https://d.radikal.ru/d39/1910/be/82e49fdec5ab.jpg

Bu günlərdə Qərib Mehdinin “Ağpapağın nağılı” adlı (povest, hekayələr və esselər) kitabı (“Vektor” Beynəlxalq Nəşrlər Evi, Bakı-2019) işıq üzü görüb.
“Ağpapağın nağılı” nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist, “Həsən bəy Zərdabi”, “Məmməd Araz”, “Cəsarətli jurnalist” ali ədəbi mükafatların laureatı Qərib Mehdinin sayca 46-cı kitabıdır.
Müəllif kitabın annatasiyasında yazır: “Sizi narahat edən məsələlərin açarını “Ağpapağın nağılı”nda tapacaqsınız”.
Tanınmış yazıçının bütün kitabları kimi, bu kitabın da rəğbətlə qarşılanacağına inanırıq.
Kitab 19 oktyabr 2019-cu il (saat 12:00) tarixində Gəncə şəhər Mərkəzi Kitabxanada oxucuların ixtiyarına veriləcəkdir.

Mənbə: http://kultur.az