslıq”, “Yubileylər” və “Xronika-2020” rubrikalarından ibarətdir.
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan, Hindistan, Polşa və Monqolustanın alimləri daxildir.
Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.
Atam şəhid olubdur, Qarabağ savaşında, Cənnətə qovuşubdur, Otuz altı yaşında. Başlarkən müharibə Dedi, getməliyəm mən, Qarabağı düşməndən Azad etməliyəm mən. Gülümsünüb, diqqətlə Baxdı mənim üzümə, Maşallah, böyümüsən, Diqqət elə, sözümə: -Bu torpaq babalardan Bizə bir əmanətdir, Torpağı yada vermək Günahdır, xəyanətdir. Torpağımız kafirin Əlində qala bilməz, Qarabağsız bu diyar Yurd, vətən ola bilməz. Məhv eyləyib düşməni Qayıdarıq, inşallah, Anam dedi, qorusun, Sizləri, qadir Allah Döyüşlərə atıldı Atam bir aslan kimi, Düşmənlərlə vuruşdu, Əsil qəhrəman kimi. Əlində avtomatı Daim irəli keçdi, Düşməni milçək kimi Məhv etdi, qırdı, biçdi. Atam qəhrəman olub, Dostları da şahiddir, Gecə yuxuma gəlir, Gül üzlü bir şəhiddir. Atamla fəxr edirəm O, qələbə çalıbdır, Qarabağı düşməndən Öz qanıyla alıbdır. 22.12.20.
Samvel Avanesoviç Qriqoryan (20 aprel1907, Şuşakənd, Yelizavetpol quberniyası – 7 iyun1987, Bakı) — şair və tərcüməçi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1970), Azərbaycan SSR xalq şairi (1984), Azərbaycan SSR Ali Sovetinin deputatı (1959–1985).
Həyatı
Erməni əsilli Samvel Qriqoryan 20 aprel 1907-ci ildə hazırkı Xocalı rayonununŞuşakənd kəndinə dəmirçi ailəsində anadan olub[1]. İrəvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsini (1925–1929) bitirib.
1967-ci ildə Qırmızı Əmək Bayrağı ordeni alıb, 1970-ci ildə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 1984-cü ildən Azərbaycan SSR Xalq Şairi idi. 1959–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Azərbaycan Radio Verilişləri Komitəsində işləyib.
Qriqoryan 7 iyun 1987-ci ildə dünyasını dəyişmişdir.
1926-cı ildə ədəbi yaradıcılığa başlayıb. Daha çox xalqlar dostluğu mövzusunda yazıb.
A. Puşkin, M. Lermontov, T. Şevçenko, klassik və müasir Azərbaycan şairlərinin, xüsusilə M.Ə. Sabirin əsərlərini (Sabir, “Բանաստեղծություններ” (“Şeirlər”), Yerevan, Haypetrat, 1957; Sabir, “Մանկական բանաստեղծություններ” (“Uşaq şeirləri”), Bakı, Uşaqgəncnəşr, 1960; Sabir “Հատընտիր” (“Seçilmiş əsərləri”), Yerevan, Haypetrat, 1962) erməni dilinə tərcümə edib.
1943-cü ildən Azərbaycan Yazıçılar İttifaqının erməni bölməsinin rəhbəri, 1957-ci ildən Bakıda erməni dilində nəşr olunan “Ədəbi Azərbaycan” (erm.Գրական Ադրբեջան) jurnalının redaktoru olub.
Samvel Qriqoryanın 1967-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında “Dünya qəlbimdədir” adlı kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” qəzetinin 1976-cı il sayında Samvel Qriqoryanın “Bir foto-şəklin tarixi” yazısı işıq üzü görüb.
Qriqoryanın “Kommunist” qəzeti 1984-cü il, 30 noyabr sayında “Azərbaycan” adlı şeiri dərc olunub.
“Ədəbiyyat və İncəsənət” qəzetinin 1986-cı il, 24 oktyabr sayında Samvel Qriqoryan Azərbaycanın xalq şairi Səməd Vurğuna həsr etdiyi şeir işıq üzü görüb.
1986-cı ildə isə xalq şairi Süleyman Rüstəmin anadan olmasının 80 illiyi münasibətilə Samvel Qriqoryan ona açıq məktubla təbrikini çatdırıb. “Ədəbiyyat və incəsənət” qəzetinin 14 mart sayındaı “Şair dostuma açıq məktub”u dərc olunub.
Aleksandr Şirvanzadə (erm.Ալեքսանդր Մինասի Շիրվանզադե, əsl adı Aleksandr Minasoviç Movsisyan; 18.4.1859 — 7.8.1935) — “Şamaxı ermənisi”, Azərbaycan SSR və Ermənistan SSR-in xalq yazıçısı[1].
Əslən erməni olan Şirvanzadə 1859-cu ildə Şamaxıda doğulub. Ömrünün ilk on beş ilini burada keçirib. 15 yaşı olanda Bakıya gəlib. Səkkiz il burada yaşayıb.
1931-ci ildə ədəbi fəaliyyətinin 50 illiyinə həsr olunmuş yubiley iclasındakı nitqində deyirdi:
Qızıl Ordu Bakını aldığı zaman mən Kaliforniyada idim… Mən dərhal Qafqaza qayıtmaq istəyirdim. Mən dərindən inanırdım ki, bolşeviklər gələndən sonra orada artıq həyat və müntəzəm quruculuq işləri başlanıb. Lakin gözlərimin xəstə olması dərhal gəlməyimə mane oldu.
“Xaos”, “Namus”, “Hami”, “Neft zavodunda yanğın”, “Cinli”, “Şərəf üçün”, “Fatma və Əsəd” kimi əsərlərin müəllifidir. Bu əsərlərdə əsasən Bakı və Şamaxıda gördüyü hadisələri qələmə alıb.
Şirvanzadə Azərbaycan SSR-in Xalq yazıçısı adına 1930-cu ildə layiq görülüb. Bununla da o, Azərbaycan SSR-nin ilk xalq yazıçısı hesab olunur. Eyni ildə Şirvanzadə Ermənistan SSR-in də Xalq yazıçısı adını alıb.
Əkbər Yerevanlı “Şirvanzadə və Azərbaycan mühiti” məqaləsində qeyd edir: “Aleksandr Şirvanzadə öz həyatı və yaradıcılığı ilə nə qədər ermənidirsə, bir o qədər də azərbaycanlıdır. O, hər iki xalqa, hər iki ədəbiyyata xidmət edən ölməz sənətkardır. Heç təsadüfü deyildir ki, Zaqafqaziya respublikaları içərisində birinci olaraq Azərbaycanda ona xalq yazıçısı adı verilmişdir”.
O zamankı araşdırmaçılar Şirvanzadənin Cəlil Məmmədquluzadə və Abdulla Şaiqlə dostluq münasibətləri olduğunu da yazıblar. Şirvanzadənin Haqverdiyevlə daha yaxşı münasibətləri varmış.
1929-cu ildə Zaqafqaziya yazıçılarının İrəvan, Bakı və Tiflisdə keçirilən görüşləri zamanı Şirvanzadə ilə Haqverdiyev arasında maraqlı dialoq olur. Abdulla Şaiq “Haqverdiyev haqqında xatirələrim”də bu barədə yazır: “1929-cu ildə Gürcüstan və Ermənistan şairləri ilə görüşə getmişdik. Başçımız Haqverdiyev idi. Şirvanzadə də bizimlə bərabər idi. Ə. Haqverdiyev Şirvanzadə ilə köhnədən dost idi. Yerevanda söhbət üçün bir gün Ə. Haqverdiyevin yanına getdim. Erməni artistlərinin səhnədə göstərdikləri milli rəqslərdən və bu iki xalqın həyat, adət, musiqi və rəqslərinin bir-birinə nə qədər yaxın olduğundan danışırdılar. Şirvanzadə dedi: “Mən Azərbaycan həyatından yazmışam. Siz də erməni həyatından yazmalısınız. Haqverdiyev erməni həyatından yeni əsər yazmağa söz verdi. Ə. Haqverdiyev verdiyi vədi unutmadı. O, Azərbaycan və erməni xalqlarının dostluğunu əks etdirən “Çox gözəl” (1931) adlı bir pyes yazdı. (“Azərbaycan gəncləri” qəzeti, 12/XII 1948. N149(4473).
Maraqlıdır ki, 1883-cü ildə “Kəşkül” jurnalının redaktoru və naşiri Cəlal Ünsizadə ondan Azərbaycan həyatından bir əsər yazmasını xahiş edir. Şirvanzadə bu xahişi yerinə yetirir və həmin il “Fatma və Əsəd” hekayəsini yazır. Cəlal Ünsizadə hekayəni “Kəşkül”də çap edir.
Əkbər Yerevanlı həmçinin yazır ki, Şirvanzadə erməni dilinin böyük müdafiəçilərindən olub: “O, səlis, təmiz erməni dilində yazmağı, kütləvi xarici təsirlərdən uzaqda durmağı tələb edir və özü belə yazırdı. O, X. Abovyanın Azərbaycan sözlərilə qarışıq dilini, erməni ədəbi dil tarixində böyük rol oynamasına baxmayaraq, bəyənmirdi. Çünki Abovyan erməni dilinin bir ləhcəsində yazmış və həddindən çox Azərbaycan sözləri işlətmişdi”.
Buna baxmayaraq, Şirvanzadə öz yaradıcılığında Azərbaycan dilindən istifadə edib.
Aleksandr Şirvanzadənin 1885-ci ildə yazdığı “Namus” romanı əsasında, 1925-ci ildə Hamo Beknazaryanın çəkdiyi eyniadlı “Namus” filmi ilk erməni bədii filmi sayılmaqdadır.
Zeynalabdin Novruzoğlunun “Yazdım-yazmadım” kitabı barədə təəssüratlarım…
Başı qorumaq üçün, Dili qorumalısan. Dili qorumaq üçün, Bəzən lal olmalısan. Abrı qorumaq üçün Nəfsi qorumalısan Nəfsi qorumaq üçün, İnsan doğulmalısan.
Elə bir zamanda yaşayırıq ki, gənclərə “bu yolla get” deyə tövsiyyə edə, “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi həyatnamələri oxuda bilmirik. Çünki indiki “Z” nəsil nümayəndələrinin öz cığırı, öz yolu var. O yolda yanlışlıq da olsa, bu nəsil çəkinmir, sürətli addımlarla yalnız irəliyə doğru gedir. Bizə isə onların addımlarını saymaq, yıxılanda “vay” deyə uflamaq, yıxanda “ah” deyə ahlamaq qalır. Çox şikayətçiydik yeni nəsildən. Amma son olaylar göstərdi ki, əslində, bu nəsil bizdən qat-qat məntiqli, ürəkli, cəsarətlidir. Bu qərara Qarabağ döyüşlərinə gözlərini belə qırpmadan atılan gənclərimizi görəndə gəldik. Bəli, “Z” nəslinin gəncləri birdən-birə ahıllaşdılar, müdrikləşdilər, qəlblərində Vətən sevgisi, qollarında güc, gözlərində düşmənə nifrət döyüşə atıldılar, azad etdilər tapdaq altında inləyən torpaqları, tarixi mədəniyyəti, qeyrəti, kişiliyi… Bəs, bu gənc nəsil necə yetişdi? Onlar öz kiçik ürəklərində bu böyüklükdə sevgini, cəsarəti necə sığışdırdılar? İndi haqqında danışacağım adamlar – öyrətmənlər, alimlər, sənətkarlar, yaradıcılar yetişdirdi onları. Həmin öyrətmənlərdən biri və birincisi də yazımın girişində örnək gətirdiyim nəsihətnamənin müəllifi Zeynalabdin Novruzoğludur. Yaşadığı dövr ərzində dilini, başını, abrını, gendən gələrək onunla doğulan nəfsini qoruyan və əsil insan olan Zeynalabdin Novruzoğlu! O, bu insani keyfiyyətlərlə tək özünü qorumur, həm də ətrafındakılara – sürət, texnika əsrinin gənclərinə əsil insan olmağı öyrədir. Tarix müəllimi Zeynalabdin Novruzoğlu tarixi yazacaq (yazan) balalara üzünü tutaraq:
Bu torpaq düşmənə verilə bilməz, Bu torpaq nənəmin şal örpəyidir.
