“Mirvarid Dilbazi Məclisi”nin təşəbbüsü ilə “Ləman” nəşriyyatında çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Gürcüstan Aşıqlar Birliyinin sabiq sədri, “Dərviş” cəmiyyətinin qurucusu və başqanı, şair, publisist, folklor tədqiqatçısı Dərviş Osman Əhmədoğlunun “Mən Borçalıda qaldım” adlı şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru Güllü Eldar Tomarlı, texniki redaktoru Vüsal Əmirov, məsləhətçisi Savalan Osmanlı, “Ön söz” müəllifi isə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.

Kitab müəllifin oxucularla növbəti-səkkizinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Qeyd edək ki, bundan öncə Tiflis şəhərində nəşr olunan “Dədə Qorqud” dərgisinin sahibi və baş yazarı, Azərbaycan Yazıçılar Birliyinin və Gürcüstan Yazıçılar Birliyinin üzvü, şair Dərviş Osman Əhmədoğlunun “Borçalıda yanan ocaq” və “Mənim söz karvanım” adlı şeir kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdı.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
və İctimaiyyətlə əlaqələr şöbəsi.