Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 2941 - 3000 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi.Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər

Post Views: 217 * * * Şeir yazmaq tutub məni. Ağlımı itirmişəm şeir yazmaq arzusundan. Dilimə gələn sözlərin quluyam, ürəyimdə qalanların dəlisi. Şeirə söykənib baxmaq istəyirəm dünya dediyimiz şeyə, dünyadan şeir arxasında gizləndiyim kimi… Hər itkim bir şeirə dönüb, hər sözümlə ömrümdə nəsə sönüb. Nə irəli getmək istəyirəm, nə geri. Nə sola, nə sağa. Dünya …

Azərbaycan ədəbiyyatı

Xalq şairi.Zəlimxan YAQUB.Seçmə şeirlər

Post Views: 136 CENEVRƏ DÜŞÜNCƏLƏRİ Təbiət ruhumda ilahi bir sirr, Sayrışır gözümdə al, yaşıl, sarı. İnsanı heç zaman doydura bilmir, Tanrının ilhamla yaratdıqları. Nə fırca isidir, nə dəftər, qələm, Ovsuna düşmüşəm, sehrlənmişəm. İkinci addımı ata bilmirəm, Elə bil yerimdə möhürlənmişəm Nə varsa hər şeyi yaradıb Allah, Şair nə yaratsın, rəssam nə çəksin? Rəssamın gücü var, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi.Bəxtiyar VAHABZADƏ.Seçmə şeirlər

Post Views: 357 KÖRPÜ ÇAYDAN UZAQ DÜŞÜB Dostum H.Şirməmmədə Hələ toxum cücərməmiş, Tarlamıza alaq düşüb. Başımız da daz olalı, Əlimizə daraq düşüb. Xəyallarım – qanad-qanad, Ətəyimdən dartdı həyat. Dünənimə Dürat, Qırat, Bu günümə ulaq düşüb. Əlim üzüldü diləkdən, Dilim yandı “gəl” deməkdən. Öz haqqını gözləməkdən Haqqın gözünə ağ düşüb. Bu tayda sən, o tayda mən, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi.Xəlil Rza ULUTÜRK.Seçmə şeirlər

Post Views: 3. 793 Vur Elə mən özüm də bu gün yırtıcı… Yırtıcı nifrətim düşməni qovur. Ayıq kirpiklərim qisas qılıncı… Vur, ölən daşnakdır, adam deyil, vur ! Yırtıcı düşmənim düşməni qovur. Adam bənzəyir yalnız zahiri, Kirli caynaqları neştərdən iti. Dişinin dibində ölüm zəhəri, Gəlir Yer üzünün ən murdar iti. Kirli caynaqları neştərdən iti. Bu gün Azərbaycan …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 86 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, SEVGİSİZ EY DÜNYA VARMI DƏYƏRİN?! Bir ürək yanmasa alovlanmasa, Sevgisiz ey dünya nədir dəyərin?! Bülbül nalə çəkib yar aramırsa. Qədrini kim bilər, qönçə güllərin. Sevgisiz ey dünya nədir dəyərin?! Sevirəm kəlməsin bir dil demirsə? Gözlər yar axtarıb ,yarı gəzmirsə? Ürək bu sevgiylə …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Ən müqəddəs torpaqdayam”

Post Views: 132 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Qocaman gözəl dünyanın, Nə gözü, nə də qaşıyam. Bu qərib, fani dünyaya, Gəldim qəm yükün daşıyam. Zərrəyəm, yaşadıqca mən, Ömrü boyu göz yaşıyam, Unutmuram, çox ağladım, Süzülmüşəm, yanaqdayam. Bu dünyada bir zaman bax, Günəşdim, ulduzdum, aydım. Şerimi illər öncə …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.Yeni şeirlər

Post Views: 114 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Sarı eşqə Tanrı ağlar, Bəndə ağlamaz… Ağlamaz… Qoca palıd çal başına Sarı bağlar… Qara bağlamaz… Bağlamaz… Əyilib səcdə edərəm Getdiyin hər dan üzünə… Məcnuna qibtə edərəm, Leylinin həya rübəndi Yaraşmaz nakam üzümə… Yandım… Aman, sarı palıd… Qoynunda koğuşun varmı? Bu …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Yeni şeirlər