-deyir, neçə-neçə ananın sinəsinə vurulacaq oğul dağının qarşısını alan, Vətənin başını uca edənləri əzizləyir:
Qəhrəmanlar Vətən üçün can verir, Öz ömründən sənə, mənə pay verir. – misralarıyla müqəddəs Şəhidlərimizin ruhuna abidələr yaradır, “Vətən! Vətən!” deyə “qəhrəman”lıq edənləri qınayır:
Gəl yazaq Şəhidlərin başdaşına Kim ki Vətəni sevdi, əcəl aldı apardı. “Vətən!” “Vətən!” deyənlər, Rütbə aldı, ad aldı.
. …Bəzən elə hadisələr olur ki, ilk vaxtlar həmin hadisəni faciə kimi qəbul edirik. Zaman keçəndən sonra olayın əslində zərurət – vacibiyyət olduğunu görür, özümüzü yenidən tanıyırıq. Özünüdərk isə onurumuzu artırır, başımızı uca, üzümüzü ağ edir. Belə hadisələrə örnək olaraq yaxın tariximizi – 20 Yanvarı misal çəkə bilərəm. Qanlı Yanvara hamımız kimi Zeynalabdin Novruzoğlu da faciə olaraq yanaşdı və elə həmin illərdə “Qurğuşun yağışı yağdı Bakıya” adlı şeirini yazdı. O dəhşətli gecəni təsvir edən şeirin sonuncu misrası belədir:
. Asfalt səkilərdə lalə göyərdi, Şəhidlər can verdi, Vətən qurtuldu.
Şair bu faciəni söz edən şeirini Vətənin qurtuluşuyla sonlandırdı. Şairlər Tanrının söz adamları, öz adamlarıdır deyirlər. Ona görə də Tanrının öz adamı Zeynalabdin Novruzoğlu irəlini gördü, o ağrının altında sevincimizdən bəhs etdi. Bu gün biz 20 Yanvar olayını faciə, matəm günü kimi deyil, fəxarət, qurtuluş, Azərbaycan xalqının kimlik tarixi kimi qeyd edirik. Bu barədə danışmaq tez olsa da, əminəm ki, zaman gələcək, 2020-ci ilin 44 günlük müharibə günləri də tariximizə bayram kimi düşəcək, gələcək nəsillər bu gündən sevinclə söz açacaqlar….
***
Zeynalabdin Novruzoğlunun əsərlərini oxuduqca, bu yaradıcılığın ana xəttinin müdrik kəlamlar – aforizmlərdən ibarət olduğunu görürük: “Hər kəs ağlı boyda görür, dərk edir”, “Təklənən bir öküz çaqqaldan qorxar”, Başı buludlara söykənən dağın, ayağı uçurumda, dərədə olar!”, Ağlın hünərindən çox olsa əgər, ağırlıq eyləyib, səni əzəcək”, “Qoşa qanadlardır ağıl və hünər, birləşsə, səmada qartal görünər”, “Daha da böyüyür, gözəl görünür, kiçik dairəyə sığan böyüklük”, “Arximed axtardı elə bir nöqtə, dünyanı yerindən oynada bilə”, “Bir damla göz yaşı bacarar bunu, onun ağrısını qəlb duya bilməz”, “Bulaq suyu kimi təmiz adamlar, selə qarışanda murdarlanırlar!”, “Kütlə təfəkkürü hər şeyə qadirdir!”, “Siyasətin ticarətlə qohumluğu var, ikisi də alıb-satır, dəllaldır onlar!”, “Xalqı qəlbən sevənlər, bunu xalqa demirlər!”, “İnsanlıqdan üz döndərən bir tula, ya zora baş əyər, ya da ki pula!”, “Lalın dili beynəlxalq dil” və s…
*** Bölmə yeri qitələrə, Tanrı bütöv yaradıb, Tövrat, Zabur, İncil, Quran” hamımıza irs qalıb.
Şair bu misralarında evangelist təfəkkürə söykənərək, müqəddəs dördlüyü ( “Tövrat”, “Zabur”, “İncil”, “Quran”) biri-birindən ayırmadan Allahın yaratdığı ali irqi bir olmağa çağırır, Allahın adından istifadə edərək, yerlərdə – fani dünyada qurulan Allah evlərinin (“Kilsəni şeytan yaratdı. Kilsə yalanlarını Allaha doğruldan qurumun adıdır” L.N.Tolstoy) əslində ürəyimizdə olmağının vacibliyindən bəhs edir, din, dil, irq, millət, təbəqə ayrıseçkiliyə “yox” deyir, bütün dünyanın dərdini çiyninə alaraq bəşəriyyəti mutlu görmək istəyir:
İstərəm dünyanın dərdlərini mən, Alam öz çiynimə, baş alıb gedəm…
*** Aşağıdakı misralara diqqət edək:
İnanan inansın, inanmayan heç, Araz içimizdən axırmış bizim. Buyur, bu Araz, bu da körpü, keç, Araz içimizdən axırmış bizim!
. Bu misralarda Araz təkcə hamımızın bildiyi tanıdığı iki qardaşın ayrılıq simvolu deyil. Araz fanilərin tapındığı din olaraq qabarır. Araz safdır, Araz müqəddəsdir, Araz qovuşduran, Araz ayırandır, Araz yaradandır, Araz Tanrıdır! O tanrıya inanan da var, inanmayan da. Bəlkə də Siratdır – doğru yolumuzdur Araz. Bu, içimizdən axan Arazın tükdən nazik, qılıncdan kəsərli körpüsündən hər kəs keçə bilərmi? Bu körpüdən keçmək üçün cəsarətin, dəyanətin, qüdrətin, nurun olmalı, işıqlandırmalısan ətrafı… Arazı keçərsək, Tanrı sevgimizi, Tanrı əmanəti yurd-yuvamızı, qeyrətimizi, adımızı, dilimizi… qaytaracağıq deyə içindən keçirir şair (Bu yerdə böyük şairimiz Bəxtiyar Vahabzadəni xatırlamaq çox gözəldir: “Arazın üstündən keçə bilmirəm, Araz dərdim olub sinəmdən keçir…”)… …“Analar gecənin simaforları” misralarında isə şair analar üçün ölməz bir abidə yaradır. O, “gecənin simaforları” deyərkən, anaların əslində həyatın simaforları, həyatın özü, üzü olduğunu qeyd edərək, anaları Tanrı üzlü – nurlu, Tanrı xislətli – yaradan, Tanrı heysiyyatlı – qoruyan, Tanrı ürəkli – sevən, Tanrı cəsarətli… adlandırır.
Zeynalabdin Novruzoğlunun yaradıcılığında təmsillər də geniş yer alıb. O, zamanımızdakı eybəcərlikləri lirizmin yumşaq qəlibində deyil, təmsildə qınağa çəkməyi daha məqsədəuyğun bilir:
Qurdun ağzı bağlanar, Qoyun yeyər, yağlanar. Nehrədə yağ çalxanar, Tərəzi düz çəkəndə *** Torpaq ölər, dirilməz, Dirilməsə bitirməz. Əkən-biçən bilinməz, Tərəzi səhv çəkəndə.
Bəzən bu eybəcərliklər təmsilin də qəlibindən daşaraq satiraya yol açır:
. Harda buyruq var, bilir, Harda quyruq, var, bilir, Harda yumruq var, bilir, Yaltaq tərif deyəcək.
. Və yaxud:
. Çıxdığın baş, durduğun yer özgənin, Öz kölgəsi ola bilməz kölgənin.
. Yaxud:
. Tərif kiçikləri böyük göstərir, Üfürür, şişirdir, öyür göstərir. Tənqid yol göstərir, döyür, göstərir, Tənqiddən qorxuram, yaman qorxuram.
Bu müdrik kəlamlı, geniş ürəkli insanın içində məsum, ağıllı, həm də dəcəl bir körpənin yatdığını görürük. Müəllifin uşaqlar üçün yazdığı əsərlərində həmin körpə özünü daha yaxından göstərir:
. Göy üzü qarajdı, Ulduzlar maşın.
. Şair, uşaq dilində danışmağı, uşaqlar kimi düşünməyi elə bacarır ki, bu məsumiyyətə böyüklər də qoşulur. “Quşcuğaz” şeirinə diqqət edək. Bu misralarda canlı təbiətə qayğı qabarır, xoşbəxtliyin açarının sevgidə olduğu önə çıxır:
. Bir sarı dimdik, Qondu budağa. Görüncə onu Çıxdım eyvana. O var səsiylə “Cik-cik” edirdi. Quru budağı Dimdikləyirdi. Gördüm ki acdı, Yemə möhtacdı. Gətirdim dəni, Uzatdım ona. Budaqdan uçub, Qondu qoluma. Yedikcə-yedi, Doydu quşcuğaz. O gündən mənim Oldu quşcuğaz.
.
“Anlarsan” şeiri də uşaqların dilinə yatımlığı, uşaq təfəkkürünə uyumu, çətin tələffüs edilən kəlmələrdən uzaqlığı ilə diqqəti çəkir. Burada da müəllifin əksər uşaq şeirlərindəki kimi ailəyə, ətrafa, heyvanlara, təbiətə məhəbbət aşılanır, halallığın ən yüksək keyfiyyət olduğu qabarır, bir sözlə, maarifləndirmə prinsipi önə çəkilir. Şeirin qəhrəmanı Pərvizin “Qara inəkdən ağ süd, necə sağır nənəsi?” kimi suallarına atası bir cavab verir: “Kitab oxumalı, elmələrə sahib olmalısan! O zaman bütün sualların cavabını biləcəksən!” Bu baxımdan, şairin “Qoca və çörəksatan” poması da təqdirəlayiqdir. Tək yaşayan adama çörəkçi: “Tək olduğun halda niyə hər gün üç çörək alırsan?” deyir. Adam isə cavabında: “Üç çörəyin birini, borcuma verirəm mən”, – deyir, – yəni valideynlərinə. “Birini borc verirəm” – övladlarına, – “Birini də özüm yeyirəm!” – deyir. Zeynalabdin Novruzoğlu bayatıları da lakonikliyi, bədii və fəlsəfi tutumu ilə özünəməxsusdur:
Əzizim, dağdan ağır, Təpəsi dağdan ağır. Ananın göz yaşıdı, Damlası dağdan ağır. *** Əzizim, Qarabağda, Qara quş qara bağda. Qara bəxtim ağarsa, Ağarar Qarabağda. *** Görüşə həsrət Araz, Öpüşə həsrət Araz. İgidlər nərəsinə, Döyüşə həsrət Araz!