Post Views: 121 Gülümsə İçində tufan qopur, üzün hələ gülürsə, Yaşayırsan deməkdir, yaşayırsan, gülümsə! Qəlbin alov tutanda, gözündən yaş gəlirsə, Yaşayırsan deməkdir, yaşayırsan, gülümsə! Hələ salam verirsə, yanından ötən biri, Günahsız bir körpənin dodaqları gülürsə, Bir əlin o birinə daha isti gəlirsə. Yaşayırsan deməkdir, yaşayırsan, gülümsə! Ruhun sızıldayırsa yaralı quş görəndə, İçində bir duanın səsi …

Azərbaycan ədəbiyyatı

İlahə İMANOVA.”Elçi zanbaqlar” (Povestinin davamı)

Post Views: 135 Bir qız və ya qadın üçün rəqibinin qarşısına çıxmaq qürur və mənliyini, ləyaqətini alçaltmaqdan əlavə, həm də qarşısındakının ondan daha yaxşı olduğunu etiraf etmək demək idi. Qarşımda dayanmış gözəl qıza bu cəhəti yaraşdıra bilmədiyimdən halına acıyırdım. Yəqin ki, onun yerinə olsam, mən heç vaxt bunu etməzdim. ─Deyəcəyiniz sözləri təxmin etdiyim üçün, sizə …

Azərbaycan ədəbiyyatı

Qələm yoldaşlarının gənc yazar Emil Rasimoğlunun doğum gününə şeir hədiyyələri

Post Views: 109 ( Emil Rasimoğlunun doğum günü üçün…) Dəniz torpağa söykənib, Sabahlarımız küləyə… Kül olmağı bacarırsan gözlərində Çək gözlərini yaxınlardan, Çətin günlərin adı “dostluq” qalsın. Sevgisiz… Qürbət bir gəmidir, yelkənsiz… Çək gözlərini uzaqlardan, Barmaqların yazıda dara çəkilsin, Sevinsin bunlar, sevinsin onlar… Bir daha süfrəyə yaxınlaş Böl iki yerə çörəyimizi, Elə gülüşlərimizi də… De ki, …

Azərbaycan ədəbiyyatı

Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.Seçmə şeirlər

Post Views: 201 YAZMAQ ARZUSU Eldən soraq gəldi, sevin, ey nəğməm, Sevincin, şadlığın bir bulaq olsun. Azadlıq eşqilə gülsün bu aləm, Arada nə həsrət, nə fəraq olsun. Gülün, ey yazısız qalan varaqlar! Bəyaz sinənizdə yollar görünsün. Sizi nəfəsilə oxşasın bahar, O ağ qanadınız şeirə bölünsün. Gül sən də ey qələm, sakit durma heç, Qəlbimin atəşi …

Azərbaycan ədəbiyyatı

Məhəmmədhüseyn ŞƏHRİYAR.Seçmə şeirlər

Post Views: 5. 211 BEHCƏTABAD XATİRƏSİ Ulduz sayaraq gözləmişəm hər gecə yarı, Gec gəlmədədir yar, yenə olmuş gecə yarı. Gözlər asılı, yox nə qaraltı, nə də bir səs, Batmış qulağım, gör nə döşürməkdədi darı. Bir quş: “Ayığam!”- söyləyərək, gahdan QARANLIQ GECƏLƏR Aman Allah, yənə şeytan gəlib iman apara, Qoruyun, qoymuyun imanuzu şeytan apara. Mənim insanlığımın gör …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.Seçmə şeirlər

Post Views: 270 HƏYAT YOLDAŞIMA Bu həyat yükünün öhdəsindən mən Heç gələ bilməzdim sən olmasaydın. Deyirəm, kim bilir, bəlkə bu qədər Sevilə bilməzdim sən olmasaydın? Eşqin möcüzələr yaratdığım, Mən bilə bilməzdim sən olmasaydın. Ömür kitabından dərdi, kədəri Tək silə bilməzdim sən olmasaydın. Yaxşı ki, sən varsan mənim yammda Mən gülə bilməzdim sən olmasaydın, Birgə yaşamağın …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Söhrab TAHİR.Seçmə şeirlər

Post Views: 130 QOŞA GEDƏK! Kəmərinin gümüşünü Ver çaylara, kəhrizlərə. Ağ əlinin işığını Əmdir mavi dənizlərə. Xislətinin ipəyini Sər dağların ətəyinə. Öpüşünün ətrini bük Qonçaların ləçəyinə. Gülüşünü gül–gül çilə Dərələrin ürəyinə. Pıçıltını qoy bulağın dodağına. Saçlarının dalğasını Tök dənizin qucağına. Hər baxışda göz qırpmağı Öyrət uzaq ulduzlara. Nəfəsinin ətrini çək Həsrət çəkən yarpızlara. Səp səsinin …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Balaş AZƏROĞLU.Seçmə şeirlər

Post Views: 130 ARZU Bəzən öz-özümə düşündükcə mən, Xəyallar qəlbimi alır əlimdən, Deyirəm: mən də bir əsgər olaydım. Nə ola ömrümün bu gənc çağında, Odlar ölkəsinin gen qucağında Geniş səhralara rəhbər oleydım. Dureydim sərhəddə əlimdə tüfəng, Qaranlıq mayaq kimi, Zamanlar keçirmiş qarlı dağ kimi. Öpeydi sinəmi yellər hər səhər, Düşeydi üstümə gülgün şəfəqlər, Günəşin rəngindən …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Azdı”

Post Views: 99 Dərə də dünyanın, düz də dünyanın, Əyri də dünyanın, düz də dünyanın, Düzləri qalıbdı düzdə dünyanın, – Onunçün düz olmaq istəyən azdı… Gədənin bəy olmaq qisməti artıb, Dosta atmaq kimi hiss, qəti artıb, Yaraya səpilmək xisləti artıb, Süfrədə duz olmaq istəyən azdı. Həyatdı, hamını “döz” güləşdirir, Əlində maşası köz güləşdirir, Çoxları sadəcə …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”O evin tarixçəsi” (Hekayə)

Post Views: 103 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Şükufə xanım çox narahat idi. Şəhərə səs yayılmışdı ki, cümhuriyyət quranların evləri əllərindən alınır. Əslində, Şükufə xanım bu səsin yayılacağını çoxdan gözləyirdi… Nəsib bəyin ölüm xəbəri gələn gündən… Bu evin Yusifbəylilərə göz dağı olacağı elə həmin gündən bəlliydi. Bəlli olan …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Gülümsəyib keçmək lazımdı bəzən həyata”

Post Views: 85 Gülümsəyib keçmək lazımdı bəzən həyata, Sadəcə gülümsəmək. Tüpürüb ağrılarına, Səni ağrıdanlara da Qucaq-qucaq, buket-buket gülümsəmək. Əllərini tutmayan Soyuq əllərə inad, Ürəyindən gəlməyən Bir “salam”ı verməyə üşənən dillərə inad Gülümsə! Kədər səndən böyük ki deyil… Əslində yazdıqların Körpə ürəyinin iniltisidi. Yad qulağa xoş gələn hüznlü sətirlərin Yaralı hisslərin əsintisidi. Bütün bunları bilən varmı …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRZADƏ.”Kənddəki evimizin uğursuzluğu” (Roman)

Post Views: 87 Güc-bəlayla, boğazımızdan kəsə-kəsə, hər fəslə bir paltar ala-ala özümüzə rayonların birində ev aldıq ki, yaydan-yaya gedib istirahət edək, on iki ayın heç olmasa bir ayında təmiz hava udaq, gözümüz canlı-canlı meşə görsün, dağ görsün, yağış yağanda torpaq qoxusu burnumuzdan beynimizə tüğyan eləsin, alınmadı. İlk gündən burnumuzdan gəldi. Dədəm evi ucuz alanda gərək …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.Yeni şeirlər