. Nəzmin hər bir növündə qələmini sınayan, hər mövzuya uyğun qəlib seçən (əslində, sözü pıçıldayan Tanrı onun qəlibini də özü biçir) Zeynalabdin Novruzoğlu ədəbiyyat, söz adamlarına və sözüsevənlərə sübut edir ki, o, söz yolunun hər bir cığırına yaxşı bələddir. Sözdən şaxələnən hansı izlə addımlasa, büdrəməyəcək, yıxılmayacaq. Kitabın son bölümündə müəllifin müxtəlif illərdə yazdığı oçerklər, esselər toplanmışdır. Bu publisistik yazılar da quruluş və yanaşma tərzinə görə orjinal, məntiq və məna çalarına görə səciyyəvidir. … Zeynalabdin Novruzoğlu ilə şəxsən tanış deyiləm. Bu yaxınlarda şairin qardaşı oğlu Cavid Tofiqoğu mənə “Yazdım-yazmadım” adlı, nəfis tərtibatla işlənmiş bir kitab təqdim etdi (275 səhifədən ibarət. “Elm və təhsil” nəşriyyatı-2014). “Lirik şeirlər”, “Satirik şeirlər”, “Təmsillər”, “Uşaq şeirləri”, “Poemalar”, ”İkiliklər”, “Bayatılar”, “Məqalələr” bölümlərindən ibarət olan bu toplunu sadəcə varaqlamaq istədiyim halda, şeirlərin dil axıcılığı, bədiiliyi, sözlərin rəng çaları, fonetik qohumluğu, hadisələrə yanaşma özəlliyi və s. kitabı son nöqtəsinə qədər oxutdurdu. Zeynalabdin Novruzoğlu Naxçıvanda doğulub və orada yaşayır. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tələbəlik illərindən publisistik yazıları və şeirləri ilə mətbuatda müntəzəm olaraq çıxış edir. “Zaman yaratmağa qadir deyil” (1998), “Əldə gül, dildə tikan” (2009), “Yazdım-yazmadım” (2014) şeir kitablarının müəllifi, Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar birliyinin üzvüdür. Başqaları üçün özünü yandıranlardan: Tütə-tütə, yana-yana yaşamışam mən, Buz üstündə yanan oda oxşamışam mən.
Ölmək üçün deyil, yaşamaq üşün ölümün gözünə dik baxanlardandır.
Ölmək üçün yaşama, Yaşamaqçün öl, olar!
Dəyərli insan, pedaqoq, şair, publisist Zeynalabdin Novruzoğlu ilə “Ürəkdən ürəyə görünən yolda” qarşılaşdığım üçün məmnunam. Şairlə üz-üzə söhbət etmək arzusuyla yazıma son qoyuram… Hörmətlə: İradə Aytel
“Mirvarid Dilbazi Məclisi”nin təşəbbüsü ilə “Ləman” nəşriyyatında çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Gürcüstan Aşıqlar Birliyinin sabiq sədri, “Dərviş” cəmiyyətinin qurucusu və başqanı, şair, publisist, folklor tədqiqatçısı Dərviş Osman Əhmədoğlunun “Mən Borçalıda qaldım” adlı şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru Güllü Eldar Tomarlı, texniki redaktoru Vüsal Əmirov, məsləhətçisi Savalan Osmanlı, “Ön söz” müəllifi isə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.
Kitab müəllifin oxucularla növbəti-səkkizinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə Tiflis şəhərində nəşr olunan “Dədə Qorqud” dərgisinin sahibi və baş yazarı, Azərbaycan Yazıçılar Birliyinin və Gürcüstan Yazıçılar Birliyinin üzvü, şair Dərviş Osman Əhmədoğlunun “Borçalıda yanan ocaq” və “Mənim söz karvanım” adlı şeir kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdı.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Əziz anam.,can anam, Mənim mehriban anam Arzum budur hər səhər Səndən əvvəl oyanam. Gecələr oyaq anam, Ömrümə dayaq anam, İstərəm tez böyüyüb, Qulluğunda dayanım
Nənəm
Nənəmi çox sevirəm, Dəyməyirəm xətrinə. Heyran qalmışam onun, Saçlarının ətrinə. O, mənə söhbət açır, Yurdun igidlərindən. Dilində nağıllaşan Vətən igidlərindən.
Babam
Yaman sevirəm, Babamı yaman. Ayrılmaram mən Ondan bircə an. Sözü -söhbəti Şəkərdir, şəkər. Belə babadan De, kim əl çəkər.
Mən səni sevdiyim qədər, Bir daşı sevsəydim əgər. Daş dünüb insan olardı, Bir quşu sevsəydim əgər, O donub terlan olardi. Hər gün qonub pəncərəmə, Mənə nəğmə oxuyardı. Könlüm belə qan olmasın, Halım pərişan olmasın! Sən nə daşsan, Sən nə quşsan. Ne gozumden axan yawsan, Niyə yoxdur səndən xəbər? Niyə gözüyaşlı qalıb? O müqəddəs xatirələr?
Hər kim ustasıdır, asandır onun, Oğurluq, əyrilik, talan əlində. Həqiqət özü də oyuncaq olur, Yalançı əlində, yalan əlində.
Ya danəndə olun, ya olun dəni, Oyuncaq etməyin siz hər yetəni, Dindirə bilməzsən ölsən də, mənim, Mən dilə gəlirəm çalan əlində.
Nə saz sevir onu, nə xoşlayır tar, Yazıq məni, göyə hey atıb, tutar. Qaça da bilmirəm, qalmışam naçar, Hər şeydən yarımçıq qalan əlində.
Adam var, ulduzlar seyrinə çıxar, Adam var, dağ çapar, gücü dağ yıxar. Kəlin də kəlləsi qabıqdan çıxar, Sənətdən kəl olan kalan əlində.
Maraqlanan yoxdur günah kimdədir, Yazıq nə aşıqdır, nə xanəndədir. Mən əsir olmuşam, səbəbi nədir, Hər şeydən yarımçıq qalan əlində?
1976
*Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.
Mənimlə xoş məclis qurma qistəyən, Qoy Ocaq dağının başına gəlsin! Əgər Oyuqluda* yorulsa, atı, Barı Divəklinin qaşına gəlsin!
Mənim Telliqayam, Dəvədaşım var, Hər yerdə öz dostum, öz sirdaşım var… Bizim oylaqlara gəlməsin yadlar, Mehriban dost gəlsin, aşina gəlsin!
Mənasız keçməsin bir an ömür-hün, Yaşıl bir talada toy oldu bu gün. Ürəkdən istərdimŞ belə toy-düyün, Əryan cavanların başına gəlsin!
Dağlar zivəsidir eşqim vüqarı… Sözümdən incisə, könlümün yarı, Qoy elə çəksin ki, qoşa yayları, Nizə kirpikləri qaşına gəlsin!
Kim hünərlə vuyrur iş külüngünü- Dağ çapır həftənin altı gününü, Haqqı var, kef üçün, yeddinci günü, Mehriban bulağın başına gəlsin!
Nə yazın dərdi var, indi nə qışın, Bu gün siz nişandan, toydan danışın! Məclisdə əyləşən dostun, tanışın, İstərəm bu mahnı xoşuna gəlsin!
Kirovakan, 1961
*Oyluqlu, Divəkli-dağ adlarıdır.
*Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.
Sağım meşə, solum meşə, Səni gəzdim mən həmişə. Necə qıyım, ay bənövşə, Öz kökündən üzüm səni?!
Ocaq dağı, məni dinlə, Özüm qəsdən bilə-bilə, İstəmədim sözlərimlə, Yorum səni, üzüm səni…
1961
*Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.
Mahnı qoşdun çiçəklərə bir zaman, İndi dolan bu yerləri, alış, yan, Seyrangahda ceyranları ovlayan, Ovçuların oylaqları qalıbdır.
Ərimişdir, dağ döüşndən enib qar, İndi dağda nə qoyun var, nə mal var, Köçən gündən ağır ellər, obalar, Gözü yolda yaylaqları qalıbdır.
Aşıq dedi: gözüm qaldı sənəmdə, Nə onda bir cürət oldu, nə məndə, Gözəllərin zolaq-zolaq sinəmdə, Bilərsiniz nə dağları qalıbdır…
*Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.
Axşam, səhər seyrə çıxan, ay pəri, Gülüstanda gülüzarım var mənim! Gözüm yoxdur, gülşənində, gülündə, Öz bağçamda öz nigarım var mənim!
Hicranda hər günüm keçdi il kimi, Soldu rəngim xəzan vurmuş gül kimi, Sədaqətə sadiq oldum qul kimi, Etibara etibarım var mənim!
Əgər düşsə, oylağıma güzarı, Silinməzmi bu könlümün qübarı?! Gələr, deyə gecə-gündüz yolları, Gözləyirəm, intizarım var mənim!
Saçlarına nə sığal ver, nə bəzən! Eşq oduna alışmaram bir də mən, Əhdi-peyman müqəddəsdir əzəldən. Düz əhdinə düz ilqarım var mənim!
Öz elində, öz obanda gəz, dolan! Bu yerlərdə nə qış, nə də yaz dolan! Az işvələn, az cilələn, az dolan: Naz eyləmə, nazlı yarım var mənim!
*Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycandilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.
*Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
*Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
*Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Elə ki, bahar fəsli Ağaclar yarpaqlayır; Ürəyimdə sevincdən Sellər, sular çağlayır.
Elə ki, yay ayları Şitilliyə od yağır; Canımdan alov qopub, Başımdan tüstü qalxır.
Elə ki, payız fəsli, Yarpaq əsir budaqda; Dayanıb öz-özümə Üşüyürəm otaqda.
Elə ki, qış fəslində Yağış gəlir, qar düşür; Xəyalıma yaz qonur, Yadıma bahar düşür.
*Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
“Bənövşə xatirinə, Kol dibinə iz düşdü”. İlyas Tapdıq.
İlk baharda narın qarı, Yarıb keçər bənövşələr. İnci kimi damlaları, Bir-bir içər bənövşələr.
Meh toxunar üzlərinə, Nur ələnər gözlərinə, Kol dibini özlərinə, Məskən seçər bənövşələr.
Ürək ondan necə doya, Dözmür yaza, qalmır qaya, Vaxtlı gəlib bu dünyaya, Vaxtsız köçər bənövşələr.
*Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoruistedadlı gənc xanım yazar Təhminə Vəliyevanın “Bəxtiyar Vahabzadənin “Fəryad” pyesində Nəsimilik və İnsan problemi” adlı məqaləsi Qardaş Türkiyənin ən ünlü mətbu orqanlarından biri “edebiyatgazetesi.net”də dərc olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti vəİctimaiyyətlə Əlaqələr şöbəsi
ALKIŞ’TAN Değerli Dostlar; Koronavirüs salgını bütün dünyanın da ülkemizin de dengesini alt üst etti. Çok acılar yaşandı, çok ölümler oldu. Bu salgından ülkemizde ilk ölüm olgusu 11 Mart 2020’de bildirilmişti. 2020’nin geri kalan dokuz buçuk ayında 21 bini aşkın kişinin öldüğü resmi kayıtlara geçmiştir. Dünya genelinde ise bu sayı iki milyonun üstündedir. Gerçek ölüm sayılarının ise bildirilenlerin çok üstünde olduğu söylenmektedir. Bir ara koronadan etkilenenlerin sayısı epey azalmışken geçtiğimiz aylarda ölüm sayıları yeniden artmıştı. Yılsonunda bir günde ülkemizde salgından ölenlerin sayısının iki yüzlere çıktığı bildirilmiştir. Bunlardan çok daha fazlası hastane köşelerinde büyük acılar çekmiştir. Aradan bir yıl geçtiğinde ilaç bulunmasa da aşı bulunmuş, halkın umudu artmaya başlamıştır. Yine de bugünlerde salgından ülkemizde günlük yüzün üzerinde ölenlerin olduğu düşünülürse tünelin ucuna çıkılması zaman alacaktır. En azından önümüzdeki yıl bu korkulu günlerin biteceği umulmaktadır. Son günlerde Kovit-19 virüsü mutasyon geçirerek başta İngiltere olmak üzere çok geniş kitleleri daha çok etkilemeye başlamıştır. Bu yeni mutasyonlu korona çok daha hızlı yayılmakta ayrıca daha ölümcül olduğu bildirilmektedir. İngiltere’de bu salgından ölenlerin günlük iki binlere yaklaştığını söylersek dünyanın büyük bir yaşam savaşından geçtiğini söyleyebiliriz. Öyle anlaşılıyor ki dünyada yaşayan tüm insanların bu salgına karşı aşılanmalarından başka çıkar yol gözükmemektedir. Bir başka konumuz ise 12 Şubat kutlamaları ile ilgilidir. Dünyanın en anlamlı kurtuluş savaşı olan ve 12 Şubat 1920’de büyük bir utku ile sonuçlanan adına Çete Bayramı da dediğimiz Maraş’ın kurtuluş gününü özüne yakışır biçiminde geçen yıl kutlayamamıştık. Yüzüncü yıl kutlamasını öylece savuşturmuştuk. Bu yılki kutlamaların da içimize sindiğini söylememiz çok zor. Salgının daha fazla canımızı yakmamasını diliyorum. Herkesin elinden geldiğince önlem almasını, gevşememesini öneriyorum. Kuşkusuz bugünler de geçecektir. Okurlarımızın 12 Şubat Kurtuluş Bayramını kutluyorum. Hiçbir nedenin 12 Şubat Bayramının kutlanmasına engel olmamasını diliyorum. Yeniden buluşmak dileği ile… Kalın sağlıcakla. Oğuz PAKÖZ
Görkəmli kino xadimlərimiz Həsən Seyidbəyliyə və Eldar Quliyevə həsr etdiyim bu iki yazı vaxtilə rus dilində “Литература, Искусство, Культура (ЛИК) Азербайджана” kitabımda dərc olunmuşdu. Bu yaxınlarda yubileylərini qeyd etdiyimiz ustad sənətkarlarımıza aid yazılarımı ilk dəfə Azərbaycan oxucularına təqdim edirəm. (Anar)
Rejissor
Eldar Quliyev
Gənc (o illərdə gənc) azərbaycanlı kinorejissor Eldar Quliyev haqqındakı bu kiçik məqaləni çox uzun müddətə yazdım. Yarım il öncə “Sovet filmi” jurnalının təklifi ilə onu başlayanda ilk cümləni qeyd etdim: “Biri vardı, biri yoxdu, bir cənub şəhərində mənim indi ən vacib müsahibəni götürdüyüm gənc rejissor Eldar Quliyev vardı”. Bu cümlədə yazılanı həyata keçirmək müxtəlif səbəblərdən alınmadı. Janr dəyişildi və indi mən oxucuya Eldarla müsahibə deyil, onun işləri haqqında qeydlərimi təqdim edirəm. Bununla belə, mən altı ay öncə yazılmış fikrimin üstündən xətt çəkmirəm – cazibəsi olduqca böyükdür: bu ifadədə rejissorun üç filminin adı çəkilir: “Biri vardı, biri yoxdu”, “Bir cənub şəhərində”, “Ən vacib müsahibə”. Bu yalnız az-çox uğurlu üslubi fənd deyil. Məsələ burasındadır ki, mənim Eldar Quliyev qavrayışım onun filmləri ilə bir bütündür: rejissor və onun filmləri – bütövdür, ayrılmazdır.
Eldarı və onun filmlərini görənlər üçün bu, paradoksal görünə bilər. Rejissor -diribaş, ünsiyyətcil, erudisiyalı müasir gəncdir və onun qəhrəmanları – “Biri vardı, biri yoxdu” filmindəki qocalar, yaxud “Bir cənub şəhərində” filmində (ssenari Rüstəm İbrahimbəyovundur) şəhərkənarının qaba, bir az yonulmamış oğlanları. Onları nə birləşdirə bilər ki?! Zahirən, görkəmcə, yaş və xaraktercə – heç nə. Bəs əgər insanlıq, xeyirxahlıq, qəlb zərifliyi kimi kateqoriyalara müraciət etsək? Bu keyfiyyətlər Quliyevdə var. Onun qəhrəmanlarının mənəvi siması da elə bu keyfiyyətlərlə müəyyənləşir. Buna görə də o öz qəhrəmanları ilə dostdur, onları sevir, anlayır və tərənnüm edir.
Sənətkar üçün ən çətini – doğma, yaxın hiss və düşüncələri uzaq, yad, bir-birinə daban-dabana zidd xarakterlər, obrazlar, talelər və situasiyalar vasitəsilə ifadə etməkdir. Özünün ilk müstəqil “Biri vardı, biri yoxdu” filmindəcə Eldar bu işin öhdəsindən gəldi. Payızda Abşeron yarımadasının kimsəsiz bağlarında iki tənha qoca – kişi və qadın. Bu süjetdə gənc rejissoru cəlb edən nə idi? Abşeronun fakturası – yalın, kimsəsiz sahillər, qumlar, bozumtul noyabr səması, tərk edilmiş bağlar, səssizlik, dinclik, sükunət? Görünür, hə. Bütün bunlar. Lakin ilk növbədə, insanlar – bir-birini öz həyat yolunun son “stansiyasında” tapan iki qocanın taleyi, asanlıqla izah oluna bilən səbəblərdən məhrum – nə sevgi, nə qohumluq əlaqəsi, nə təmənna – nə isə başqa, gözəl – ali və yəqin ki, həyatdakı ən son bağlılıq, tənhalığın dəf olunması, başqasına görə məsuliyyət hissi – münasibətlərin poeziyası. Həyatda dincliyin müdrikliyini duyğuların təlaşının əvəz etdiyi dövrün poeziyası. Və Quliyevin ehtiraslar dalğası hopdurulmuş növbəti filmi – “Bir cənub şəhərində”. Əsası sanki partlayıcı üzərində qurulmuş situasiya flmi. İstisi asfaltı əridən, yay günəşinin ağacları yandırdığı, ağ evləri olan şəhər. Və bu şəhərin insanları cənublu kimi temperamentli, qaynar, çılğındırlar.
Amma elə burada ehtirasların çılğın qarşıdurmasında, cilovsuz duyğuların gərginliyində də rejissor sakit və təmiz insanlıq notu arayışındadır – hər cür gerilikçi zehniyyət, vaxtı keçmiş ənənələr, köhnəlmiş əxlaq normalarından üstün olan gerçək insanlığın. Onu təcrübəli jurnalist Cahangirlə haqq-hesab çəkməyə gələn qəhrəmanı Muradın kədərli gözlərində arayır. Qəhrəman atasının məzarını ziyarət edən Tofiqin səmimi həyəcanında axtarır, hərçənd bu təlaş kəskinləşdirilmiş, qrotesk formalarda verilir.
“Mənimçün fəaliyyət dövrü bitdi və düşüncə zamanı başlandı”, – fransız filmlərindən birində belə deyilir. Quliyevin üçüncü filmi olan “Ən vacib müsahibə” öz mövzusu etibarilə bu fikri təsdiqləyir. “Ən vacib müsahibə”nin (ssenari Maqsud İbrahimbəyovundur) qəhrəmanı radiomüxbir Zaur üçün fəaliyyət dövrü bitməyib və bitə də bilməzdi, o, gəncdir, enerjilidir, güc və həyat doludur. Bununla belə, onun üçün də düşünmək zamanı gəlib çatdı, öz həyatı, ümumiyyətlə insan həyatı, məsuliyyət, başqaları qarşısında ödənməmiş borc duyğusu və digər vacib məsələlər barəsində düşünməyə başladı. Rejissor qəhrəmanlarını nə qədər çox sevsə də, ən məsuliyyətli məqamda həmişə onlardan ayrılır. Qəhrəmanlarının əvəzinə qərar verməmək üçün ən vacib qərarlar anında onları tərk edir. O, haqlıdır. Sənətkarın vəzifəsi – problemləri qoymaqdır, onların birmənalı çözümünü vermək vacib deyil. Kino sənəti nümunələri tamaşaçıya o mənada təsir edir ki, onun diqqətini bu və ya digər məsələyə cəlb edir və tamaşaçını daxilən bu problemlərin müstəqil həllinə hazırlayır. Bu planda Eldar Quliyevin filmlərində məni vacib mənəvi-əxlaqi problemlərin qoyulması arzusu cəlb edir. Bax elə indi də Alla Axundovanın ssenarisi əsasında “Var olun, qızlar” filmini çəkərkən rejissor bir daha cəmiyyətimiz üçün vacib olan borc, məsuliyyət, fədakarlıq, humanizm və xeyirxahlıq kimi mənəvi məsələlərə müraciət edir.
Eldar Quliyev elə ilk filmlərindəncə diqqəti cəlb etdi, axtarışları ilə maraqlandırdı, öz yaradıcılığına qarşı inam yaratdı. İnanırıq ki, gənc rejissorun ən böyük qələbələri hələ qarşıdadır.
“Sovet filmi” jurnalında dərc olunub. № 7, 1977
PEŞƏ VƏ İSTEDAD
Həsən Seyidbəyli 1945-ci ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu, görkəmli rejissor Qriqori Kozintsevin kursunu bitirdi. Diplom işini çəkdi – quruluşçu rejissor diplomunu aldı. Bakıya qayıtdı. “Rəsul Rzanın ssenarisi üzrə “Qızıl üzük” filmini çəkməli idi. Rəsul Rza o illər Azərbaycan kinosuna rəhbərlik etsə də, nədənsə, həmin film çəkilmədi. Səbəbini bilmirəm, nəyə görəsə vaxtında bu sualı nə atama, nə Həsənə verdim. Həmin baş tutmayan cəhddən yalnız Tofiq Quliyevin atamın sözlərinə yazdığı “Üzüyümün qaşı firuzədəndir” adlı gözəl mahnısı yadigar qaldı. Mahnı ilk dəfə Rəşid Behbudovun parlaq ifasında (sonralar Fidan və Xuraman Qasımova bacıları da gözəl ifa etdilər) səsləndi.