Post Views: 102 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Deyirlər bu gün şair günüdü Deyirlər ki, bu gün şair günüdü, Şairlərin hansı günü yoxdu ki?! Əzab, həsrət, hicran, bir də qəm yükü, Şairin yemidi, şair toxdu ki?! Əynində vətənin şəhid …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 101 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü SƏNSİZ Getmə məni ağlar qoyub, ayaq saxla dərdimə yan, Qayıt Allahı sevirərsən,qoyma aşiqi pərişan. Yalvarıram dön bir bax, gör məndə bir can qalıbmı, Səndən ayrı yaşamağa yoxdu daha məndə bir can. Təbibim ol, …

Azərbaycan ədəbiyyatı

Şair-filosof Əlişad QARAQASIMLI.”Hörümçək toru”

Post Views: 113 Hörümçək torundan çox xoşum gəlir… Hörümçək toruna düşmək istərəm. Azalsa, qəlbimdə bir qətrə həvəs,- Cəhənnəm odunda bişmək istərəm. Hörümçək torundan çox xoşum gəlir… Onu nəğmə bilib bir ömür boyu Gündüz də, Gecə də oxuyuram mən. Dosta, aşinaya məhəbbətimi Hörümçək torundan toxuyuram mən. Hörümçək torundan çox xoşum gəlir… Sapları şəfəqdən, işmələri nur. HATƏMÜL-ƏNBİYA …

AJB Sumqayıt şəhər təşkilatı Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 196 UŞAQ ŞEİRLƏRİ 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə BİRİMİZƏ ÇATMAYIR Nənə nağıl danışır, Göydən üç alma düşür. Nəvələrin günləri, Bax beləcə ötüşür. Almaların üstündə, Dalaşırdı nəvələr. Axı alma üç idi, Onlar isə dörd nəfər. Kiçik nəvə Dürdanə, Bir gün dedi:- Ay nənə, Bəs niyə almaların Sayı heç vaxt artmayır? Axı …

Azərbaycan ədəbiyyatı Türk xalqları ədəbiyyatı Türkiyə ədəbiyyatı

Şair-publisist Əkbər QOŞALI.Seçmə şeirlər

Post Views: 255 * * * Hər gün verilməmiş bir salamım var, hər gün gördüklərim gözümdən çıxar. Mənim bu dünyadan bir alasım var, bir də bir adam var sözümdən çıxar. Dillər var adımı təzə saxlayıb, gözlər var üstümdə nəzər saxlayıb, Bir qəlbi sınıq qız nəzir saxlayıb, onun da həsrəti dözümdən çıxar. Dedilər yol getsən yorulmaq …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Yeni şeirlər

Post Views: 100 * * * Bütün ağrıları çəkib sinəmə, Bir ovuc ürəyə sığışdırmışam. Daha gözlədiyim kimsə qalmayıb, Gözümü yollardan yığışdırmışam. Gündüz gözü, gecə könlü yorarmış… Gecə uzun, ulduzları saymışam. Bu gecə nə qorxu, nə də dəhşət var, Hamsını yuxuma qarışdırmışam. Bəlkə məsləhətdir, alıb aparar, Duaların ətəyindən tutmuşam. Ha suvarsan qara daşı göyərmir, Allah, yer …

Azərbaycan ədəbiyyatı

Nofəl ÜMİD.Yeni şeirlər

Post Views: 111 YOLUNU GÖZLƏDİM Sən getdin, qəm aldı qoynuna məni, Çökdürdün ömrümə dumanı, çəni. Fələk də gətirdi saçıma dəni, Hər gecə əllərim uzandı göyə, Yolunu gözlədim, dönərsən deyə. Sən getdin, səninlə getdi bu ürək, Həsrət acısında bitdi bu ürək, Söndü, daşa döndü, itdi bu ürək, Köksüm buz bağladı… Bilirsən niyə? Yolunu gözlədim, dönərsən deyə. …

Azərbaycan ədəbiyyatı

Sərvər KAMRANLI.Yeni şeirlər

Post Views: 101 * * * Soyuqluğu necə yaman üşüdür, Ağladır ruhumu, ağladır, Allah! Atıb ev-eşiyin o qız gedəndən, Bağlıdır qapısı, bağlıdır, Allah! Asılıb qalmışam dərd yaxasından, Özüm də özümə qənim olmuşam. Hardadı bəxt yazan… tapıb soruşun, Görün bu taleyi ondan almışam? İçimdə oxunmur eşqin nəğməsi, Yox olub könlümdən sevgili çağlar. Gəl, qayıt evinə, ay …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Mən köçəndə bu dünyadan vaxtım, zamanım danışar”

Post Views: 98 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Mən köçəndə bu dünyadan vaxtım, zamanım danışar,  Saz Qorqudun yadigarı neyim, kamanım danışar.  Nələr gördüm, nələr dedim tariximə yazılıbdı, Hər sözümü, hər kəlməmi yaşanan anım danışar.  Ölümə məhkumam mən də bir gün Haqqa qovuşacam,  Qiyamətdə Haqq önündə ruhum və …

Azərbaycan ədəbiyyatı

Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü ilə bağlı tədbir keçirilib

Post Views: 137 İyunun 6-da Beynəlxalq Muğam Mərkəzində VIII Şairlər Günü ilə bağlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirə dünyanın müxtəlif ölkələrindən qələm adamları, eyni zamanda, Milli Məclisin deputatları, ədəbi ictimaiyyətin nümayəndələri qatılıb. Azərbaycanın və Türkiyənin dövlət himnlərinin ifası ilə başlayan mərasimdə bu il anadan olmasının 110 illik yubileyinin qeyd edildiyi Mikayıl Müşfiqin həyat …

Azərbaycan ədəbiyyatı

Gənc yazar İntiqam Yaşarın “Evdə yoxam” şeirlər kitabının təqdimat mərasimi keçiriləcək

Post Views: 85 .10 iyun 2018-ci il tarixində saat 13:40-da Azərbaycan Milli Kitabxanasının nəzdindəki “Açıq kitabxana”da yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc yazar İntiqam Yaşarın “Evdə yoxam” adlı yeni şeirlər kitabının imza törəni keçiriləcək. Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 162 ÖMÜR NAĞIL MİSALI – AYLAR, İLLƏR QANADLI Şəxsiyyətinə hörmət, qələminə rəğbət bəslədiyim, mənimçün doğma və dəyərli insan olan Adilə Nəzərə Yenə dost dediklərin öz qınına çəkildi, Günün namərd əliylə göy əskiyə büküldü, Zülmətlə çarpışan dan gözlərində söküldü, Açıldı bir sabah da, salam, sabahın xeyir. Ömür nağıl misalı – aylar, illər qanadlı, Ürəyini …

Azərbaycan ədəbiyyatı

Azərbaycanda VIII Şairlər Günü qeyd olunacaq

Post Views: 200 Gənc Şairlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi), TURKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kİtabxanası, TİKA, Azərkitab – Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə may-iyun aylarında Azərbaycanda VIII Şairlər Günü qeyd olunacaq. Bu il Şairlər Günü …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər

Post Views: 718 ÇƏKƏR Görüş var bir ömrü versən də azdır, Görüş var getməyə adam can çəkər. Görüş var şadlığı sığmır illərə, Görüş var fərəhi bircə an çəkər. Yaşasan ən şirin arzuyla, kamla, Sevincin sel olar, dərdinsə damla. Ürəkdən verilən xoş bir salamla Əli əl isidər, qanı qan çəkər. Ayrılıq həyatda hər şeydən çətin, Min …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər

Post Views: 115 Günəşli yay günündə… Günəşli yay günündə göylərə qalxıb, buludlarda yolunu azan, və qarlı-şaxtalı qış günündə yuvasını tapan göyərçin kimiyəm. Uşaqlıqda azıb, bir bağlı yuva qarşısında durmuşam neçə ildir. Dimdiyimdən qan damır yerə… 1986 Gəmiyə baxa-baxa… Gəmiyə baxa-baxa dənizi də yadımdan çıxartdım. Gəmiyə baxa-baxa unutdum gördüklərimi, tanıdıqlarımı. Yadıma görmədiyim limanlar düşdü. Qəribə dillər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.Seçmə şeirlər

Post Views: 333 SÜLEYMANA GÖSTƏRİN! Cənublu qardaşlarıma Qırx il var ki, görməmişəm Təbrizi, Ordan mənə bir nişana göstərin. Özünüzü hər bu taya gələndə, Ayrılıqdan bağrı qana göstərin. Əlinizdə hər nə varsa oralı Şair könlü pərişana göstərin. Sinəsinə həsrət dağı çəkilmiş, Hamınızdan nigarana göstərin. Yaşarsa da bu görüşdən gözləri Onun kimi yana-yana göstərin. Heç olmazsa cansız …

Azərbaycan ədəbiyyatı

Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.Seçmə şeirlər

Post Views: 325 KƏLBƏCƏR Xəstələrə dərman olan, Təbib bulaqlı Kəlbəcər İstisuyu səda salan, Səsli-soraqlı Kəlbəcər. Qədir bilən, yol saxlayan, Dostlar üçün gül saxlayan. Yayda ağır el saxlayan, Sərin yaylaqlı Kəlbəcər. Gözündə var əhdi-vəfa, Eyşi-işrət, zövqü-səfa. Gələn burda tapar şəfa, Boyük sınaqlı Kəlbəcər. Yaxşı keçir hər əhvalı, Yadındadı dost xəyalı. Çaylar kimi axır balı, Sarı qaymaqlı …

Azərbaycan ədəbiyyatı

Şair Bəhmən VƏTƏNOĞLU.Seçmə şeirlər

Post Views: 2. 960 BƏHMƏN VƏTƏNOĞLU (Bəhmən KalıĢ oğlu Abbasov – 1932 -2004) BƏHMƏN Bu mənəm, a qardaş, tanımadınmı? Könlü dərdli, dili nalalı Bəhmən. İndi yurdsuz qalıb, yuvasız qalıb, Gördüyün o yurdlu-yuvalı Bəhmən. Qəzalar, qədərlər əyibdi məni, Dərdim öz içimdən yeyibdi məni. Zaman zindanında döyübdü məni, Yoxdu o əzəlki havalı Bəhmən. Gələcək nəsilə şirin nağılam, Bir …

Azərbaycan ədəbiyyatı

Şair ŞÜCAƏT.Seçmə şeirlər

Post Views: 3. 374 SÜCAƏT (Sücaət Yunus oğlu Əhmədov – 1946-2002) DAĞLAR Mən gedirəm qürbət elə, Sağ-salamat qal, a dağlar. Halallıq ver, qoy qalmasın Ürəyimdə xal, a dağlar. Hanı məndə dözüm sənsiz, Sönəcəkdir közüm sənsiz. Qan tökəcək gözüm sənsiz Olacağam lal, a dağlar. Dostum – yarım keçir gendən, Dərdim artır günü-gündən. Məni qəmdən, qəmi məndən, Al, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Məmməd ARAZ.”Əlvida, dağlar!”

Post Views: 191 Bəlkə bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ, salamat qal. Dalımca su səpir yoxsa buludlar? – Leysan, salamat qal, yağ, salamat qal! Qıy vuran qartallar yox oldu çəndə, Nərgizlər saraldı şehli çəməndə. Ey qaragöz pəri, dalımca sən də Boylan, salamat qal, bax, salamat qal! Gəldim, qarşıladı güllər-çiçəklər, Gedirəm, əl edir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.Seçmə şeirlər