Quruluşçu rejissor diplomu almış Həsən Seyidbəyli ilk filmini institutu bitirəndən on yeddi il sonra, 1962-ci ildə çəkdi. Amma 1946-cı ildə artıq ilk hekayəsi dərc olunmuşdu, on yeddi il ərzində də ədəbiyyatda sanballı nüfuz qazandı. Düzdür, həmin illərdə də kinoda ssenariçi kimi işlədi, onun ssenarilərini Lətif Səfərov və Tofiq Tağızadə çəkdilər.
1962-ci ildə rejissor kimi quruluş verdiyi “Telefonçu qız” filminin əsasında onun əvvəllər çap olunmuş eyniadlı povesti dururdu. Bundan sonra o, öz ssenariləri üzrə bir neçə film – “Möcüzələr adası” (1963), “Cazibə qüvvəsi” (1964), “Sən niyə susursan?”, “O qızı tapın” (1970), “Xoşbəxtlik qayğıları” (1976) filmlərini çəkdi. Başqa müəlliflərin ssenariləri üzrə quruluş verdiyi iki lenti (“Bizim Cəbiş müəllim” (1969) M.İbrahimbəyovun ssenarisi üzrə; “Nəsimi” (1973) İ.Hüseynovun ssenarisi üzrə) də bu siyahıya əlavə etsək, onda belə hesab etmək olar ki, ildə bir bədii film çəkib. Belə bir məhsuldarlığa həsəd aparmaq olar. Belə təəssürat yaranır ki, bu on dörd il ərzində – 1962-1976-cı illərdə – Həsən Seyidbəyli, sanki quruluşçu rejissor kimi kinoda çalışmadığı, kənar qaldığı on yeddi ilin əvəzini çıxırdı. Amma mənə elə gəlir, başqa bir səbəb də vardı – Həsən Seyidbəyli bədii yaradıcılığının iki istiqaməti: ədəbiyyatla kino arasında qalmışdı.
Kino onun sənəti idi, ədəbiyyat isə istedadı idi. Bununla belə, rejissor kimi çəkdiyi filmlərdən sonra kinonu da onu istedadını sübut etdiyi sahə hesab etmək olardı. O, ədəbiyyatda özünü “Tərsanə”, “Cəbhədən cəbhəyə”, xüsusilə böyük şöhrət qazanmış “Uzaq sahillərdə” romanları ilə təsdiq etmişdi. İmran Qasımovla yazdığı son romanda o, ilk dəfə xalqımızın şöhrətli oğlu, Böyük Vətən müharibəsi illərində Yuqoslaviyada “Mixaylo” ləqəbi ilə döyüşmüş, həlak olmuş və orada dəfn edilmiş əfsanəvi partizan Mehdi Hüseynzadənin obrazını yaratmışdı. Sonralar Tofiq Tağızadə İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi üzrə “Uzaq sahillərdə” filminə quruluş verdi. Qəhrəmanın adını xalqımıza məhz həmin əsərlər qaytardı, oxucular və tamaşaçılar Mehdi Hüseynzadənin yaradıcılığından məhz həmin roman və film vasitəsilə xəbər tutdular. Ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Əlbəttə, bütün istedadlı sənətkarlar kimi, onun yaratdığı əsərlərin hamısı eyni səviyyədə deyil. Həsən Seyidbəylinin ədəbiyyatda da, kinoda da uğurlu və kifayət qədər uğurlu olmayan əsərləri var. Amma o, uğurlu əsərləri ilə incəsənətimizdə həqiqi realist ənənənin formalaşmasında böyük rol oynadı.
“Altmışıncılar” haqqında tez-tez yazanda məni bəzən məhz həmin nəslin uğurlarını təbliğ etməkdə günahlandırırlar. Mən də dəfələrlə izah etməli olmuşam ki, altmışıncı illərin ədəbiyyatı və incəsənəti barədə söz açanda çətin yeniləşmənin yükü məhz onların çiyinlərinə düşsə də, yalnız həmin illərdə yaradıcılığa başlamış gənc sənətçilər nəslini nəzərdə tutmuram. Mən yaşlı nəslə mənsub olan sənətçilərin də yeni istiqamətdə işləmələrinə imkan verən Zamanı nəzərdə tuturam. Əlbəttə, yaranan həmin imkanlardan hamı yararlanmadı, amma əvvəldən yeniliyə meyilli olan, amma müxtəlif səbəblər üzündən istədiklərini gerçəkləşdirə bilməyən şairlər, yazıçılar, bəstəkarlar, teatr və kino xadimləri özlərinin ən sanballı əsərlərini məhz altmışıncı illərdə yaratmağa başladılar. Poeziyada bu, Rəsul Rzanın “Qızılgül olmayaydı” poeması, “Rənglər” silsiləsi və bir çox şeirləri, nəsrdə İsa Hüseynovun “Teleqram”, “Tütək səsi”, “Saz”, “Şəppəli” povestləri, İsmayıl Şıxlının “Dəli Kür” romanı, dramaturgiyada İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi, musiqidə Q.Qarayevin “Üçüncü simfoniya” və “Skripka konseri” əsərləri, rəssamlıqda Səttar Bəhlulzadənin tabloları, teatrda Tofiq Kazımov və Mehdi Məmmədovun tamaşaları idi. Kinomuzda isə yenilənmə yoluna hamıdan əvvəl Həsən Seyidbəyli qədəm qoydu.
Həsən Seyidbəylinin ən yaxşı əsərlərində – həm ədəbiyyatda, həm də kinoda – Zamanın ab-havası – “balaca adam” adlandırılan insanlara marağı və diqqəti öz əksini tapdı. O, keçmiş dövrün istehsalat qabaqcılları haqqında bir sıra normativ əsərlərdən fərqli olaraq, sadə adamlar – telefonçular, kənd həkimləri, liftçi qız və b. – haqqında yazmağa və çəkməyə başladı. Həm də inandırıcı şəkildə, realist dəqiqliklə və şübhəsiz ki, istedadla yaratdı. İsa Hüseynov ədəbiyyatda olduğu kimi, Həsən Seyidbəyli də kinoda yol salmağa başladı, yazıçıların və kinematoqrafçıların yeni nəsli həmin yolla getdi. Həsən Seyidbəylinin filmlərində ilk dəfə özünü parlaq surətdə göstərən digər gözəl ənənə də həyatımızın mənfi təzahürlər adlanan cəhətlərini kəskin tərzdə əks etdirməkdir. Həsən Seyidbəyli ekrana xəyali gerçəkliyin aydın, idillik və bərbəzəkli aləmini yox, həyatın sərt həqiqətini – qanunçuluğun pozulmasını, əliəyriləri, brakonyerləri gətirirdi. Yadımdadır, müzakirələrin birində məşhur rejissorlardan biri Həsən Seyidbəylinin filmi haqqında kinayə ilə fikir söyləyəndə – “osetrin” haqqında film çəkdiyini deyəndə – zalda bərk gülüşmə qopdu. Həsən gülənlər arasında onun daim dostyana münasibət bəslədiyi, bacardığı qədər yardım göstərdiyi Eldar Quliyevin də olduğunu gördü. Elə Eldar da ona çox hörmət bəsləyirdi, ola bilsin, gülüşü qeyri-ixtiyari olmuşdu. Hər halda, Həsən yana-yana mənə dedi ki, “Eldar fikirləşir, atam öləcək, velosiped mənə qalacaq”. O, Lətif Cəfərovun ölümündən sonra daşıdığı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini nəzərdə tuturdu.
Həsən Seyidbəyli kinematoqrafçılarımızın gənc nəslinə həssaslıqla yanaşırdı, Rüstəm də, Oqtay da, elə o Eldar da, mən də müəyyən məqamlarda onun köməyini hiss edirdik. Aramızda yaş fərqinin olmasına baxmayaraq, onunla çox yaxın idik. O, “Literaturnaya qazeta”nın sifarişi ilə Yusif Səmədoğlu, Əkrəm Əylisli və mənim haqqımda sanballı məqalə yazdı, Həsənin dediyinə görə, məqaləni redaksiyada yaxşı qəbul elədilər, bu yaxınlarda çap olunacağını söyləmişdilər, amma, nədənsə, işıq üzü görmədi.
“Nəsimi” filminin çəkilişi – fikrimcə, ilk sanballı tarixi ekran əsərimizdir – Həsən Seyidbəylinin böyük xidmətidir. Bütün digər müsbət cəhətləri ilə yanaşı, həmin filmdə Rasim Balayevin parlaq istedadı üzə çıxdı.
“Nəsimi” studiyamızın gələcək tarixi filmləri üçün, bir növ, təkan nöqtəsi idi. Yeri gəlmişkən, “Dədə Qorqud” (rej. T.Tağızadə), “Babək” (rej. E.Quliyev) filmlərində baş rollarda da Rasim Balayev çəkilib.
Həsən Seyidbəylinin ləyaqətli hərəkətlərindən birini xatırlamaq istərdim. Bu, İrəvanda keçirilən sovet kino filmlərinin festivalı günlərində baş vermişdi. Mən Həsən müəllimlə birlikdə festivalın münsiflər heyətinin sədri S.Rostotskini inandıra bildik ki, ermənilərin festivala təqdim etdikləri “Ermənistan haqqında yeddi mahnı” filmi millətçi-şovinist xarakter daşıyır. Məhz bundan sonra həmin filmə Qran-Pri mükafatı verilmədi.
Elə insanlar olur ki, onları rəhmətlə, ehtiramla və hörmətlə xatırlayırlar. Belə insanlardan biri Həsən Seyidbəylidir.
Məzlumluq edib başlama fəryadə, əkinçi! Qoyma özünü tülkülüyə, adə, əkinçi! Bir üzrlə hər gündə gəlib durma qapımda, Yalvarma mənə, boynunu kəc burma qapımda, Gahi başına, gah döşünə vurma qapımda, Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi!
Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum? Yağmadı yağış, bitmədi bir danə, nə borcum? Əsdi qara yel çəltiyə, bostanə, nə borcum? Getdi mənə nə fələliyin badə, əkinçi! Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!
Aldı dolu əldən sərü samanını, neylim? Yainki çəyirtkə yedi bostanını, neylim? Verdin keçən il borcuna yorğanını, neylim? Ol indi palas satmağa amadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi!
Söz açma mənə çox çalışıb, az yeməyindən, Canın bəcəhənnəm ki, ölürsən, deməyindən! Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən! Çəltik də gətir, arpa da, buğda da, əkinçi! Yoxsa soyaram lap dərini, adə, əkinçi!
Sən hey de “Yoxumdur” – çıxarib canını allam! Vallahi ovub dideyi-giryanını, allam! Şallağə tutub pərkəri-üryanını, allam! Öz halını sal indi özün yadə, əkinçi! Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!
Cütcü babasan, buğdanı ver, darı yeyərsən, Su olmasa, qışda əridib qarı yeyərsən, Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən, Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi! Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!
Lakin mənim insanlıq olub vəzi-mədarım, Bəyzadəyəm, asayişədir cümlə qərarım, Meysiz, məzəsiz, bitməz olur şamu nəharım; İştə belədir haləti-bəyzadə, əkinçi! Bəyzadələrin rəsmi budur, adə, əkinçi!
Ey çeşmimin önündə mücəssəm, vətən, vətən! Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən! Fikrim sarayını dolaşırsan zaman-zaman, Qanlı kəfənlə, dərd ilə toəm vətən, vətən! Baxdıkca həsrət ilə o solğun camalına, Çeşmimdə tar görsənir aləm, vətən, vətən! Axşam-səhər o gül üzünü isladan nədir ? Göz yaşlarınmı, yoxsa ki , şəbnəm? vətən, vətən! Dəhşət içində cismi-şərifin donub durur, Nolmuş vücudi-pakinə bilməm, vətən, vətən! Baxdıqca gül-çiçəkli o gülgün çəmənlərə, Möhnət evi sanır onu adəm, vətən, vətən! Sənsən səbəb bəqayi-dilü cani-natəvan Canım kimi nolar səni sevsəm, vətən, vətən! Gördükcə dərdini əriyir cismi-natəvan, Ney tək sızıldayır dili-pürqəm, vətən, vətən! Qarşımda dərd, matəmə batmış gözəl mələk, Səslər həzin səda ilə hərdəm: vətən, vətən! Ey xaki-pak, söndümü parlaq ziyaların? Odunmu zülmə, möhnətə həmdəm , vətən, vətən! Övladi-naxələfmi səni saldı bu günə? Eyvah, bu dərd, möhnətə dözməm, vətən, vətən! Aç, aç o qəmli köksümü, ey məxzəni-məlal, Bas bağrına bu Şaiqi möhkəm, vətən, vətən!
Buraxınız, seyr edəyim düşünəyim, oxşayayım, Şu sevimli üç boyalı, üç mənalı bayrağı. Mələklərin qanadımı üzərimə kölgə salan? Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı! Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı? Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır. Fəqət bizim bayrağımız ucaları pək seviyor, Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.
Kölgəsində ay əyilib bir gözəli qucmada. Qucaşaraq sevdiyilə yüksəklərə uçmada, Şu görünüş bir ananın şəfqətinə oxşayor. Düşündükcə zövqlərimi, vicdanımı oxşayor. Bu ay, yıldız, boyaların qurultayı nə demək? Bizcə böylə söyləmək! Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı, Bir türk oğlu olmalı! Yaşıl boya islamlığın sarsılmayan imanı, Ürəklərə dolmalı! Şu al boya azadlığın, təcəddüdün fərmanı, Mədəniyyət bulmalı. Səkkiz uclu şu yulduz da səkkiz hərli Od yurdu Əsarətin gecəsindən flirsət bulmuş quş kibi, Səhərlərə uçmuşdur Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı, Yurdumuzu qucmuşdur! Allah, əməllərim edib şu bayrağı intiqal, Birər-birər doğru olmuş, bir ad almış: İstiqlal! Yürəyimdə bir dilək var, o da doğru kəsilsin, O gün olsun bir göy bayraq Turan üstə açılsın!
Hanı məni göl qoynunda doğuran, Xəmirimi göz yaşıyla yoğuran, Beşiyimdə “layla balam” çağıran… Azərbaycan, mənim baxtsız anam oy… Neçə ildir həsrətinlə yanam oy…
Xəbər alsam, Muğanımdan, Milimdən, Nazlı Bakım, o neft qoxan gülümdən, Kim demiş ki, düşmüş adın dilimdən, Azərbaycan, mənim eşsiz yurdum oy, Ölməz eşqim, içimdəki dərdim oy!..
Salam desəm, rüzgar alıb götürsə, Ağrı dağından Alagözə ötürsə, Gur səsimi göy Xəzərə yetirsə, Xəzər coşub zəncirini qırsa oy… Hökm etsə, bu sərsəm gediş dursa oy…
Könlümə tək Kə’bə etdim səni mən, Sənsiz neylim qürbət eldə günü mən, Sənsiz neylim Allahı mən, dini mən… Azərbaycan, mənim tacım, taxtım oy… Oyanmazmı kor olası baxtım oy…
Zamanın tanınmış Gazeteci-yazarlarından Kadircan Kaflı İstanbul dışındaki yayın ve yayın araçlarını içinde bulunduğu durum bakımından değerlendirerek “Fazilet Adaları” olarak nitelendirirdi. Biz 1999 yılından beri bu Fazilet Adalarından birinde yaşamaya ve buradan sesimizi “Âlimler Konağı, Fazıllar Yurdu, Şairler Yatağı” Tokat’tan tüm dünyaya duyurmaya çalışıyoruz. Saygıdeğer okuyucularımız 2021 yılında KÜMBET Dergisi’nin 55. sayısı ile sizlerle birlikteyiz. Kültür ve Turizm Bakanlığı Türkiye’nin saygın dergileri arasında yer alan KÜMBET’i 2021 yılında da aboneliğine kabul ederek 200 kütüphaneye gönderilmesini kararlaştırmıştır. Bakanlığımızın bu desteği büyük sıkıntılar içinde bulunan dergilerin yaşamaları açısından çok önemlidir. Bu nedenle Kültür ve Turizm Bakanlığı, Kütüphaneler ve Yayımlar Genel Müdürlüğüne dergimiz ve sizler adına teşekkür ediyoruz. Bu sayımızda ağırlıklı olarak ön ve arka kapaklardan da anlaşılacağı üzere Türk kültür ve sanatının iki değerli ismi; Halk Edebiyatı alanındaki çalışmaları ve eserleriyle tanınmış –Âşık Veysel’in varlığını da gün yüzüne çıkaran– Halk Bilimci Ahmet Kutsi Tecer’i (1901-1967) ve 14 Ocak 2021’de aramızdan ayrılan bir gönül adamı, Şair, Yazar Dr. Ahmet Tevfik Ozan’ı konu edindik. Bu iki dosyayı hazırlarken görüştüğümüz birbirinden değerli hocalarımız makale, yazı ve dokümanlarını göndererek büyük ölçüde yardımcı oldular. İlgilerinden ötürü kendilerine daima müteşekkiriz. İşte, Ahmet Kutsi Tecer dosyaları için makale gönderen değerlerimiz: Emekli Öğretim Üyesi Prof. Dr. Saim Sakaoğlu, Emekli Öğretim Üyesi Prof. Dr. Mustafa Özbalcı, KTB. HAGEM Eski Genel Müdürü, Halk Bilimci Nail Tan, Emekli Öğretim Üyesi Yard. Doç. Dr. Mehmet Yardımcı, KTB. Kültür ve Turizm Uzmanı Sivas Eski Kültür ve Turizm Müdürü Kadir Pürlü, Halk Bilimci-yazar Hayrettin İvgin, Halkbilim Uzmanı-yazar Necdet Kurt, Eğitimci-yazar Celalettin Çınar. A. Tevfik Ozan Dosyasına katkıda bulunan hocalarımız: Gazeteci-yazar Bedrettin Keleştimur, Araştırmacı-yazar Şener Bulut, Şair-yazar M. Ali Kalkan, Şair Mahir Gürbüz, Şair-yazar R. Mithat Yılmaz, Şair- yazar Mahmut Hasgül, Ve çok değerli araştırma ve yazılarıyla dergimizi zenginleştiren şahsiyetler: Şair, yazar Bekir Yeğnidemir, Eğitimci-Yazar M. Ali Sarıca, Araştırmacı-yazar A. Turan Erdoğan, Araştırmacı-yazar M. Necati Güneş, Şair-yazar Nihat Aymak, Araştırmacı-yazar Burhan Kurddan, Yazar Tülay Aker Mutlu, Araştırmacı-yazar Cemali Tunalıgil, Haşim Nezihi Okay, Araştırmacı-yazar Ayla Bağ, Yazar Kenan Murguzov, Araştırmacı-yazar Dursun Arslan, Yazar Bahar Kocabaş. Şiir dünyamız için bu sayımızda daha çok Tokat Şairler ve Yazarlar Derneği üyelerinin sizler için gönül dağarcıklarında sakladıkları duygulara yer verdik. Baharın gelişi ile birlikte karlar arasından gülümseyen nevruz çiçeklerimiz arasında: Abdullah Satoğlu, A. Tevfik Ozan, Ayhan Nasuhbeyoğlu, Prof. Dr. Ebubekir Altıntaş, Remzi Zengin, Ahmet Divriklioğlu, Sündüs Arslan Akça, Rasim Yılmaz, Şerare Kıvrak Yağcıoğlu, Kumrugül Türkmen Akın, Abdulkadir Türk, Orhan Tamtürk, Yunus Yılmaz, Merdin Yıldırım, Mustafa Akkaya, Alp Sağkan yer aldılar. Yeni sayımızda buluşmak dileğiyle… Hasan Akar Tokat Şairler ve Yazarlar Derneği Başkanı
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovun “İctimai-siyasi cərəyanlar və onların mahiyyəti” adlı məqaləsi Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 55 yeni sayında dərc olunub.
“Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” ayihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.
Qeyd edək ki, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tərcüməçi-jurnaist Kamran Murquzovun “Yoxtu ehtiyacın Senin” şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Bu günlərdə iş yoldaşım Ayişə xanım mənə telefon açıb, Vətən müharibəsində şəhid düşən gənc zabit – xalası oğlu Muraddan danışdı. Onun həyat hekayətindən, döyüşlərdə göstərdiyi sücaətdən, qərəmanlıqdan söhbət açdı. İnternet üzərindən yazışmalarını göstərdi mənə. “Sizin şeirləri izləyirdi, sevirdi”- dedi. Əlbəttə, onu dinləyincə çox duyğulandım, çox kədərləndim. Şəhid zabitimizin döyüş yolundan danışılarkən isə qəlbim qürur hissi ilə doldu eyni zamanda. Sonra söhbət Muradın şeirlərindən düşdü. Ayişə xanım: ” O, uzun müddət Tükiyədə təhsil almışdı, əsasən Türkiyə türkcəsində yazırdı”- dedi. Şeirləri mənə göndərdi. Gənc olmasına rəğmən yetkin və istedadlı bir şairin şeirləri vardı qarşımda. Bir qələm adamı kimi də, sıradan bir oxucu kimi də bu şeirləri yüksək dəyərləndirməmək mümkün deyildi. Bu şeirlər müəllifinin söyləmək istədiyi mətləbə görə də, poetikasına görə də yetərincə duyğusal, düşündürücü və mükəmməl idi.
Muradın həmin şeirlərini nöqtəsinə, vergülünə toxunmadan “Ədəbiyyat qəzeti”nin oxucularına təqdim edirəm!
Əziz şəhidimizin ruhu zəfər gününə, şeirləri Azərbaycan gəncliyinə əmanət olsun!
İbrahim İlyaslı
Murad Nağıyev
Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda dünyaya gəlmişdir. O, hələ bir yaşı tamam olmamış ailəsi ilə birlikdə Bakıya, Bakıxanov qəsəbəsinə köçmüşdür. Təhsilə 271 nömrəli məktəbdə başlayan Murad Nağıyev, tezliklə həm öz zəkası, həm də tərbiyəsi ilə digərlərindən seçilmiş və müəllimlərinin sevimlisinə çevrilmişdir. 8 il bu məktəbdə əla qiymətlərlə oxuduqdan sonra, 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak etmiş və burada yüksək nəticə göstərdiyinə görə Türkiyənin Kuleli Hərbi Liseyinə seçilmişdir.