Post Views: 116 SÖYLƏ Dərdim çoxdur, dərdin alım, ay aşıq, Al sazı, bu dərdi hər yana söylə. Əqildən kəm olan duymaz, anlamaz, Mənim sözlərimi qanana söylə. Adamı oynatmaq insanlıq deyil, Eşqi hiss etməmək cavanlıq deyil, Mənim şikayətim divanlıq deyil, Nə sultana söylə, nə xana söylə. Həmişə əlində saxla cilovu, Yalnız ovçu bilər oylağı, ovu. Kim …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər

Post Views: 422 VAR MƏNİM Yığılmır yollardan fikrim, xəyalım, Görən bu yollarda kimim var mənim? Sazda Kərəmiyə qoşulan səsim, Kamanda inləyən simim var mənim. Kəsilib qapıdan gedib-gələnim, Yox mətləb qananım, qədir bilənim. Dumanlar içində yorğun köhlənim, Tufanlar qoynunda gəmim var mənim. Hüseyn, nə oldu qönçə niyyətim? Daşlara toxundu ilk məhəbbətim. Özgəni güldürən sözüm-söhbətim, Özümü ağladan …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Yada sal məni”

Post Views: 530 Aşıq Şəmşir, Dəlidağdan keçəndə, Kəklikli dağlardan xəbər al məni. Ceyran bulağından qızlar içəndə, Saz tutub, söz qoşub yada sal, məni. Hay vurub, qıy vurub, səs sal dağlara, Gözəllər oylağı göy yaylaqlara. Mənim bu dərdimi de oylaqlara – Sinəmdən oxladı bir maral məni. O ceyran baxışlı baxdı uzaqdan, Canımı odlara yaxdı nahaqdan. Yüz …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Yeni şeirlər

Post Views: 104 * * * Göz yaşını görə bilmir bu millət, bizim şüşüələrin iç üzü kirli, bizim şüşələrin üstü qapalı… silsək də iç üzünü… qoymayacaqlar görməyə dünyanın o üzünü… ..Bizim fərqimiz… Bilmirəm bəlkə də bir gün səni unudacağam, Ancaq içimdə ölən duyğularım bir də göyərməyəcək. Sən uzaqda – göylərin, lap dərinliyində parlayan bir ulduzsan …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Şəfa Vəliyevanın şeiri “Dergizan” antologiyasında çap olunub

Post Views: 93 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın şeiri “Dergizan” antologiyasında çap olunub.

Azərbaycan ədəbiyyatı

Görkəmli Azərbaycanlı ədəbiyyatşünas Mir CƏLAL

Post Views: 139 Paşayev Mir Cəlal Əli oğlu — yazıçı, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar Elm xadimi (1969), Lenin komsomolu mükafatının fəxri laureatı (1968), filologiya elmləri doktoru (1947), professor (1948). Mir Cəlal Paşayev 1908-ci ildə İranın Ərdəbil ostanının Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə …

Azərbaycan ədəbiyyatı

Görkəmli ədəbiyyatşünas Pənah XƏLİLOV

Post Views: 150 Pənah Xəlilov (tam adı: Pənah İmran oğlu Xəlilov; 1 iyul 1925) — ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), professor (1971). Həyatı Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənddə almışdır. 1934-cü ildə ailəlikcə Gəncəyə köçdüklərindən …

Azərbaycan ədəbiyyatı

Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad MƏCİD

Post Views: 150 Rəşad Məcid (tam adı Məcidov Rəşad Müseyib oğlu) — yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü. Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə …

Azərbaycan ədəbiyyatı

Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami CƏFƏROV

Post Views: 186 Nizami Cəfərov (Nizami Qulu oğlu Cəfərov; d. 21 sentyabr, 1959) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1992), professor (1994), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017)[1], Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti, BDU-nun ümumi dilçilik kafedrasının müdiri (2001—2015)[2] Həyatı Nizami Cəfərov 1959-cu …

Azərbaycan ədəbiyyatı

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm QASIMLI

Post Views: 121 Məhərrəm Qasımlı (azərb. Qasımlı Məhərrəm Paşa oğlud. 1958, Tovuz rayonu, Alakol) — Filologiya elmləri doktoru, professor, AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri (03.03.2016-indi),[1] ədəbiyyatşünas, folklorşünas, şair. Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirmişdir. AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun folklor şöbəsinin …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Qadına məktub”