Murad Kulelidə də özünü doğrultmuş, xüsusilə də riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə müəllimləri tərəfindən ona “matematik dehası” (riyaziyyat dahisi) adı verilmişdir. O, burada mülki dərslərlə yanaşı, həm də hərb elminin bütün sirlərini öyrənmiş, müxtəlif yerlərdə yay toplanışlarında və təlimlərdə iştirak etmişdir. Liseyi müvəffəqiyyətlə bitirərək 2015-ci ildə Türkiyədə Kara Harp Okuluna daxil olmuşdur. Birinci kursu burada başa vursa da, 2016-cı ildə Türkiyədəki dövlət çevrilişi cəhdindən sonra (bütün hərbi məktəblər bağlandığı üçün), o, digər azərbaycanlı kurs yoldaşları ilə birlikdə vətənə geri qayıtmış və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilinə davam etmişdir. Murad Nağıyev 2020-ci ildə buradan məzun olmuş və bununla da o, ümumilikdə 9 illik yüksək səviyyəli hərbi təhsilə yiyələnmişdir.
Murad Nağıyev 2020-ci ildə Bakı yaxınlığında yerləşən N saylı hərbi hissəyə təyinat almış və leytenant rütbəsi ilə tank taborunda tağım komandiri, tank komandiri olaraq xidmətə davam etmişdir.
O, 27 sentyabrda başlayan Vətən Müharibəsinə elə həmin gün yollanmış, qızğın döyüşlərin getdiyi Füzuli istiqamətində hərbi əməliyyatlarda iştirak etmişdir. Komandirləri və rütbəcə yüksək yoldaşları gənc zabiti döyüşə girməməyə razı salmağa çalışsalar da, o: “Mən zabitəm, öz tankımda özüm gedəcəyəm!” deyərək, döyüşə ən ön sıralarda atılmışdır. Murad Nağıyev tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv etmiş, düşmən texnikasını qənimət götürmüşdür.
O, oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə düşmənin uzaqdan idarə olunan tank əleyhinə raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Silahdaşlarının dediyinə görə, Murad Nağıyev həmin gün də israr etmişdi ki: “Bu gün kolonda bizim tank birinci gedəcək”.
Onun şəhid olduğu yer 8 gündən sonra tam nəzarətə götürülə bilmiş və həmin gecə bayrağa sarılı nəşi Bakıya gətirilmişdir. Murad Nağıyev oktyabr ayının 20-də İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Leytenant Murad Nağıyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Murad eyni zamanda uşaq yaşlarından incəsənətə maraq göstərmiş, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənmiş, həmçinin Türkiyə türkcəsində şeirlər yazmışdır.
İstanbul ve Hayat
Yeni bir gün başlat hayatta.
Sabah güneş kendini göstermeye başlar,
Sonsuz ufuklarda.
İlk ışıklar akseder deniz üstünde.
Öylece izlemeye başlarsın güneşin doğuşunu,
Sonra dayanamazsın bu güzellik karşısında,
İçini bir ferahlık kaplar.
Yüzün güler, hayran kalırsın bu eşsizliğe.
Her şey uçuverir aklından,
Kilitlenip kalırsın bu manzaraya,
Ama uzun sürmez bu güzellik,
Hayat gibi güzel görünür ilk başta.
Ve bitti artık bu doyumsuz güzellik,
Acı vermeye başlamıştır çok sevdiğin ışıklar.
Gözlerin kamaşır, dayanamazsın, bakamazsın,
Sonra yüzün yanmaya başlar.
Bir tokat yemiş gibi yüzün yanar,
Evet bir tokat, hayattan yediğin bir tokat.
Ne tuhaf değil mi?
İlk önce aldanıp sonra yanmak.
Emre’ye veda
Kalbimde derin bir acı,
Hayatımda yeni bir vurulma.
Hayattan yeni bir kahpelik,
Sırtımda derin bir yara.
Yaşlı gözlerimde boş bakış,
Giden var fani dünyadan.
Yerleşen var gönlüme,
Yerleşen var kalbimin derinliğine.
Acım büyük, yüküm ağır,
Aldı seni benden hayat.
Kopardı seni bizlerden.
Ama kalbimdesin, gardaşım,
Kalbimdesin, arkadaşım.
Gittin be, gardaşım, gittin,
Çok uzaklara gittin.
Yetişemediğim yerlere gittin,
Gelemediğim, ulaşamadiğım yerlere.
Biliyor musun inanamadım gitmene?
Hep yanımda olacağını düşünmüştüm,
Beni asla bırakmayacağını düşünmüştüm.
Ama hayat kopardı seni bizlerden.
Hep şikayet ederdim hayattan,
Hep sana dert yanardım.
Hep sen dinlerdin beni,
Hep sen destek olurdun bana.
Gittin be, gardaşım, gittin.
Boşluk var hayatımda,
Yeri dolmayacak bir boşluk.
Büyük bir yara var asla kapanmayacak.
Ama biliyorum yine de yanımdasın,
Hep izliyorsun bir yerlerden beni.
Tam da düşündüğüm gibi oldu,
Hiç bir zaman bırakmayacaksın beni.
***
Gözlerinde bulduğum huzuru
ebedi uykumda bile bulamam, sevdiğim.
Değil seni üzmek, seni severken bile
incineceğinden korkarım, sevdiğim…
***
Her an içimi yakıyor hasretin, sevgili,
Kalbim duracak, ciğerim sönecekmiş gibi.
Her an içimi yakıyor hasretin,
Kül olup bitecekmiş gibi…
***
14 yaşında giydik üniformayı,
Cılız bedenlerimize gençligimizi harcadık Vatan uğruna.
Ama hiç bir zaman keşke demedik biz.
Siz sıcak yataklarınızda uyuyun diye.
Bakmayın gülüp eglendigimize,
Siz gezip tozarken biz ayağımız
yara-bere içinde egitim yaptık.
Siz sevgilinizle müzigin ritminde kendinizi kaybederken
Biz düdük sesiyle kollarımız parçalana kadar
“Vatan sağolsun!” diyerek süründük.
Siz alkolden 3 kuruşluk insanların kollarına düşerken
Biz yanı başımızda susuzluktan
bir heykel gibi yerlere yapışan adamlar gördük.
Siz “aşk” dediniz, biz “Vatan” dedik.
Ne yaptıysak olmadı, kötü olan yine biz olduk.
Olsun biz yine susar, bi sigara daha yakarız,
ama şunu asla unutmayın:
Şayet bir gün güneş bizimle doğup, bizimle batmazsa
sizin için de artık güneş doğmayacaktır.
Bizi tsk yı yıpratanlar diye lanse etmeye çalışanlara
Sanatçı kimin için yazar? Kendi açmazlarına çözüm bulmak için mi, toplumun sorunlarını ortaya koymak için mi, estetik değeri haiz anıt oluşturmak için mi? İdeolojisini yaymak, adını gelecek kuşaklara bırakmak, ya da Necip Fazıl’ın “Anladım işi, sanat Allah’ı aramakmış;/ Marifet bu, gerisi yalnız çelik-çomakmış…” dizelerinde işlenmiş duyguyu – gerçek sevgiliyi – aramak, hakkı ve hakikati haykırmak için mi? Sanatçı, her ne amaçla yazarsa yazsın, karşısında iyi bir eleştirmen varmış gibi yazmalı. Bu anlayış; sanatçının kendi adı için, edebiyatımızın gelişmesi, ilerlemesi, yükselmesi için lüzumludur. Çünkü eleştirmenin iyisi, yapıtın hakiki değerini ortaya çıkarır. Onun gözünden hiçbir şey kaçmaz. Eleştirdiği yapıtın tüm inceliklerini, ayrıntısını bilir çünkü. İşin kolayına kaçmış yazarı, basmakalıp söyleyişleri, başka kapılardan yemlenmiş düşünceleri, cımbızlanmış seçkin ifadeleri, okurun göz pınarlarına oynayan şairleri, geçmişin koltuk değneklerini kullanan intihalcileri, ikinci el söylemleri, hepsini… Söz dizimine yeni soluk getireni de, toplumun nabzını tutanı da, hep kendini anlatıyormuş gibi görünüp her bir yapıtında bir özge insanı gözler önüne sereni de… Çünkü o, ormana bakıp yaprakları görendir. Yeri geldiğinde eski defterleri karıştırmayı da en iyi bilen, eserdeki açık kapıları anında farkeden, tanıdıkları karşısında terazinin ayarlarıyla oynamayan, fincancı katırını ürküteceğini bile bile söyleyeceklerini makaslamayan, bunu yaparken elden düşme malzemeler kullanmayan. Çünkü eleştirmen, dalgalarla boğuşmayı göze alabilecek kadar cesur, inandığı yolda tek yürüyecek kadar yiğittir. İşte tüm bu nedenlerle her kalem sahibi, yapıtını tribünleri göz ardı etmeden iyi bir eleştirmenin nazarında tartıya çıkacağını düşünerek oluşturmalıdır. “İyi bir eleştirmenin nezdinde benim yapıtımın değeri nedir?” sorusu, akreplerle dolu, dar bir yolda yürümek gibi bir etkiye sahip olacaktır sanatçı için. Belki yapıtlarda nicel düşüş yaşanacaktır ama eserlerdeki nitelik artacak; sonuçta, edebiyatımız, sanatımız, kültürümüz ve yapıtın sahibi kazanacaktır.
Yarpuz’un şimdiye kadar çıkan yirmi dört sayısı ile belli bir duruş yakaladığını görmek yaptığımız işteki kararlılığımızı ve inancımızı artırıyor. Üçüncü yılımıza girdiğimiz bu sayımızla logodan sayfa düzenine kadar birçok değişikliğine gittik. Amacımız hem biçimsel hem de içerik olarak her zaman en iyiyi yapmak.
Birbirinden değerli şair ve yazarlarımıza Yarpuz’a eserleriyle güç kattıkları için çok teşekkür ediyoruz. Yeni sayılarda buluşmak ümidi ile … Yarpuz Edebiyat Dergisi
.. yazı vicdanın kanamasıyla oluşur. Yazar, insanlık için vicdanını kanatarak mürekkep yapana denir.
AKALEMLER 32. SAYISI OKURUYLA BULUŞTU.
İki ayda bir yayınlanmakta olan akalemler dergisi 32. sayısı okurla buluştu.
Mağara Edebiyatı takdimi ile okurunu selamlayan dergi. “Edebiyat insanın arzularını, kederlerini, ıstırap ve acılarını konu edinir.” Diyerek toplumsal duyarlılığa vurgu ile sözü Diyarbakır annelerine getiriyor. Edebiyat kamuoyunun ve yazar camiasını konuya duyarsızlığı ile yazar tanımını “…yazı vicdanın kanamasıyla oluşur. Yazar, insanlık için vicdanını kanatarak mürekkep yapana denir.” Hükmü ile Anne acısına duyarsızlığı Platon’un mağara benzetmesine atıfla, günceli gerçeklikten uzak, gölge oyunu olarak niteliyor. Her türlü ideolojik körlüğün dışında olduğunu belirten dergi: “Kendi ideolojik mağarasında yaşayanlar bizim ışığımızı görmeseler de olur.” Cümlesiyle kendi edebiyat konumunu belirginleştiriyor.
Kapağında Şair Ahmet Tevfik Ozan’a yer veren dergi geçtiğimiz ay kaybettiğimiz Prof.Dr. Ahmet Tevfik Ozan’a geniş yer ayırmış. Lütfü Şehsuvaroğlu’nun dörtlüğü kapakta yer alırken, Rıfat Yörük, Osman Aytekin, Selçuk Şamil, Selim Tunçbilek yazılarına Ahmet Tevfik Ozan’ın şair kişiliğini konu etmişler.
Derginin son sayılarında dikkat çeken yazarlarından Beste Bekir; çıkış yazısına uygun duyarlılıkla “Savaş Edebiyat Çarptığında” başlığı ile savaşın acılarını konu edinen edebiyata vurgu yapmış.
Derginin önemli hikâyecilerinden Melike Çelik ile birlikte Funda Karakeklik, Kübra Kızıltoprak zevkle okunan konulara el atmışlar.
Şiirleri İle Dergide dikkat çeken imzalar ise; Burhan Kale, Kurtuluş Çelebi, Yüksel Gazioğlu, Hızır İrfan Önder.
Hilal Kutlu Dergide sürekli yazan kalemlerden, “Mektubumun Hayaleti” isimli yazısıyla akalemler’de okuyabileceğiniz isimlerden.
Edebiyat insanın arzularını, kederlerini, ıstırap ve acılarını konu edinir. Diyarbakır’da onlarca anne karda, kışta, gözyaşları içinde aylarca evlatlarının yollarını gözlüyorlar. Bu dram karşısında insanlık gibi edebiyatımızda sus pus olmuş durumda. Edebiyat hayatın bu acıklı cephesine gözlerini kapamış durumda. Neden? Edebiyat insanının yaşamadığı, tatmadığı bir keder mi bu? Sanmıyorum. Kaç edebiyat insanı bu acıyı yaşamıştır kim bilir? Ama bizde bu durum sanki A. Camus’un yabancı romanına konu edindiği anne çocuk ilişkisine benziyor. Edebiyatçılar güncel olanın peşinden koşarken yapayalnızlık içinde çırpınan annelerin acılarını işitmiyorlar. Oysa yazı vicdanın kanamasıyla oluşur. Yazar, insanlık için vicdanını kanatarak mürekkep yapana denir.
Yazarlar, büyük(!) edebiyatçılar neredesiniz. Hangi mağaranın kovunda gölgelerden yansıyan sesleri ve şekilleri gerçeklik sanarak yazmaya devam ediyorsunuz? Şimdi size güneşi göstermenin anlamı olmadığını da biliyoruz. Diyarbakır’da bülbül hikâyesinin kendisi şimdi çadırdaki anneler. Gül gibi evlatlarının kokusunu ciğerlerine çekerek bayram etmek istiyorlar. Bu acı okur kaybettirir size değil mi? Oysa hiçbir annenin acısı kâr zarar hesabına evirilemez. Yusuflar kuyuda, anneler çadırda sizde mağaranızda. Yaşasın sesler, gölgeler ve duyarsız edebiyat demeyeceğiz.
Hayatın gerçeğine gözlerimizi kapatmak istemeyen bir dergi olduk. Bu yolda bildiğimiz türküyü söylemeye devam edeceğiz. Kendi ideolojik mağarasında yaşayanlar bizim ışığımızı görmeseler de olur. Her türlü ideolojik körlüğün karşısında olduk. Tek çabamız toplumun ihtiyacı olan hassasiyeti gözetmek. Kalemi vicdanımızın dışında hiçbir çıkar grubu veya çıkarımızın emrine vermedik. Sayfalarımızı da… O nedenle yalnızca kamu kaynaklarından gelir devşirmek için çıkmıyoruz. Ismarlama yazılar beslemiyor bizi. Sanata, insana, değere ve okura saygı…
Leyala Şerif Emin’i TYB iki yılda bir düzenlediği Türkçenin Uluslararsı Şiir Şöleninde tanıdım. Balkanların Anadoluya özlem dolu bir yürekten taşan şiirler okudu. Üsküp onun adeta kimliği. Bir Üsküp Masalı onun yeni şiirlerinin yer aldığı son eseri. Balkanların bu soylu yüreğinin şiirleriyle tanışmak sizi o cografyalarda yaşanan her tür özlemin sıcaklığını hissettirir. Leyla Şerif Emin’in şiirleri
Bütün Urumeli şairleri, bilhassa da Üsküplü olanları Yahya Kemal yetimi sayılmalıdır!
Rumeli şairler coğrafyasıdır, şiir toprağı verimlidir. Divan şiiri Anadolu’da doğmuştur ama Rumeli’de neşv ü nema bulmuştur. Hele son yüzyıllarda Rumeli kökenli şairler şiir tarihimizde geniş yer tutar. Yahya Kemal’in Rumeli şairleri içinde müstesna bir yeri vardır. O şiirin hakkını verdiği kadar Rumelinin hakkını da teslim etmiştir. Köklerini, toprağını, annesinin hakkını hiçbir zaman inkâr etmemiştir.
Söyle ey şehir sana kaç şiir yazıldı bozgundan sonra…
Leyla Şerif, Üsküplü bir şaire olarak mâzinin şiir toprağından mısralar devşiriyor. Onun Yahya Kemal’in Açık Deniz şiirinin hüznünün sinmediği şiiri yok gibi. Şiirleri Üsküp’te başlıyor, İstanbul’a gidiyor zaman zaman, ama hep Üsküb’e dönüyor.
Çalıyor yine davullar
Bende fırtınalar kopuyor
Evine dönüyor Âgâh, iki şiir yakıyor
Kıvranır o sükünette iki bavul bir mendil
Âgâh kim? Yabancımız değil, Mehmed Âgâh, yani Yahya Kemal… Koca şairin Üsküb’e acıklı bir veda sahnesi gibi okuyabiliriz bu mısraları.
Kaybolan Şehir şiiri Leyla Şerif’in şiirinin değişmez laytmotifi. Oradan çıkıyor, her yeri dolaşıyor, asla kaybolmuyor ve tekrar oraya dönüyor.
Bu “Kaybolan şehir”den sesleniyorum sana
Leyla Şerif, bir varoluş mücadelesini omuzladığının farkındadır. Omzuna binen bu ağır yükten şekvacı da değildir.
Kaç beden büyüktü savaşlarım bilmiyorum
Üsküb’de, geçmiş zamanın şiirinin büyüsüne kapılan şairler, edipler Türkçe eserler ortaya koydukça şehir kaybolmayacaktır. Leyla Şerif bu şuurla ve heyecanla yazmaktadır şiirlerini.
Vatan senin olduğun yerdir bana.
Leyla Şerif, sürekli şehir, nehir ve semboller üzerinden konuşur. İçinden nehir geçen bir şehirde en önemli sembol köprüdür. Üsküb’ün tarihi köprüsü o kadar çok şeyi birbirine bağlar ki, vazgeçilmez bir sembol olur.
Üsküb’ün en dikkat çeken yapılarından biri şehrin birçok yerinden kolaylıkla görülen Saat kulesidir. Rumeli ağzıyla, “Saat kule” tarihin şahidi, eşi bulunmaz bir anıttır. Zamanı ölçmek için yapılmıştır ve zamana meydan okumaktadır:
Ben ne Kızkulesiyim ne de Galata
Ben zamana meydana okuyan Üsküp’ün saat kulesiyim
*
Bulunduğum yerde Sultan Murad’ın naaşı kalmış bir gece
Nöbet yeri işte
Yüzyıllardır aynı nöbetteyim.
Leyla Şerif de nöbettedir. Onun dil, kültür ve tarih nöbetinin kayıtları kitaplarından takip edilebilir. Saat kulesinin cismen tuttuğu nöbeti Leyla Şerif sözle, yazıyla tutmaktadır. Onun kayıt altına aldıkları bugünden düne uzandığı gibi, yarına da uzanacak ve manevi bir saat kulesi vazifesi görecektir.
Saat Kulesi’nin saati çalınmıştır. Ama yerine yenisi konulacaktır. İşte o zaman mekânın zamanla bütünlüğü sağlanacaktır.
Saat Kulesi, Leyla Şerif’in dilinden konuşur:
Saatlerinizi iyi ayarlayın sonra enstitü kurarım!
Edebî bir metinde büyük bir edebiyat eserine, Saatleri Ayarlama Enstitüsü’ne gönderme yapılmaktadır. Edebiyatçının edebiyat eserleri üzerinden konuşmasından daha tabiî ne olabilir?
Bir Üsküp Masalı’nın sonunda, bir önceki kuşaktan Prizrenli şair Zeynel Beksaç’ın kitaba dair yazısı bir kadirşinaslık bildirisi olarak yer almaktadır.
En başarılı Osmanlıvalilerinden biri olarak kabul edilen Midhat Paşa’nın Tuna Valiliği yaptığı yıllar (1864-1868) modernleşme tarihimiz açısından ayrı bir önem taşır.
Devraldığı modernleşme mirasına kendine özgü denilebilecek birçok yenilik katan Midhat Paşa; dönemin taşra sorunlarına çözüm bulmak amacıyla ilan edilen Vilayet Nizamnamesi’ni Tuna’da başarılı bir biçimde uygulamakla kalmamış, yaygınlaşmasına öncülük de etmiştir.
Osmanlı Devleti’nin yeniden yapılanmasını zorunlu kılan sosyopolitik ve ekonomik gelişmelere de yer verilen eserde; katılımcı yerel yönetim, kanun hâkimiyetinin sağlanması, denetimin kurumsallaşması gibi; devlet yurttaş ilişkilerinin daha rasyonel ve çağdaş nitelikler kazanması konularında hayata geçirilen uygulamalar da ele alınıyor.
Prof. Dr. Bekir Koçtarafından kaleme alınan Osmanlı Modernleşmesi ve Midhat Paşa, tarihi kökenleri hakkında az şey bilinen taşra belediyeleri, nizamiye mahkemeleri, çocuk esirgeme kurumları, kız ve erkek meslek okulları, hapishane atölyeleri, kasaba buğday pazarları, siyasi polislik, tahsildarlık ve taşra basını gibi birçok kurum ve uygulamanın günümüze ulaşmasında Midhat Paşa’nın katkılarını geniş bir çerçevede ortaya koyuyor.Yılı: 2021 Genişli: 15,5 Yükseklik: 23,5 Sayfa Sayısı: 384
Doğan kitapın her hafta okurlar için edebiyat cebinde uygulaması çerçevesinde yayınladığı haftanın öyküsünde bu hafta Hakan Kurtaş’ın Hissi Kablelvuku adlı öyküsü yer aldı.
Doğan kitaptan haftanın öyküsü çerçevesinde yayınlanan öyküleri aşağıdaki linklerden takip edebilir ve indirip okuyabilirsiniz.
Haftanın öyküleri pdf, e-pub ve mobi olarak yayınlanmakta ve okurlar tarafından kendi cihazlarına indilebilmektedir.