Post Views: 1. 840 Sizin qızınızla görüşürük biz, Gedirik gah yolla, gah kənar izlə. Bunu mən bilirəm, siz bilmirsiniz, O gəlir sizin öz icazənizlə. Tələbə yoldaşı, rəfiqəsi var, İşi də çox olur, bəzən dərsi də Mənəm qızınızın, necə deyərlər – “tələbə yoldaşı”, “rəfiqəsi” də Mən başa düşürəm siz anasınız Ürəyə sığışmır adi həyəcan O,evə dönüncə nigaransınız …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.Qəzəllər

Post Views: 165 ÖLDÜRÜR Bu şeir Ağdaş rayonunda, böyük şairimiz Maqsud Şeyxzadənin anadan olmasının 85 illiyi ilə bağlı məclisdə xanəndə Ağaxan Abdullayevin ilahi dərəcədə gözəl çıxışından sonra yazılmışdır. Ellər, məni ürəyimdən axıb gedən qan öldürür, Muğam adlı bir sehrkar, səs adlı bir can öldürür. Nə dünənin həsrətində, nə sabahın eşqindəyəm, Məni bu gün yaşadığım müqəddəs …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.Qəzəllər

Post Views: 514 * * * Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur, Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur. Zaman dönməz öz hökmündən… Biz ayrıldıq, tez ayrıldıq, Dilim bar verməz, ay dostlar, deyəm ki, sevgilim yoxdur. Çiçəklərdən, küləklərdən mən allam ətrini yarın, Dilək ölməz, ürək ölməz, sevənlərcin ölüm yoxdur. Gülüm əğyar qılıncıyla …

Azərbaycan ədəbiyyatı

Rus şairlərindən çevirmələr – Xalq yazıçısı Anardan

Post Views: 125 Aleksandr PUŞKİN QURANA BƏNZƏTMƏ Yer hərəkətsizdir yaranan andan, Göylərin tağını sən saxlayırsan Ey böyük Yaradan, ulu Yaradan! Sellər göylərdən axıb məhv edərdi həyatı Əgər sən olmasaydın, Günəş işıqlandırmazdı hər səhər kainatı Əgər sən olmasaydın. Yaradana dua qılaq, O möhtəşəmdi, güclüdü, mükərrəmdi, Küləklərə hökm edəndi O, Bürkü gündə buludları göndərəndi O, Mərhəmətlidi, fəzilətlidi. …

Azərbaycan ədəbiyyatı

Qulu AĞSƏS.”Bir may səhəri…”

Post Views: 101 zün dağ başına qoyan şəhərin ayağın xan kəndi yuyurdu kürəyinin təri cıdırda soyuyurdu. Girməzdi dumanına gün işığı havasına çay qaşığı. Qayaları sərxoş idi adamları tay-tuş idi küçələri taykeş idi. Qəbirüstü yazıları nəğmə kimi oxunurdu kolda-kosda tələf olan qurd-quşu gül qoxuyurdu. Kim idi qalxan o boyda dağı? – yağışdan sallanıb enirdi qonağı. …Dağın …

Azərbaycan ədəbiyyatı

Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Post Views: 102 Mayın 23-də İçərişəhərdəki “Ədibin Evi”ndə Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə müasir Azərbaycan ədəbi prosesinin və hekayə janrının inkişafına təkan vermək məqsədilə keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq Yazıçısı, müsabiqənin münsiflər heyətinin sədri Elçin görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi və pedaqoji …

Azərbaycan ədəbiyyatı

VIII Şairlər Günü Şabran Mədəniyyət Evində

Post Views: 106 8 iyun 2018-ci il tarixində saat 15:00-da VIII Şairlər Günü ilə bağlı Şabran Mədəniyyət Evində Xaqani Şirvaninin əziz xatirəsinə həsr olunan tədbir keçiriləcək. Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin də iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.